Nigeriyada yol qəzasında azı 20 nəfər yanaraq həlak olub

10.09.2022 [14:50]
Nigeriyanın cənub-qərbində yerləşən Oyo vilayətinin İbarapa rayonunda avtobusun digər nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində azı 20 sərnişinin yanaraq öldüyü bildirilir. AZƏRTAC “Əl Ərəbiyə” telekanalına istinadla xəbər verir ki, vilayətin qubernatoru Qbenqa Obalovo ...

İtaliyada dəmiryolçular tətil ediblər

10.09.2022 [14:22]
İtaliyada dəmir yolu işçiləri onlara qarşı zorakı hücumlara etiraz əlaməti olaraq tətil elan ediblər. AZƏRTAC xəbər verir ki, 8 saatlıq tətil ölkə üzrə bütün qatarları əhatə edib. Bu səbəbdən istər uzun məsafəli, istərsə də qısa məsafəli çox sayda qatarların hərəkəti dayandırılıb ...

Xorvatiyada sərnişin və yük qatarları toqquşub, ölənlər var

10.09.2022 [14:08]
Xorvatiyada sərnişin və yük qatarının toqquşması nəticəsində azı 6 nəfər ölüb. AZƏRTAC Xorvatiyanın mülki müdafiə idarəsinə istinadla xəbər verir ki, qəza Novsk şəhəri yaxınlığında baş verib. Sərnişin qatarı Vinkovtsy-Novsk marşrutu ilə hərəkət edib ...

III Çarlz rəsmən Böyük Britaniyanın Kralı elan edilib

10.09.2022 [13:29]
Mərhum Kraliça II Elizabetin oğlu III Çarlz sentyabrın 10-da rəsmi olaraq Böyük Britaniyanın Kralı elan edilib. AZƏRTAC Britaniya mediasına istinadla xəbər verir ki, yeni Baş nazir Elizabet Trassın, maliyyə, xarici və daxili işlər nazirlərinin də daxil olduğu 700 nəfərlik Varislik Şurasının ...

Ukrayna ərzaq məhsulları ilə dolu daha 5 gəmi limanlardan yola düşüb

10.09.2022 [13:14]
"Taxıl təşəbbüsü"nün həyata keçirilməsi çərçivəsində sentyabrın 10-da Ukrayna ərzaq məhsulları ilə dolu daha 5 gəmi “Odessa”, “Çornomorsk” və “Cənub” limanlarını tərk edib. AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna İnfrastruktur Nazirliyi məlumat yayıb ...

İspaniya öz ərazisində Ukrayna hərbçilərinə təlim keçəcək

10.09.2022 [12:42]
İspaniya tezliklə öz ərazisində Ukrayna hərbçilərinə təlim keçməyə başlayacaq. AZƏRTAC “El Mundo” qəzetinə istinadla xəbər verir ki, ispaniyalı mütəxəssislər ukraynalı əsgərlərə tanklardan və raket sistemlərindən istifadə etməyi öyrətməyə, həmçinin tibbi ...

ABŞ-da 11 sentyabr terrorundan sonra tətbiq edilən fövqəladə vəziyyət rejimi daha bir il uzadılıb

10.09.2022 [12:24]
ABŞ Prezidenti Cozef Bayden 11 sentyabr terror hücumlarından sonra ölkədə tətbiq edilən fövqəladə vəziyyət rejimini bir il müddətinə uzadıb. AZƏRTAC ABŞ mediasına istinadla xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb ...

Pentaqon silah istehsalına 1,2 milyard dollar vəsait ayırıb

10.09.2022 [11:39]
ABŞ Müdafiə Nazirliyi Ukraynaya göndərilmək üçün hərbi hissələrdən götürülən silah və avadanlıq ehtiyatlarının yerini doldurmaq üçün bir sıra silah istehsalçıları ilə 1,2 milyard dollarlıq müqavilə imzalayıb. AZƏRTAC xəbər verir ki, Pentaqon mətbuat xidmətinin Amerika mediasında ...

Yaponiya Cənubi Koreyaya sahil mühafizəsi xidmətinin hərəkətinə görə etirazını bildirib

10.09.2022 [11:15]
Yaponiya Cənubi Koreyaya yapon tədqiqat gəmisindən Naqasakidən cənub-qərbdə apardığı tədqiqat işlərini dayandırmağı tələb edən sahil mühafizəsi xidmətinin hərəkətinə görə etirazını bildirib. AZƏRTAC xəbər verir ki, bu barədə sentyabrın 10-da NHK telekanalı məlumat yayıb ...

İndoneziyanın Papua əyalətində 6,2 bal gücündə zəlzələ olub

10.09.2022 [10:47]
Sentyabrın 10-da İndoneziyanın Papua əyalətində 6,2 bal gücündə zəlzələ baş verib. AZƏRTAC xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Agentliyi məlumat yayıb ...

Danimarka yanacaq qiymətlərinin artımı təsir edən enerji şirkətlərinə 13,444 milyard avro maliyyə zəmanəti verməyi planlaşdırır

10.09.2022 [10:26]
Danimarka yanacaq qiymətlərinin artımı təsir edən enerji şirkətlərinə 100 milyard kron (13,444 milyard avro) məbləğində maliyyə zəmanəti verməyi planlaşdırır. AZƏRTAC Danimarka hökumətinin yaydığı məlumata istinadən xəbər verir ki, təminatlar elektrik enerjisi istehsalı üçün ...

Danimarka kraliçası taxta çıxmasının 50-ci ildönümünə həsr olunan tədbirləri təxirə salıb

10.09.2022 [09:45]
Kraliça II Elizabetin vəfatı ilə əlaqədar Danimarka kraliçası II Marqrete taxta çıxmasının 50-ci ildönümünə həsr olunan təntənəli tədbirləri təxirə salmaq qərarına gəlib. AZƏRTAC xəbər verir ki, kraliça II Marqretenin xahişi ilə tədbirlərin rəsmi proqramında dəyişiklik edilib ...

Bosniya və Herseqovina millisi Rusiya yığması ilə yoldaşlıq oyunu keçirəcək

10.09.2022 [03:20]
Futbol üzrə Bosniya və Herseqovina milli komandası Rusiya yığması ilə yoldaşlıq oyunu keçirəcək. AZƏRTAC xəbər verir ki, Bosniya və Herseqovina Futbol Federasiyası Rusiya Futbol Federasiyasının millilər arasında yoldaşlıq oyununun keçirilməsi ilə bağlı təklifinə müsbət cavab verib. Federasiyanın bugünkü iclasında ...

Kral III Çarlz böyük oğluna Uels şahzadəsi titulu verib

10.09.2022 [01:14]
Böyük Britaniya kralı III Çarlz böyük oğlu, taxt-tacın varisi Uilyama Uels şahzadəsi titulu verib. AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə kral xalqa ilk televiziya müraciətində bildirib. “Bu gün fəxrlə elan edirəm ki, böyük oğlum ...

İstanbulda sərnişin nəqliyyat vasitələrinin toqquşması nəticəsində xəsarət alanların sayı 85-ə yüksəlib

09.09.2022 [23:52]
İstanbulda sərnişin nəqliyyat vasitələrinin toqquşması nəticəsində xəsarət alanların sayı 85-ə yüksəlib. AZƏRTAC xəbər verir ki, bu barədə İETT-İstanbul Elektrik Tramvay və Tunel İdarələrindən açıqlama verilib. Bildirilib ki, xəsarət alan sərnişinlərin müalicəsi davam edir ...

Ukrayna Prezidenti Haluk Bayraktarı 1-ci dərəcəli "Xidmətə görə" ordeni ilə mükafatlandırıb

09.09.2022 [23:09]
Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyənin “Baykar” şirkətinin rəhbəri Haluk Bayraktarı qəbul edib. Görüş zamanı Ukraynada yeni zavodun tikintisinin təfərrüatları və bir sıra birgə layihələr müzakirə edilib.AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti məlumat yayıb ...

İstanbulda sərnişin nəqliyyat vasitələrinin toqquşması nəticəsində 42 nəfər xəsarət alıb

09.09.2022 [22:02]
İstanbulda sərnişin nəqliyyat vasitələrinin toqquşması nəticəsində 42 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. AZƏRTAC xəbər verir ki, hadisə İstanbulda yüksək sürətlə hərəkət edən metrobusların toqquşması nəticəsində baş verib. Şəhərin Avcılar bölgəsində baş verən hadisə ilə bağlı açıqlama verən ...

Kraliça II Elizabet Britaniyanın müxtəlif nöqtələrində atılan top atəşi ilə anılıb

09.09.2022 [21:12]
Kraliça II Elizabet Böyük Britaniyanın müxtəlif nöqtələrində atılan top atəşi ilə anılıb. AZƏRTAC xəbər verir ki, bu mərasim Londonun məşhur Hayd parkında və London Qülləsində baş tutub. Bundan əlavə, Şotlandiyanın Edinburq və Uelsdəki Kardiff qəsrlərindən ...

Rumıniya Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi Qara dənizdə minaya düşüb

09.09.2022 [18:42]
Qara dənizdəki Konstansa limanı ərazisində Rumıniya Hərbi Dəniz Qüvvələrinə aid gəmi zərərsizləşdirmək istədiyi minaya düşüb. AZƏRTAC xəbər verir ki, bu barədə sentyabrın 9-da Rumıniya Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb ...