İsmayıllı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Nizami Gəncəviyə həsr olunan onlayn təbdir keçirilib

01.05.2021 [13:56]
İsmayıllı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunan onlayn təbdir keçirilib. Regional mədəniyyət idarəsindən AZƏRTAC-ın ...

Azərbaycanın müdafiə naziri Türkiyə müdafiə sənayesini təmsil edən nümayəndə heyəti ilə görüşüb

30.04.2021 [19:57]
Aprelin 30-da müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikası Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Demirin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti ilə görüşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a ...

Cəlilabadda Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıblar

30.04.2021 [15:13]
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Nizami Gəncəvi İli” çərçivəsində gənclər arasında rəsm müsabiqəsi keçirilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müsabiqəyə təqdim olunan rəsmlər Nizami Gəncəvi yaradıcılığına həsr olunub ...

“Nizami Gəncəvi İli”nə həsr olunan intellektual yarış keçiriləcək

30.04.2021 [12:52]
Mayın 2-də “Ağıllı şəhər-Bakı” layihəsi çərçivəsində dahi şair Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunan intellektual yarış təşkil ediləcək. Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, yarışda iştirak ...

Çeboksarı şəhərində Nizami Gəncəvinin abidəsi ziyarət edilib

30.04.2021 [01:31]
Rusiyada fəaliyyət göstərən Çuvaş Respublikası Xalqlarının Dostluq Assambleyası və Çuvaş Azərbaycanlıları Liqasının təşəbbüsü ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin Çeboksarı şəhərinin cənub qəsəbəsindəki abidəsi önündə tədbir keçirilib ...

Nizami Gəncəvinin həmişəyaşar əsərləri: poeziya və elmin vəhdəti

29.04.2021 [19:52]
Azərbaycan xalqı hər zaman bəşəriyyətə görkəmli şəxslər, tanınmış ədiblər, böyük sənətkarlar bəxş edib. Belə dühalardan biri də mütəfəkkir şair Nizami Gəncəvidir (1141-1209). Ensiklopedik biliyə malik olan, orta əsrlər Şərqinin ən böyük şairlərindən sayılan Nizaminin bütün əsərləri özündə ...

“Lider” komandası Cəlilabadda keçirilən “Xəmsə” milli intellektual bilik yarışmasının qalibi olub

29.04.2021 [12:48]
Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin və Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi İli” çərçivəsində pandemiya qaydalarına riayət olunmaqla gənclər arasında "Xəmsə" milli intellektual oyunu keçirilib ...

Nizami yaradıcılığına həsr olunmuş olimpiadanın II mərhələsi keçiriləcək

28.04.2021 [16:09]
Ümumi təhsil müəssisələrinin şagirdləri arasında Nizami yaradıcılığına həsr olunmuş rus dili və ədəbiyyat üzrə onlayn olimpiadanın II mərhələsi keçiriləcək. Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib ...

“Dahi şairimiz Nizami Gəncəvinin irsini öyrənirik” adlı layihə çərçivəsində tədbir

28.04.2021 [15:53]
Aprelin 28-də “Dahi şairimiz Nizami Gəncəvinin irsini öyrənirik” adlı layihə çərçivəsində tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəisi Raqif Abbasov, Gənclər və idman nazirinin müşaviri İsrafil Cəfərov ...

Tələbələr “Xəmsə - sevgi, ədalət dünyası” adlı kompozisiyanı səhnələşdiriblər

28.04.2021 [15:51]
Naxçıvanda keçirilən “Nizami dünyası” teatr müsabiqəsinin ilk mərhələsində Naxçıvan Musiqi Kollecinin tələbələri tərəfindən “Xəmsə”yə daxil olan əsərləri özündə təcəssüm etdirən “Xəmsə - sevgi, ədalət dünyası” adlı kompozisiya səhnələşdirilib ...

Mingəçevir Dövlət Universitetində Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş tədbir keçirilib

27.04.2021 [17:42]
Mingəçevir Dövlət Universitetinin (MDU) Pedaqoji fakültəsinin tərkibində fəaliyyət göstərən “Xarici dillər” kafedrasının təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. MDU-dan AZƏRTAC-a bildirilib ki, “Microsoft Teams” platforması üzərindən ...

Nizami Gəncəvinin əsərləri bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə xidmət göstərir

27.04.2021 [17:12]
Dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması Azərbaycanın zəngin tarixi-mədəni irsinin təbliğinə çox böyük töhfədir. Şairin insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığı bəşər mədəniyyətinin ...

Lənkəranda şeir müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub

27.04.2021 [06:18]
Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş onlayn şeir müsabiqəsinə yekun vurulub. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bir həftə davam edən onlayn şeir müsabiqəsində ...

Ağcabədidə “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda inşa yazı müsabiqəsi keçirilir

26.04.2021 [13:50]
Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda gənclər arasında onlayn inşa-yazı müsabiqəsi keçirilir ...

Naxçıvan Dövlət Universitetinin əcnəbi tələbələri Nizami Gəncəvinin 880 illik yubileyini qeyd ediblər

26.04.2021 [12:13]
Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində əcnəbi tələbələrin təşkilatçılığı ilə “Nizami hər sözü demiş birinci” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbirdə əvvəlcə “Nizami Gəncəvi – 880” adlı sənədli film nümayiş olunub ...

Şərqşünaslıq İnstitutunda “Nizami Gəncəvi İli” çərçivəsində beynəlxalq elmi konfrans təşkil olunacaq

24.04.2021 [15:49]
“Nizami Gəncəvi İli” çərçivəsində akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu tərəfindən sentyabrın 24-də “Nizami Gəncəvi və Şərq ədəbiyyatları: ədəbi təsirin hüdudları” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək ...

Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan beynəlxalq konfransa tezis qəbulu davam edir

24.04.2021 [12:13]
Noyabrın 25-27-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin təşkilatçılığı ilə “Nizami Gəncəvi “Xəmsə”sinin Şərq, Qərb ədəbi-mədəni əlaqələri sistemində yeri və yaratdığı yeni istiqamətlər” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək ...

“Nizami Gəncəvi və Şota Rustaveli” monoqrafiyası müxtəlif dillərdə nəşr ediləcək

24.04.2021 [10:58]
Nizami Gəncəvinin əsərlərinin elmi-tənqidi mətni və “Nizami Gəncəvi ensiklopediyası” hazırlanır. “Nizami Gəncəvi və Şota Rustaveli” monoqrafiyasının müxtəlif dillərdə nəşr edilməsi nəzərdə tutulur ...

“Nizami Gəncəvi və Yunis Əmrə yaradıcılığında ortaq bağlar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək

24.04.2021 [10:25]
Mayın 20-21-də Türkiyə Eyuder təhsil dərnəyi, Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbi və Azərbaycan Dillər Universitetinin (ADU) birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi və Yunis Əmrə yaradıcılığında ortaq bağlar” mövzusunda beynəlxalq ...