SON XƏBƏRLƏR

DAHA BİR XEYİRXAH LAYİHƏ BAŞA ÇATMIŞDIRNƏTİCƏDƏ 230 MƏCBURİ KÖÇKÜN AİLƏSİ EVLƏ TƏMİN EDİLMIŞDİR

06.12.2003 [20:26]
Norvec hökuməti, Norveç Qızıl Xaç Cəmiyyəti, İsveçrə hökuməti, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi, İstisnalı Kömək Proqramı üzrə Avropa Komissiyasının maliyyə dəstəyi ilə Füzuli rayonunun işgaldan azad edilmiş Alxanlı kəndində ...

DÖVLƏT BAŞÇISININ FƏRMANINDAN İRƏLİ GƏLƏN VƏZİFƏLƏR MÜZAKİRƏ EDİLMİŞDİR

06.12.2003 [19:37]
Respublika Gənclər, İdman və Turizm Nazirliyi Gəncədə “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Prezident İlham Əliyevin 24 noyabr 2003-cü il tarixli Fərmanından irəli gələn vəzifələrə həsr edilmiş zona ...

“ODLAR YURDU” ALMANİYADA AZƏRBAYCANI TANIDIR

06.12.2003 [19:16]
Almaniya Federativ Respublikasında fəaliyyət göstərən “Odlar yurdu” Mədəniyyət və Təhsil Cəmiyyəti Azərbaycanı bu ölkədə tanıtmaqla məşğuldur.
Bu günlərdə cəmiyyətin sədri Cəfər Cəfərzadə və katibi Lalə Bağırzadə Bakıya gəlmiş və ...

HÜSEYN CAVİDİN ÜÇCİLDLİYİNİN TƏQDİMAT MƏRASİMİ OLMUŞDUR

06.12.2003 [19:02]
Böyük mütəfəkkir Hüseyn Cavidin anadan olmasının 120 illiyi münasibətilə çap edilmiş üçcildliyinin Rəşid Behbudov adına Mahnı Teatrında təqdimat mərasimi keçirilmişdir.
Azərbaycan Mədəniyyət Fondunun keçirdiyi tədbirdə Milli Məclisin deputatları, ...

SULARDA XİLASETMƏ XİDMƏTİNİN TEXNİKİ BAZASI İLBƏİL YAXŞILAŞDIRILIR

06.12.2003 [19:00]
Dövlət Sularda Xilasetmə Xidmətinin maddi-texniki bazasını yaxşılaşdırmaq məqsədi ilə bu il 60 ədəd təhlükəsizlik gödəkçəsi, 50 ədəd rezin dairə, 3 ədəd avarlı qayıq və 5 ədəd qayıq mühərriki alınmışdır.
Xidmətin ...

“ABİTURİYENT” JURNALININ NÖVBƏTİ NÖMRƏLƏRİ BURAXILMIŞDIR

06.12.2003 [18:57]
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının “Abituriyent” jurnalının 11-ci və 12-ci nömrələri çapdan çıxmışdır.
Jurnalın 11-ci nömrəsi bu il ali məktəblərə qəbul zamanı imtahanlarda 600-dən yuxarı bal toplamış 385 ...

BU MÖVSÜM BAKI ŞƏHƏRİNDƏ 184 MİN ƏDƏD AĞAC ƏKİLMİŞDİR

06.12.2003 [18:54]
Bakı şəhər ictimaiyyətinin nümayəndələri dekabrın 5-də xalqımızın ümummilli lideri möhtərəm Heydər Əliyevin təşəbbüsü ilə Səbail rayonunda salınmış “Dostluq” parkında yaşıllaşdırma işlərini davam etdirmişlər.
Şəhər icra hakimiyyətinin başçısı H.Abutalıbov AzərTAc-ın müxbirinə ...

ALMANLAR BÜTÜN ZAMANLARIN ƏN GÖRKƏMLİ ŞƏXSİYYƏTİNİ MÜƏYYƏNLƏŞDİRMİŞLƏR

06.12.2003 [18:40]
AzərTAc-ın xüsusi müxbiri Berlindən xəbər verir ki, Almaniyanın Mərkəzi Televiziya Kanalı (ZDF) iki həftə müddətində tamaşaçıları alman millətinin bütün zamanlar üçün ən görkəmli, mütərəqqi şəxsiyyətinin adını çəkməyə və öz ...

MİLLİ BANKIN MƏCBURİ EHTİYATLARIN TƏNZİMLƏNMƏSİ SİSTEMİNİN BEYNƏLXALQ STANDARTLARA UYĞUNLAŞDIRILMASI PROSESİ DAVAM EDİR

06.12.2003 [18:39]
Azərbaycan Respublikasının Milli Bankı kommersiya banklarından cəlb etdiyi məcburi ehtiyatları dünyanın aparıcı dövlətlərinin mərkəzi banklarında tətbiq olunan ortalama prinsipi sistemi ilə tənzimləmək barədə qərar qəbul etmişdir.
Milli Bankın ...

QƏNDƏHARDA YENİ TERROR AKTI

06.12.2003 [18:38]
AzərTAc-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, dekabrın 6-da Əfqanıstanın cənubundakı Qəndəhar şəhərinin mərkəzində güclü partlayış baş vermişdir. Onlarca insan həlak olmuş və yaralanmışdır. Partlayış yerinin yaxınlığındakı evlərin pəncərə ...

AYİB QAZAXISTANA 119 MİLYON DOLLAR AYIRIR

06.12.2003 [18:12]
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Atıraudakı neft yataqlarından Xəzər sahilindəki Aktau limanınadək 900 kilometrlik magistralın tikintisinə 119 milyon dollar ayırır. AzərTAc-ın müxbiri Almatıdan xəbər verir ki, bunu burada ...

300 KİLOQRAM NARKOTİK MADDƏ ĞÖTÜRÜLMÜŞDÜR

06.12.2003 [18:12]
AzərTAc-ın müxbiri Türkiyə mətbuatına istinadla xəbər verir ki, ölkənin təhlükəsizlik qüvvələri Qara dəniz sahilindəki Rizə vilayətində bir sıra əməliyyatlar nəticəsində 300 kiloqramdan artıq narkotik maddə aşkar edib götürmüşlər. Zəhərli maddə ...

ATƏT-İN MİNSK QRUPUNUN HƏMSƏDRLƏRİ AZƏRBAYCANA SƏFƏRİN YEKUNLARI BARƏDƏ

06.12.2003 [18:11]
ATƏT-in Minsk qrupunun Rusiya, Amerika Birləşmiş Ştatları və Fransadan olan həmsədrləri dekabrın 6-da “Hyatt-Park” mehmanxanasında mətbuat konfransı keçirərək, Bakıya ikigünlük səfərin yekunlarından danışmışlar.
Amerikalı həmsədr Rudolf Perinanın sözlərinə ...

AMERİKA-TÜRKİYƏ HÖKUMƏTLƏRARASI KOMİSSİYANIN İCLASI BAŞA ÇATMIŞDIR

06.12.2003 [18:10]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Vaşinqtonda Amerika-Türkiyə hökümətlərarası iqtisadi əməkdaşlıq komissiyasının iclası başa çatmışdır. Müzakirələrdə əsas diqqət Türkiyənin iqtisadi islahatlar proqramına, Xəzər bölgəsinin enerji məsələlərinə, Qafqaz və Mərkəzi Asiyada ...

ABŞ-DA QRİP EPİDEMİYASI

06.12.2003 [18:01]
Azər TAc-ın xarici informasiya agentliklərindən aldığı xəbərdə deyilir ki, ABŞ-ın on ştatında qrip epidemiyası tüğyan edir. Lakin bu xəstəliyə tutulma halları ölkənin, əslində, bütün bölgələrində müşahidə olunur. Son iki ...

BRENDA ŞAFFER: DAĞLIQ QARABAĞDA İNFRASTRUKTUR YARADILMASININ MALİYYƏLƏŞDİRİLMƏSİ DAYANDIRILMALIDIR

“XRİSTİAN SAYENS MONİTOR” ABŞ MÜDAFİƏ NAZİRİNİN AZƏRBAYCANA SƏFƏRİNDƏN YAZIR

06.12.2003 [18:01]
AzərTAc-ın xüsusi müxbiri Vaşinqtondan xəbər verir ki, Birləşmiş Ştatların müdafiə naziri Donald Ramsfeldin Bakıya səfəri Amerika mediasının diqqət mərkəzində qalmaqdadır. Bostonda çıxan gündəlik “Xristian Sayens Monitor” qəzetinin 5 dekabr ...

DÖVLƏT SOSİAL MÜDAFİƏ FONDU PROQNOZLARA ARTIQLAMASI İLƏ ƏMƏL ETMİŞDİR

06.12.2003 [17:48]
Azərbaycanın Dövlət Sosial Müdafiə Fondu cari ilin 11 ayında gəlirlər və xərclər üzrə proqnozları vaxtında yerinə yetirmişdir. Gəlirlər üzrə proqnoza 101,1 faiz, xərclər üzrə proqnoza isə 101,6 faiz əməl ...

DEPUTATLARIMIZ BUXARESTDƏ VƏ PARİSDƏ İCLASLARDA İŞTİRAK EDƏCƏKLƏR

06.12.2003 [17:24]
Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, deputatlar Asəf Hacıyev, Şaitdin Əliyev, Əli Əlirzayev, Məlahət Həsənova, Mübariz Qurbanlı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisi Baş Assambleyasının növbəti iclasında ...

B.BEREZOVSKİNİ TBİLİSİYƏ MANEƏSİZ BURAXANLAR İŞDƏN AZAD OLUNMUŞLAR

06.12.2003 [17:23]
İnterpol xətti ilə beynəlxalq axtarışda olan B.Berezovski dekabrın 3-də saxta sənədlə Londondan Tbilisiyə gəlmiş və bu, Rusiyada narazılıq doğurmuşdur.
AzərTAc-ın müxbiri Tbilisidən xəbər verir ki, dekabrın 5-də Gürcüstanın ...

BAKI BANKLARARASI VALYUTA BİRJASINDA NÖVBƏTİ HƏRRACLARIN YEKUNLARI

06.12.2003 [17:16]
Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilmiş hərracların yekunlarına görə dekabrın 5-də USD/AZM-in orta hesablanmış birja məzənnəsi 1 ABŞ dolları üçün 4919 manat olmuşdur.
Birjanın informasiya-analitik şöbəsindən AzərTAc-ın müxbirinə ...

İSTİNTAQ YEKUNLAŞMAYINCA BAKIDA KÜTLƏVİ SİYASİ TƏDBİRLƏRƏ İCAZƏ VERİLMƏYƏCƏK

06.12.2003 [17:15]
Oktyabrın 15-16-da Müsavat Partiyası başda olmaqla “Bizim Azərbaycan” blokuna daxil olan siyasi qüvvələrin Bakıda törətdikləri ixtişaşlarla əlaqədar başlanmış istintaq yekunlaşmayınca, Bakı şəhərində heç bir kütləvi siyasi tədbirin keçirilməsinə icazə verilməyəcəkdir. ...

BÖYÜK BRİTANİYANIN MOSKVADAKI SƏFİRİNƏ TƏQDİMAT VERİLMİŞDİR

06.12.2003 [14:43]
AzərTAc-ın müxbirinin Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentindən aldığı xəbərə görə, Boris Berezovskinin Londondan Tbilisiyə gəlməsi ilə əlaqədar Böyük Britaniyanın Moskvadakı səfirinə təqdimat verilmişdir.
Dekabrın 5-də Böyük Britaniyanın ...

VAŞİNQTON TAYVANIN MÜSTƏQİLLİYİNİ DƏSTƏKLƏMİR

06.12.2003 [14:41]
AzərTAc xəbər verir:
ABŞ-ın dövlət katibi Kolin Pauell Tayvan parlamentinin prezidentə adanın müstəqilliyi haqqında referendum keçirmək hüququ verilməsi haqqında qərarından sonra Pekinlə Taybey arasında münasibətlərin kəskinləşməsindən narahat deyildir. ...

REGİONAL MƏRKƏZLƏRDƏ İMƏCİLİK KEÇİRİLMİŞDİR

06.12.2003 [13:33]
Azərbaycan Qızıl Aypara Cəmiyyətindən AzərTAc-a bildirmişlər ki, Beynəlxalq Könüllülər Günü regional mərkəzlərdə iməcilik təşkil edilmişdir. Mingəçevir regional mərkəzinin işçiləri və könüllüləri şəhərin Kür boyu sahilində agaclar əkmiş, abadlıq işləri ...

PAYTAXTDA 515 NƏFƏR ŞƏXSİYYƏT VƏSİQƏSİ ALMIŞDIR

06.12.2003 [13:33]
Bakı Şəhər Baş Polis İdarəsi qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin rəisi, polis polkovniki Fazil Məmmədov AzərTAc-ın müxbirinə demişdir ki, indiyədək 515 min paytaxt sakini milli şəxsiyyət vəsiqəsi ilə təmin ...