SON XƏBƏRLƏR

AVQUST AYINDA 253 YOL-NƏQLİYYAT HADİSƏSİ BAŞ VERMİŞDİR

06.09.2004 [12:38]
Dövlət Yol Polisi İdarəsindən AzərTAc-ın müxbirinə bildirmişlər ki, avqust ayında respublikamızın ərazisində 253 yol-nəqliyyat hadisəsi qeydə alınmışdır. Baş vermiş qəzalar nəticəsində 82 nəfər həlak olmuş, 344 nəfər isə müxtəlif dərəcəli ...

MƏKTƏBLƏRİN KOMPÜTERLƏŞDİRİLMƏSİ ÜÇÜN 20 MİLYON DOLLAR MƏBLƏĞİNDƏ VƏSAİT NƏZƏRDƏ TUTULUR

06.09.2004 [12:37]
Təhsil naziri Misir Mərdanov AzərTAc-ın müxbirinə bildirmişdir ki, respublikamızda orta məktəblərin kompüterləşdirilməsi üçün ölkəmizin Prezidentinin tapşırığı ilə dövlət büdcəsindən 20 milyon ABŞ dolları məbləğində vəsait ayrılması nəzərdə tutulur. Üç ...

UCQAR KƏND ÖZ GÖRKƏMİNİ DƏYİŞİR

06.09.2004 [12:37]
Gədəbəyin İvanovka kəndi son bir ildə öz görkəmini tamamilə dəyişmişdir.
AzərTAc-ın müxbiri xəbər verir ki, bu işdə kənd sakinləri Vaqif və Ruslan Süleymanov qardaşlarının böyük xidməti var. Bacarıqlı iş ...

SAATLIDA YENİ TİCARƏT MƏRKƏZİ İSTİFADƏYƏ VERİLMİŞDİR

06.09.2004 [12:36]
AzərTAc-ın müxbiri xəbər verir ki, Saatlıda müasir üslubda tikilmiş yeni ticarət mərkəzi istifadəyə verilmişdir. 20 nəfərdən çox adamın işlə təmin edildiyi bu xidmət sahəsində müxtəlif çeşidli malların topdan və ...

NEFTÇİLƏR SƏKKİZ AYLIQ PROQNOZU YERİNƏ YETİRMİŞLƏR

06.09.2004 [12:35]
Dövlət Neft Şirkətindən AzərTAc-ın müxbirinə bildirmişlər ki, neft və qazçıxarma idarələri tərəfindən avqust ayında 677,6 min ton neft çıxarılmış, proqnoza 100 faiz əməl edilmişdir.
Cari ilin əvvəlindən 5 ...

YENİ MƏKTƏB BİNASI TİKİLMİŞDİR

06.09.2004 [12:34]
AzərTAc-ın müxbiri xəbər verir ki, Əli Bayramlıda 5 nömrəli tikinti-quraşdırma idarəsi tərəfindən 640 şagird yeri olan məktəb binasının tikintisi başa çatdırılmışdır. Yeni təhsil ocağı 1 nömrəli orta məktəbin şagirdlərinin ...

“GENDERİN ƏSASLARI” DƏRSLİYİ HAZIRLANMIŞDIR

06.09.2004 [12:33]
AzərTAc-ın müxbiri xəbər verir ki, fəlsəfə elmləri doktorları Əli Abbasov və Rəna Mirzəzadə Azərbaycan və rus dillərində “Genderin əsasları” dərsliyini hazırlamışlar. Dərslik əsasən genderin tarixindən, onun inkişaf mərhələlərindən, bu məsələ ...

İYULDA TÜRKİYƏYƏ ƏN ÇOX TURİST ALMANİYADAN GƏLMİŞDİR

06.09.2004 [12:32]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Türkiyənin Dövlət Statistika İdarəsi iyul ayında Türkiyəyə gələn turistlərin sayını açıqlamışdır. Rəsmi məlumata görə, iyulda Türkiyəyə ən çox turist Almaniyadan gəlmişdir. Ümumiyyətlə, iyul ...

ŞİMALİ OSETİYADA TÖRƏDİLƏN TERROR AKTI QURBANLARININ ARASINDA TÜRKİYƏ VƏTƏNDAŞI DA VAR

06.09.2004 [12:31]
Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Namiq Tan Şimali Osetiyanın Beslan şəhərindəki məktəbdə törədilən terror aktı zamanı bu təhsil ocağında oxuyan Türkiyə vətəndaşı Alana Doğan adlı qız uşağının ...

NİKOLAY BAYBAKOV HEYDƏR ƏLİYEVİN MƏZARINI ZİYARƏT ETMİŞDİR

06.09.2004 [12:30]
AzərTAc-ın müxbiri xəbər verir ki, tanınmış kinorejissor, Avropa Kino və Televiziya Akademiyasının üzvü Vaqif Mustafayevin “Heydər Əliyev” filminin IX hissəsində çəkilmək üçün Bakıya gəlmiş məşhur həmyerlimiz, Sosialist Əməyi Qəhrəmanı, ...

İLİN SONUNADƏK DAHA ALTI ÖLKƏDƏ SƏFİR TƏYİN OLUNACAQ

06.09.2004 [12:30]
Bu ilin sonunadək daha altı ölkədə Azərbaycanın səfiri təyin olunacaqdır.
Xarici işlər naziri Elmar Məmmədyarov AzərTAc-ın müxbirinə demişdir ki, Milli Məclis Azərbaycanın xarici ölkələrdə səfirliklərinin açılması barədə qərar ...

XARİCİ İŞLƏR NAZİRLƏRİNİN ÜÇTƏRƏFLİ GÖRÜŞLƏRİ NYU-YORKDA KEÇİRİLƏCƏK

06.09.2004 [11:55]
Azərbaycan, Türkiyə və Ermənistanın xarici işlər nazirləri BMT Baş Məclisinin sentyabrın 21-də Nyu-Yorkda keçiriləcək illik toplantısı zamanı görüşəcəklər.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov AzərTAc-ın müxbirinə demişdir ki, ...

YENİ SALINACAQ DOQQUZ QƏSƏBƏNİN LAYİHƏLƏNDİRİLMƏSİ BAŞA ÇATDIRILIB

06.09.2004 [11:55]
Azərbaycan Prezidenti İlham Əliyevin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na əsasən Ağdam rayonunun ...

FORUMDA MƏRKƏZİ ASİYA DÖVLƏTLƏRİNDƏ QAN AZLIĞI PROBLEMİ MÜZAKİRƏ OLUNMUŞDUR

06.09.2004 [11:54]
Almatıda “Keçid dövründə Mərkəzi Asiya dövlətlərində anaların və uşaqların qidalanmasının yaxşılaşdırılması” mövzusunda forum keçirilmişdir. Tədbirdə Azərbaycan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Qazaxıstan və Monqolustan nümayəndə heyətləri iştirak etmişlər.
Forumda vurğulanmışdır ...

BATUMİ BAZARI UĞRUNDA İKİAYLIQ QARŞIDURMAYA SON QOYULMUŞDUR

06.09.2004 [11:54]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Acarıstan Muxtar Respublikasının yeni rəhbərliyi Batumi şəhərinin mərkəzindəki bazarı şəhərin kənarında tikilmiş müasir tipli bazara köçürməyi qərara almışdır. Bu, satıcıların narazılığına səbəb olmuş ...

UŞAQ İNTERNAT MƏKTƏBLƏRİ BƏRPA OLUNUR

06.09.2004 [11:53]
Avropa Birliyi Fövqəladə Yardım Proqramının III tranşı üzrə Bakı şəhərində və respublikanın rayonlarında kimsəsiz və əlil uşaqlar üçün internat məktəblərin və xüsusi müəssisələrin bərpası aparılır.
Azərbaycan Respublikası Ərazilərinin ...

NEFT İXRACI PLANI YERİNƏ YETİRİLMİŞDİR

06.09.2004 [11:53]
Dövlət Neft Şirkəti avqust ayında 94 min 730 ton xam neft və neft məhsulları ixrac etmişdir. İlin əvvəlindən bəri ixracın həcmi 598 min 98 ton olmuşdur.
ARDNŞ-dən AzərTAc-ın ...

SÜKAN ARXASINDA ... 10 YAŞLI UŞAQ

06.09.2004 [11:34]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, İngiltərə yol polisinin əməkdaşları hərəkət qaydalarını pozaraq yüngül qəza törətmiş minik maşınını saxlamışlar. Onlar sənəd tələb etmək məqsədi ilə maşına yaxınlaşarkən sükan arxasında ...

TÜRKİYƏDƏ ZƏLZƏLƏ BAŞ VERMİŞDİR

06.09.2004 [11:32]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, sentyabrın 5-də Egey dənizinin Türkiyə sahilləri yaxınlığında zəlzələ baş vermişdir. İstanbulun Kandilli seysmoloji mərkəzinin məlumatına görə, yerli vaxtla saat 14.18 radələrində qeydə alınan ...

XƏZƏR NEFTİ NOVOROSSİYSK LİMANINDAN YOLA SALINMIŞDIR

06.09.2004 [11:01]
Cari ilin əvvəlindən bəri Novorossiysk limanından 1milyon 728 min 213 ton Azərbaycan neft yüklənib sifarişçilərin ünvanına yola salınmışdır.
Dövlət Neft Şirkətindən AzərTAc-ın müxbirinə bildirmişlər ki, avqust ayında limandan 237 min ...

TBİLİSİ ŞƏHƏRİNİN YÜZ YAŞI KEÇƏN SAKİNLƏRİNƏ YARDIM EDİLİR

06.09.2004 [11:00]
Tbilisi şəhər bələdiyyəsi 100 yaşı keçmiş sakinlərinə yardım üçün büdcədən 13 min lari məbləğində pul ayırmışdır. Hazırda Tbilisidə 50 nəfər uzunömürlü adam vardır. Sentyabrın 2-dən onların hərəsinə 300 lari ...

KORSİKA AKADEMİYASINDA TERROR AKTI TÖRƏDİLMİŞDİR

06.09.2004 [10:58]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, sentyabrın 5-də Korsika Akademiyasının qarşısında naməlum şəxslər tərəfindən törədilmiş güclü partlayış nəticəsində binanın giriş qapısı yerindən çıxmış, divarda çatlar əmələ gəlmişdir.
Partlayış ...

HACIQABULDA 4 HEYVANDARLIQ TƏSƏRRÜFATI YARADILMIŞDIR

06.09.2004 [10:53]
Rayon statistika idarəsindən AzərTAc-ın müxbirinə bildirmişlər ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq burada sahibkarlıq fəaliyyəti ilə məşğul olan 4 yeni heyvandarlıq təsərrüfatı yaradılmışdır. Bu fermer kollektivlərinin mülkiyyətində ...

QAZ HASİLATI ARTMIŞDIR

06.09.2004 [10:52]
Avqust ayında respublikamızda qaz hasilatı nəzərdə tutulmuş 409 milyon kubmetr əvəzinə 424,1 milyon kubmetr olmuş, proqnoza 103,7 faiz əməl olunmuşdur.
Dövlət Neft Şirkətindən AzərTAc-ın müxbirinə bildirmişlər ki, ilin ...

PLANA ARTIQLAMASI İLƏ ƏMƏL EDİLMİŞDİR

06.09.2004 [02:28]
Dövlət Neft Şirkətindən AzərTAc-ın müxbirinə bildirmişlər ki, avqust ayında nəzərdə tutulmuş 741,3 min ton əvəzinə 758,2 min ton neft çıxarılmış, plana 102,3 faiz əməl edilmişdir.
İlin əvvəlindən bəri isə ...