SON XƏBƏRLƏR

RUSİYA FEDERASİYASI QƏBƏLƏ RLS-İNİCARƏ HAQQINI ÖDƏYİR

04.12.2003 [10:43]
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyası həmsədrlərinin bu yaxınlarda Bakıda keçirilmiş işgüzar görüşündə Qəbələ radiolokasiya stansiyası (“Dəryal” RLS) ilə bağlı məsələyə də toxunulmuşdur.
Həmsədrlər ...

FRANSADA ARAMSIZ YAĞIŞLAR AĞIR VƏZİYYƏT YARATMIŞDIR

04.12.2003 [10:43]
AzərTAc-ın xüsusi müxbiri Parisdən xəbər verir:
Bazar günündən başlayaraq yağan aramsız yağışlar Fransanın cənub-şərq bölgəsində, Aralıq dənizi ətrafındakı Buş-du-Ron, Ot Luar, Var və Kar departamentlərində ağır vəziyyət yaratmışdır. Ölkənin ...

ZONA SEMİNAR MÜŞAVİRƏSİ KEÇİRİLMİŞDİR

04.12.2003 [10:42]
Avropa Komissiyası, Azərbaycanın və Fransanın kənd təsərrüfatı nazirlikləri arasında əldə olunmuş razılığa əsasən, Fransa ekspertləri ölkəmizin mütəxəssisləri ilə birlikdə Baytarlıq İdarəsinə yardım proqramı işləyib hazırlamışdır. 2003-2005 ci illəri əhatə ...

İFES TƏŞKİLATI BƏLƏDİYYƏLƏRƏ RESURS MATERİALLARI PAYLAYIR

04.12.2003 [10:42]
İFES təşkilatı Azərbaycanda fəaliyyət göstərən 2667 bələdiyyənin hamısına yerli idarəçilik mövzusunda qiymətli təlimat materialları toplusunu göndərmişdir.
Təşkilatın Bakıdakı ofisindən AzərTAc-ın müxbirinə bildirmişlər ki, materiallar toplusuna iki vəsait -“Azərbaycanda ...

MƏCBURİ KÖÇKÜNLƏR ÜÇÜN YENİ LAYİHƏLƏR HƏYATA KEÇİRİLİR

04.12.2003 [03:48]
Dövlətqaçqınkom və BAYVA İdarəetmə Mərkəzi məcburi köçkünlərin sıx yaşadığı Sabirabadın Güdə Cühür və Şəhriyar yaşayış məntəqələrində yeni layihələr həyata keçirirlər. Rayonun Axtaçı kəndindəki yardımçı elektrik stansiyasından Güdə Cühür düşərgəsinə ...

BƏŞİR SƏFƏROĞLU ADINA MOSKVA MUSİQİLİ MİNİATÜR TEATRI AÇILIŞA HAZIRLAŞIR

04.12.2003 [03:36]
Xalq artisti, iki dəfə “Qızıl Dərviş” mükafatı laureatı Afaq Bəşirqızı Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində atası, xalq artisti Bəşir Səfəroğlunun adını daşıyan Moskva Musiqili Miniatür Teatrının açılışına hazırlaşır. Bu ...

YENİ BİTKİ SORTLARININ MÜHAFİZƏSİ ÜZRƏ KONVENSİYAYA QOŞULMAĞIN ÖLKƏMİZ ÜÇÜN MÜHÜM ƏHƏMİYYƏTİ OLACAQDIR

03.12.2003 [23:30]
Dekabrın 3-də Milli Məclisin aqrar siyasət daimi komissiyasının iclası keçirilmişdir.
Komissiyanın sədri Eldar İbrahimov ölkəmizin Prezidenti tərəfindən parlamentə təqdim olunmuş qanun layihələri barədə deputatlara və dəvət olunmuş qonaqlara ...

TANINMIŞ YAZIÇI-PUBLİSİST ELMİRA AXUNDOVANIN YENİ KİTABININ TƏQDİMATI

03.12.2003 [23:20]
Dekabrın 3-də “Azərbaycan” mehmanxanasında tanınmış yazıçı-publisist Elmira Axundovanın “Yaşamaq vaxtıdır” adlı yeni kitabının təqdimat mərasimi olmuşdur. Kitaba müəllifin 1993-2003-cü illərdə yazdığı məqalələr, aldığı müsahibələr, yol oçerkləri və ədəbi esselər daxildir ...

AZƏRBAYCANLI TƏLƏBƏLƏRİN İŞƏ QƏBULU PROQRAMININ TƏQDİMATI

03.12.2003 [23:05]
“bp Exploration Sea LTD” neft şirkəti Azərbaycanın Rusiyadakı səfirliyində Moskvada təhsil alan azərbaycanlı tələbələrin işə qəbulu proqramının təqdimatını keçirmişdir. Yeni proqramdan əsas məqsəd Azərbaycandakı yataqların işlənilməsi sahəsində bp neft ...

ELMİ TƏFƏKKÜR FORUMU

03.12.2003 [23:04]
AzərTAc-ın Ukraynadakı xüsusi müxbiri xəbər verir ki, dekabrın 3-də Kiyevdə Elmlər Akademiyalarının Beynəlxalq Assosiasiya Şurasının (EABA) yubiley iclası keçırılmişdir.
Bu forumda ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik ...

XÜSUSİ EHTİYACI OLAN UŞAQLAR MİLLİ PARKDA YÜRÜŞ KEÇİRMİŞLƏR

03.12.2003 [22:57]
Dekabrin 3-də Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA) Açıq Cəmiyyət İnstitutunun (OSİ) maddi yardımı, ABŞ Metodist Kilsələr Birliyi Yardım Təşkilatı (UMCOR) və “Lotos” Əlilliyin Dərki və Təlim Mərkəzi ilə əməkdaşlıq ...

DONALD RAMSFELD: “BİZ AZƏRBAYCANLA STRATEJİ ƏMƏKDAŞLIĞA BÖYÜK ƏHƏMİYYƏT VERİRİK”
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ABŞ-IN MÜDAFİƏ NAZİRİ DONALD RAMSFELDİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR

03.12.2003 [22:50]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də Prezident sarayında Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Donald Ramsfeldin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Qonaqları səmimiyyətlə qarşılayan Azərbaycan dövlətinin başçısı ...

AZƏRBAYCAN VƏ ABŞ-IN MÜDAFİƏ NAZİRLƏRİNİN BİRGƏ MƏTBUAT KONFRANSI

03.12.2003 [22:46]
Ölkəmizdə səfərdə olan ABŞ-ın müdafiə naziri Donald Ramsfeld və Azərbaycanın müdafiə naziri Səfər Əbiyev dekabrın 3-də Prezident sarayında kütləvi informasiya vasitələri üçün mətbuat konfransı keçirmişlər.
Müdafiə nazirləri əvvəlcə ...

ABS-IN MÜDAFİƏ NAZİRİ BAKIYA GƏLMİŞDİR

03.12.2003 [22:45]
ABŞ-ın müdafiə naziri Donald Ramsfeld dekabrın 3-də Bakıya gəlmişdir. Bina hava limanında qonağı Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev qarşılamışdır ...

GÖRKƏMLİ MEMARIN YUBİLEYİ QEYD OLUNMUŞDUR

03.12.2003 [22:38]
Dekabrın 3–də Azərbaycan Memarlıq və İnşaat Universitetində Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının (ŞÖBMA) prezidenti Şamil Fətullayev-Fiqarovun 75 illiyinə həsr olunmuş “Tarixi şəhərlər və çagdaş demokratik toplumu” mövzusunda ikigünlük beynəlxalq ...

HAKİMLƏR ÜÇÜN BEYNƏLXALQ SEMİNAR KEÇİRİLMİŞDİR

03.12.2003 [22:38]
Ədliyyə Nazirliyi mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, dekabrın 1-2-də Bakıda insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının məhkəmələr tərəfindən tətbiqinə dair seminar keçirilmişdir. Ədliyyə Nazirliyinin Avropa Şurası ...

KƏRAÇİDƏ PARTLAYIŞ

03.12.2003 [22:10]
AzərTAc-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, Pakistanın Kəraçi şəhərində baş vermiş partlayış nəticəsində on nəfərə yaxın adam yaralanmış, 5 avtomobil yanmışdır. Yerli informasiya mənbələrinə istinadla bildirilir ki, partlayıcı qurğu ...

ATƏT QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARI ÜÇÜN MƏŞĞƏLƏLƏR KEÇİRMİŞDİR

03.12.2003 [22:09]
ATƏT-in Bakı nümayəndəliyi Moskvanın “Qolubka” treninq mərkəzi ilə birgə ekologiya ilə məşğul olan QHT əməkdaşlarının təlimi proqramı çərçivəsində Orxus ictimai-ekologiya mərkəzində həftəlik məşğələlər keçirmişdir.
On səkkiz qeyri-hökumət təşkilatının ...

MOSKVADAKI BƏŞİR SƏFƏROĞLU ADINA TEATRIN AÇILIŞI ƏRƏFƏSİNDƏ MƏTBUAT KONFRANSI

03.12.2003 [22:09]
Dekabrın 18-də Moskvada Bəşir Səfəroğlu adına Musiqili Miniatür Teatrının ilk mövsümü açılacaqdır.
Azərbaycan Teatr Xadimləri İttifaqında bu münasibətlə keçirilmiş mətbuat konfransında respublikanın xalq artisti, iki dəfə laureat Afaq ...

ƏLİLLƏRƏ QAYĞI GÖSTƏRİLİR

03.12.2003 [21:40]
Sumqayıtın 10-dan çox ictimai təşkilatında birləşmiş 2 mindən artıq əlil qayğı və diqqətlə əhatə olunmuşdur. Beynəlxalq Əlillər günü münasibətilə “Bahar” restoranında təşkil edilmiş qəbul bunun daha bir təzahürü idi. ...

PARLAMENT XƏBƏRLƏRİ

03.12.2003 [21:33]
Milli Məclisin deputatı Əli Abbasov dekabrın 4-də Parisdə keçiriləcək Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət, Elm və Təhsil Komitəsinin iclasında iştirak edəcəkdir.
Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ...

NAZİRLƏR KABİNETİNDƏ GÖRÜŞ

03.12.2003 [21:21]
Dekabrın 3-də Nazirlər Kabinetində BMT Baş katibinin müavini, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin İcraçı direktoru Antonio Maria Kosta Azərbaycanın güc nazirliklərinin rəhbərləri ilə görüşmüşdür.
Azərbaycan Respublikası Baş ...

BAKI SLAVYAN UNİVERSİTETİNDƏ MƏTBUAT KONFRANSI

03.12.2003 [21:21]
Bakı Slavyan Universitetində bu ali məktəbin rektoru professor Kamal Abdullayevin ABŞ-a səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilmişdir.
Xatırladaq ki, noyabrın 20-də Nyu-Yorkda Kolumbiya Universitetinin Harriman İnstitutunda ilk ...

SECİ TƏŞKİLATI AZƏRBAYCANLA ƏMƏKDAŞLIQDA MARAQLIDIR

03.12.2003 [21:14]
Cənub-şərqi Avropada Əməkdaşlıq Təşəbbüsü Təşkilatının (SECİ) Transsərhəd Cinayətkarlıqla Mübarizə üzrə Regional Mərkəzinin direktoru Yalçın Çakıcı dekabrın 3-də Beynəlxalq Mətbuat Mərkəzində ölkəmizə səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirmişdir.
...

ÜZGÜÇÜLƏRİN ÖLKƏ ÇEMPİONATI BAŞA ÇATMIŞDIR

03.12.2003 [20:47]
Ordu İdman Klubunun hovuzunda çoxnövçülük dərəcəsində ölkə üzgüçülük çempionatı keçirilmişdir. Gənclər, İdman və Turizm Nazirliyindən AzərTAc-ın müxbirinə bildirmişlər ki, “Təhsil”, “Neftçi”, OİK idman cəmiyyətlərini, Bədən Tərbiyəsi və İdman Akademiyasını ...