SON XƏBƏRLƏR

HƏSƏN BƏY ZƏRDABİ ADINA MÜKAFATIN SAHİBLƏRİ MƏLUMDUR

02.04.2004 [23:25]
“Əkinçi” Mətbuat Cəmiyyəti idarə heyətinin iclası keçirilmişdir. İclasda Cəmiyyətin təsis etdiyi “Həsən bəy Zərdabi adına mükafat”ın növbəti sahibləri müəyyənləşdirilmişdir.
Cəmiyyətdən AzərTAc-a bildirmişlər ki, qaliblər arasında 2003-cü ildə öz ...

SALYANDA GÜCLÜ YANĞIN FƏRDİ YAŞAYIŞ BİNALARINA CİDDİ ZİYAN VURMUŞDUR

02.04.2004 [23:25]
AzərTAc Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinə istinadla xəbər verir ki, Salyan şəhərinin Əlövsət Quliyev küçəsindəki 74 nömrəli evdə baş vermiş güclü yanğın zamanı ciddi xəsarət alan olmasa da, hadisə nəticəsində ...

TƏHSİL NAZİRLİYİNDƏ GÖRÜŞ

02.04.2004 [23:11]
Təhsil naziri Misir Mərdanov Bakıda səfərdə olan İstanbul Şəhər Təhsil Şöbəsinin müdiri Ömür Balıbəylə görüşmüşdür.
AzərTAc-ın müxbiri xəbər verir ki, görüşdə nazir Azərbaycan və Türkiyə əlaqələrinin tarixi köklərindən danışmışdır. Eyni ...

KOMİSSİYADA MÜZAKİRƏ EDİLMİŞDİR

02.04.2004 [23:10]
AzərTAc xəbər verir ki, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının aprelin 2-də keçirilmiş iclasında Azərbaycan Prezidenti İlham Əliyevin bu il fevralın birinci ongünlüyündə Rusiyaya rəsmi səfəri ...

BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI

02.04.2004 [21:48]
Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilmiş hərracların yekunlarına görə aprelin 2-də USD/AZM-in orta hesablanmış birja məzənnəsi 1 ABŞ dolları üçün 4924 manat olmuşdur.
Birjanın informasiya-analitik şöbəsindən AzərTAc-ın müxbirinə ...

MART AYINDA BBVB HƏRRACLARINDA ELEKTRON HƏRRACLARIN PAYI 86,5 FAİZƏ ÇATMIŞDIR

02.04.2004 [21:46]
Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində hərracların yekunlarına görə 2004-cü ilin mart ayı üçün dönərli valyuta üzrə birja bazarının aparıcı operator banklarının siyahısını müəyyən etmişdir.
Birjanın informasiya ...

QUDUZLAŞMIŞ YARASALAR

02.04.2004 [20:54]
AzərTAc-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, Braziliyada yarasaların hücumu nəticəsində 12 adam həlak olmuşdur.
Braziliya Səhiyyə Nazirliyinin nümayəndəsi bildirmişdir ki, ölənlərin hamısı quduzluq xəstəliyinə tutulmuşdur.
Onun ...

XƏZƏRYANI ÖLKƏLƏRİN XARİCİ İŞLƏR NAZİRLƏRİNİN GÖRÜŞÜ APRELİN 6-DA KEÇİRİLƏCƏK

02.04.2004 [20:53]
AzərTAc-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, bunu Rusiyanın Xarici İşlər Nazirliyindən bildirmişlər.
Görüşdə sahilyanı dövlətlərin Xəzərdə əməkdaşlığı, dənizin hüquqi statusu haqqında konvensiya, Xəzərdə ayrı-ayrı fəaliyyət növləri (təbii sərvətlərdən ...

DÖVLƏT TƏLTİFLƏRİ TƏQDİM EDİLMİŞDİR

02.04.2004 [20:53]
AzərTAc xəbər verir ki, Ədliyyə Nazirliyndə dövlət başçısının 12 yanvar 1999-cu il tarixili Fərmanına əsasən “İgidliyə görə” medalı ilə təltif edilmiş bir qrup ədliyyə işçisinə həmin təltiflərin təntənəli təqdim ...

DİN PƏRDƏSİ ARXASINDA POZUCULUQLA MƏŞĞUL OLANLARA QARŞI MÜBARİZƏDƏ HAMI FƏAL OLMALIDIR

02.04.2004 [20:53]
Milli Qeyri-Hökumət Təşkilatları Forumunun “Gənclər” bölməsi Azərbaycan Respulikası Dini Araşdırmalar Mərkəzi ilə birlikdə “Pozucu dini sektalar Azərbaycanın müstəqilliyinə və dövlətçiliyinə təhlükədir” mövzusunda “dəyirmi masa” keçirmişdir.
AzərTAc-ın müxbiri xəbər verir ki, ...

MİLLİ MƏCLİSİN İCLASINDA

02.04.2004 [20:14]
Aprelin 4-də Milli Məclisin iclası keçirilmişdir.
AzərTAc-ın müxbiri xəbər verir ki, gündəlikdəki məsələlərin müzakirəsinə başlamazdan əvvəl deputatlar Kəlbəcər rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən işğalı zamanı həlak olmuş soydaşlarımızın xatirəsini ...

APRELİN AYRI-AYRI GÜNLƏRİNDƏ 25 DƏRƏCƏ İSTİ GÖZLƏNİLİR

02.04.2004 [20:03]
Apreldə havalar qeyri-sabit keçəcəkdir. Temperaturun normaya yaxın olacağı gözlənilir. Ayrı-ayrı günlərdə 20-25 dərəcə isti olacaqdır. Yağıntının səviyyəsi normaya yaxınlaşacaq, dağlıq və dağətəyi rayonlarda, habelə bəzi cənub rayonlarında isə normadan ...

BEYNƏLXALQ HƏVƏSKAR GÜLƏŞ FEDERASİYASININ PREZİDENTİ BAKIYA GƏLMİŞDİR

02.04.2004 [19:58]
Beynəlxalq Həvəskar Güləş Federasiyasının (FILA) prezidenti Rafael Martinetti Bakıya gəlmişdir. Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-ın müxbirinə bildirmişlər ki, səfərdən əsas məqsəd sərbəst güləş üzrə aprelin 3-də ...

UKRAYNALI QULLİVER

02.04.2004 [19:58]
AzərTAc-ın Kiyevdən aldığı xəbərə görə, Jitomir vilayətinin Podolyansı kəndinin sakini, boyu 2 metr 53 santimetr olan Leonid Stadnik dünyanın ən ucaboylu adamı sayıla bilər. Onun Ginnesin rekordlar kitabına düşmək ...

DÖRD GİMNASTIMIZ BEYNƏLXALQ TURNİRDƏ İŞTİRAK EDİRLƏR

02.04.2004 [19:58]
Ulyanovsk şəhərində həmin vilayətin qubernatoru general Vladimir Şamanovun mükafatları uğrunda bədii gimnastika üzrə beynəlxalq turnir keçirilir. Turnirdə Azərbaycandan dörd gimnast iştirak edir.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AzərTAc-ın ...

BEYNƏLXALQ SÜLHSEVƏRLƏR BİRLİYİ ERMƏNİLƏRİN YENİ FİTNƏKARLIĞINA QƏTİ ETİRAZINI BİLDİRİR

02.04.2004 [19:54]
Ermənistan Yazıçılar İttifaqının 1921-ci il Qars müqaviləsinin etibarsız hesab edilməsi barədə Ermənistan Parlamentinə müraciəti Beynəlxalq Sülhsevərlər Birliyinin (BSB) 60 mindən artıq üzvünün hiddətinə və haqlı etirazına səbəb olmuşdur. BSB-nin ...

BAŞ NAZİR ARTUR RASİZADƏNİN LİTVA RESPUBLİKASINA RƏSMİ SƏFƏRİ

02.04.2004 [19:48]
AzərTAc-ın xüsusi müxbiri Vilnüsdən xəbər verir ki, burada rəsmi səfərdə olan Azərbaycanın Baş naziri Artur Rasizadə və onu müşayiət edən şəxslər aprelin 2-də Antakalnis qəbiristanını ziyarət etmiş, Litvanın müstəqilliyi ...

MİLLİ MƏCLİSİN DEPUTATI BEYNƏLXALQ FORUMDA İŞTİRAK EDƏCƏKDİR

02.04.2004 [19:46]
Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, parlamentin deputatı, respublika Uşaq Təşkilatının sədri Gülər Əhmədova uşaq təşkilatları rəhbərlərinin Beynəlxalq Forumunda iştirak etmək üçün aprelin 3-də Budapeştə yola düşəcəkdir.
...

AZƏRBAYCAN MİLLİ ENSİKLOPEDİYASI REDAKSİYA HEYƏTİNİNTƏRKİBİNİN VƏ ƏSASNAMƏSİNİN TƏSDİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİNFƏRMANI

02.04.2004 [19:44]
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” 12 yanvar 2004-cü il tarixli 55 nömrəli sərəncamına uyğun olaraq qərara alıram:
1. Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti aşağıdakı tərkibdə təsdiq edilsin ...

E.M.MƏMMƏDYAROVUN AZƏRBAYCAN RESPUBLİKASININ İTALİYA RESPUBLİKASINDA FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ VƏZİFƏSİNDƏN AZAD EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

02.04.2004 [19:39]
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Elmar Məhərrəm oğlu Məmmədyarov Azərbaycan Respublikasının İtaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilsin. ...

V.M.QULİYEVİN AZƏRBAYCAN RESPUBLİKASININ XARİCİ İŞLƏR NAZİRİ VƏZİFƏSİNDƏN AZAD EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

02.04.2004 [19:37]
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Vilayət Muxtar oğlu Quliyev Azərbaycan Respublikasının xarici işlər naziri vəzifəsindən azad edilsin ...

E.M.MƏMMƏDYAROVUN AZƏRBAYCAN RESPUBLİKASININ XARİCİ İŞLƏR NAZİRİ TƏYİN EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

02.04.2004 [19:35]
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Elmar Məhərrəm oğlu Məmmədyarov Azərbaycan Respublikasının xarici işlər naziri təyin edilsin. ...

BERLİN KONFRANSINDA NARKOTRAFİKƏ QARŞI MÜBARİZƏ HAQQINDA RAZILAŞMA İMZALANMIŞDIR

02.04.2004 [18:50]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Əfqanıstanın dirçəlişinə dair Berlində keçirilən konfransda iştirak edən 56 dövlətin nümayəndələri Əfqanıstan ərazisində narkotik xassəli bitkilərin becərilməsi və narkotik vasitələrin qonşu dövlətlərin nəzarətsiz ...

MİSİRDƏ ARXEOLOGİYA TARİXİNDƏ İLK DƏFƏ OLARAQ FİRONUN ƏLLƏ ÇƏKİLMİŞ RƏSMİ TAPILMIŞDIR

02.04.2004 [18:47]
AzərTAc xəbər verir ki, bu məlumatı Qahirədə çıxan “Əl-Əhram” qəzeti yaymışdır. İspaniya arxeoloqları Luksor şəhəri yaxınlığında fironun naməlum rəssam tərəfindən çəkilmiş rəsmini tapmışlar. Fironun ön tərəfdən üzünü əks etdirən ...