SON XƏBƏRLƏR

«HÜQUQI ŞƏXSLƏRIN DÖVLƏT QEYDIYYATI VƏ DÖVLƏT REYESTRI HAQQINDA» AZƏRBAYCAN RESPUBLIKASI QANUNUNUN TƏTBIQ EDILMƏSI BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

12.04.2004 [21:42]
«Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram ...

«AZƏRBAYCAN RESPUBLIKASININ 1999-CU IL 25 IYUN TARIXLI QANUNU ILƏ TƏSDIQ EDILMIŞ AZƏRBAYCAN RESPUBLIKASININ TORPAQ MƏCƏLLƏSININ TƏTBIQ EDILMƏSI BARƏDƏ» AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ 1999-CU IL 4 AVQUST TARIXLI 176 NÖMRƏLI FƏRMANINA ƏLAVƏ EDILMƏSI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

12.04.2004 [21:40]
«Torpaqların münbitliyi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsinə dair əlavə tədbirlər barədə» Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 979 nömrəli Fərmanına uyğun olaraq qərara alıram ...

HİCABIN LƏÇƏK İLƏ ƏVƏZ OLUNMASINI TƏKLİF EDİRLƏR

12.04.2004 [21:29]
AzərTAc-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, Fransanın islam təşkilatları ölkənin təhsil müəssisələrində dini rəmzlərin gəzdirilməsinə qadağa qoyan yeni qanunu qəbul etməyə hazırdırlar, lakin məsələyə daha çevik yanaşmağı məsləhət ...

BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI

12.04.2004 [20:57]
Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilmiş hərracların yekunlarına görə aprelin 12-də USD/AZM-in orta hesablanmış birja məzənnəsi 1 ABŞ dolları üçün 4922,73 manat olmuşdur.
Birjanın informasiya-analitik şöbəsindən AzərTAc-ın müxbirinə ...

PARTLAYIŞ TÖRƏDİLƏCƏYİ BARƏDƏ YALAN MƏLUMAT YAYANLAR HƏBS OLUNMUŞLAR

12.04.2004 [20:35]
Azərbaycanın Daxili İşlər Nazirliyi və Baş Prokurorluğunun mətbuat xidmətlərindən AzərTAc-a daxil olmuş məlumatda deyilir ki, son vaxtlar beynəlxalq terrorizmin miqyasının genişlənməsi və daha təhlükəli xarakter alması, bir sıra Avropa ...

UKRAYNALI JURNALİSTLƏR ANTALYAYA GƏLƏCƏKLƏR

12.04.2004 [20:30]
AzərTAc-ın Kiyevdəki xüsusi müxbiri “İNTERFAKS-UKRAYNA” infromasiya agentliyinə istinadla xəbər verir ki, aprelin 17-dən mayın 1-dək Türkiyənin Antalya şəhərində jurnalistlərin ikinci “Ukrayna-Türkiyə” forumu keçiriləcəkdir. İki ölkə arasında əməkdaşlığın, Türkiyənin Aralıq ...

SUMQAYITDA MİLLİ ORDUYA ÇAĞIRIŞ MÜTƏŞƏKKİL KEÇİR

12.04.2004 [20:30]
Sumqayıtda milli orduya çağırış davam edir. Şəhərin hərbi komissarı polkovnik-leytenant Aydın Mikayılov AzərTAc-ın müxbirinə bildirmişdir ki, gənclər çağırış məntəqələrinə həvəslə gəlirlər. Xidmətdən boyun qaçırma halları İldən-ilə azalır ki, bu ...

KOALİSİYA QÜVVƏLƏRİ SƏKKİZ GÜN ƏRZİNDƏ İRAQDA 70 HƏRBÇİ İTİRMİŞLƏR

12.04.2004 [20:29]
AzərTAc-ın xarici informasiya agentliklərinə istinadla verdiyi xəbərə görə, İraqdakı koalisiya quvvələri komandanının müavini ABŞ generalı Mark Kimmit aprelin 12-də Bağdadda keçirdiyi mətbuat konfransında bildirmişdir ki, ayın 1-dən bəri koalisiya ...

İXRAC NEFT VƏ QAZ KƏMƏRLƏRİNİN MÜHAFİZƏSİ ZAMANI İNSAN HÜQUQLARI POZULMAYACAQDIR
TƏHLÜKƏSİZLİK VƏ İNSAN HÜQUQLARI ÜZRƏ TƏLİM PROQRAMINA YİYƏLƏNMİŞ MÜHAFİZƏÇİLƏRBUNA YOL VERMƏYƏCƏKLƏR

12.04.2004 [20:26]
Aprelin 12-də Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) təlim mərkəzində təhlükəsizlik və insan hüquqları üzrə təlim proqramının açılışı olmuşdur.
AzərTAc-ın müxbiri xəbər verir ki, Müdafiə, Milli Təhlükəsizlik, ...

YAPONİYA TÜRKİYƏDƏN KÖMƏK DİLƏYİR

12.04.2004 [20:00]
AzərTAc-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, aprelin 12-də Yaponiyanın Baş naziri Dzünitiro Koidzumi türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana İraqda girov götürülmüş yaponların buraxılmasına kömək göstərmək xahişi ilə müraciət etmişdir. ...

ƏLCƏZAİR XALQ DEMOKRATİK RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ƏBDÜLƏZİZ BUTEFLİKAYA

12.04.2004 [19:55]
Hörmətli cənab Prezident,
Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan Respublikası ilə Əlcəzair Xalq Demokratik Respublikası arasında dostluq və əməkdaşlıq ...

E.ROSSEL AZƏRBAYCANA VƏ TACİKİSTANA SƏFƏRLƏRİNİN YEKUNLARI BARƏDƏ XARİCİ İŞLƏR NAZİRİNƏ MƏLUMAT VERMİŞDİR

12.04.2004 [19:54]
AzərTAc-ın İTAR-TASS agentliyindən aldığı xəbərdə deyilir ki, Sverdlovsk vilayətinin qubernatoru Eduard Rossel Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefon söhbətində vilayət nümayəndə heyətlərinin Azərbaycana və Tacikistana səfərlərinin yekunları barədə ...

KONSTİTUSİYA MƏHKƏMƏSİ PALATASININ NÖVBƏTİ İCLASLARI OLMUŞDUR

12.04.2004 [19:52]
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclasları keçirilmişdir.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, palatanın həmin iclaslarında Saleh Vəli oğlu Yusifovun və Tofik Mehdiqulu oğlu Mahmudovun şikayətlərinin ...

İNDONEZİYA AZƏRBAYCAN İLƏ ƏLAQƏLƏRİ İNKİŞAF ETDİRMƏYƏ BÖYÜK ÖNƏM VERİR

12.04.2004 [19:05]
Aprelin 12-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İndoneziyanın ölkəmizdə akkreditə olunmuş səfiri Amin Rianom ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AzərTAc-a bildirmişlər ki, görüşdə nazir Elmar ...

DÜNYA İQTİSADİYYATI NEFTİN QİYMƏTİNİN ARTDIĞI DÖVRƏ DAXİL OLMUŞDUR

12.04.2004 [18:19]
AzərTAc-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, dünya neft bazarı operatorlarının əksəriyyəti belə qənaətə gəlmişdir ki, yaxın aylarda neftin qiymətinin aşağı düşəcəyi gözlənilmir.
Bununla belə, onlar neftin qiymətinin hissediləcək ...

QİYMƏTLİ KAĞIZLAR ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN YENİ İNTERNET SAYTI

12.04.2004 [18:18]
Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) yeni İnternet saytı yaratmışdır. Komitədən AzərTAc-a bildirmişlər ki, www.scs.gov.az ünvanlı saytdakı materiallar müxtəlif qiymətli kağızlar bazarı sahələrini, QKDK-nın gördüyü ...

ROMA PAPASI BƏŞƏRİYYƏTİ TERRORİZMƏ QARŞI QƏTİ MÜBARİZƏYƏ, MÜNAQİŞƏLƏRİN SÜLH YOLU İLƏ HƏLLİNƏ DƏSTƏK OLMAĞA ÇAĞIRMIŞDIR

12.04.2004 [18:17]
AzərTAc-ın müxbiri xəbər verir ki, Vatikan dövlətinin başçısı, Roma papası II İohann Pavel pravoslav xristianların müqəddəs bayramı Pasxa münasibətilə Romada keçirilən ibadət mərasimi zamanı çıxışında “Xoş əqidəli insanları” təcavüzkar separatizm, ...

BÖYÜK BRİTANİYA İRAQA ƏLAVƏ QOŞUN GÖNDƏRƏ BİLƏR

12.04.2004 [18:15]
AzərTAc-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, Birləşmiş Krallığın müdafiə naziri Ceff Hun jurnalistlərlə müsahibəsində bildirmişdir ki, zərurət olarsa, Böyük Britaniya İraqa əlavə qoşun göndərəcəkdir.
Nazir demişdir: “Biz insanların ...

OVÇULUQ FƏALİYYƏTİ QANUNLA TƏNZİMLƏNƏCƏKDİR

12.04.2004 [18:15]
Bu nəzarət “Ovçuluq haqqında” Qanunla həyata keçiriləcəkdir. Həmin qanun layihəsi aprelin 12-də Milli Məclisin aqrar siyasət, təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyalarının birgə iclasında müzakirə edilmişdir.
...

GÖRMƏ QABİLİYYƏTİNİ İTİRMİŞ VƏ ZƏİF GÖRƏN UŞAQLAR ÜÇÜN ƏDƏBİYYAT ÇAP EDƏN MAŞIN ALINACAQDIR

12.04.2004 [16:45]
AzərTAc-ın müxbiri xəbər verir ki, təhsil naziri Misir Mərdanovun “Ümidli gələcək” Gənclər Təşkilatının prezidenti Nabil Seyidov və İnsan Hüquqları və Demokratiyanın İnkişafı Proqramları Departamentinin direktoru Təranə Şərifova ilə görüşündə Valideyn-Müəllim ...

TÜRKİYƏ RESPUBLİKASININ QARS ŞƏHƏRİNDƏ AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ KONSULLUĞUNUN TƏSİS EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

12.04.2004 [16:43]
1. Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının Baş konsulluğu təsis edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının Baş konsulluğunun fəaliyyətinin təminatı ...

ÇİN İRAQDA ÖZ VƏTƏNDAŞLARININ OĞURLANMASINDAN NARAHATDIR

12.04.2004 [16:42]
AzərTAc-ın xəbər verdiyi kimi, bu günlərdə İordaniyadan İraqa gələn yeddi Çin vətəndaşı silahlı adamların hücumuna məruz qalmış və girov götürülmüşdür. Ehtimal edildiyinə görə, onlar Fəllucə şəhərində saxlanılır.
Pekindən ...

RUSİYADA AZƏRBAYCANDİLLİ MƏTBUAT UĞURLA İNKİŞAF EDİR

12.04.2004 [16:42]
Rusiya Federasiyasında azərbaycandilli mətbuat uğurla inkişaf edir. Bunu AzərTAc-ın müxbiri ilə söhbətində Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) vitse-prezidenti Araz Ağalarov bildirmişdir.
A.Ağalarovun sözlərinə görə, Rusiyadakı Azərbaycan diasporu indi 50-dən ...

“GECƏ SÜDÜ” YUXUSUZLUĞUN DƏRMANIDIR

12.04.2004 [15:30]
AzərTAc-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, səhər açılmamış sağılan inək südü böyük şəhərlərin əhalisini nəinki gecələr yuxusuz qalmaqdan qurtarır, hətta gündüzlər iş qabiliyyətini artırmağa kömək edir.
Tədqiqatlar ...

İRAN VƏ TÜRKMƏNİSTAN “DOSTLUQ”DAN İSTİFADƏ BARƏDƏ SAZİŞ İMZALAMIŞLAR

12.04.2004 [14:41]
AzərTAc-ın Tehrandan aldığı xəbərdə deyilir ki, İran və Türkmənistan iki ölkənin sərhədində yerləşən “Dostluq” dəryaçasından birgə istifadə haqqında saziş imzalamışlar.
Sənəd “Dostluq” dəryaçasının su ehtiyatlarından hər iki ölkə üçün ...