CƏMİYYƏT
Milli Parkda növbəti pulsuz attraksion aksiyası keçirilib VİDEO
Bakı, 30 dekabr, AZƏRTAC
AZƏRTAC xəbər verir ki, saat 10:00-dan 14:00-dək Dənizkənarı Milli Parka gələn uşaqlar park ərazisindəki attraksionlarda, qatarlarda və sərnişinlərə xidmət göstərən gəmidə heç bir ödəniş etmədən əylənə biliblər.
Dənizkənarı Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidov AZƏRTAC-a bildirib ki, 15 yaşına qədər uşaqlar üçün pulsuz attraksion aksiyaları artıq ənənə halını alıb. Bu aksiyalar növbəti bayramlarda da davam etdiriləcək.
Nazim Məcidov deyib ki, dekabrın 31-də gecə saat 12-də Bakı bulvarında atəşfəşanlıq olacaq. Artıq bulvarda atəşfəşanlıq üçün lazım olan elementlər quraşdırılıb. Yeni il bayramı günlərində bulvar ərazisindəki obyektlər paytaxt sakinlərinə və şəhərin qonaqlarına gün ərzində xidmət göstərəcəklər. Sonrakı bayram günlərində isə tələbatdan asılı olaraq, iş vaxtları uzadılacaq.