FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb
Bakı, 27 aprel, AZƏRTAC
Dövlət qurumları arasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan minifutbol turnirində Fövqəladə Hallar Nazirliyinin komandası daha bir uğura imza atıb.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu gün yarımfinal oyununa çıxan kollektiv Daxili İşlər Nazirliyinin komandası ilə qarşılaşıb.
Əsas hissəsi qolsuz bərabərliklə bitən oyunun qalibi penalti seriyasında müəyyənləşib. Rəqib qapısından 2 top keçirən FHN-in komandası yekunda 2:1 hesabı ilə qələbə qazanaraq finala yüksəlib.
Final görüşü Ədliyyə Nazirliyinin komandasına qarşı keçiriləcək.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının təşkilati dəstəyi ilə keçirilən turnirdə 52 dövlət qurumu, şirkət və müxtəlif təşkilatların komandaları mübarizə aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:32]
Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb
- 10.10.2026 [20:49]
Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib
- 10.10.2026 [20:34]
Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO
- 10.10.2026 [19:28]
Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
- 10.10.2026 [19:05]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [18:57]
Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO
- 10.10.2026 [18:53]