Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB
Laçın, 10 oktyabr, AZƏRTAC
“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Laçın rayonu Zabux kəndinə gəlib. Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov qonaqlara kənd haqqında ətraflı məlumat verib.
Daha sonra iştirakçılar Həkəri çayının sahilində yaradılmış bulvarda olublar. Seyrangahdan şəhəri seyr edən nümayəndə heyəti Heydər Əliyev küçəsinə də gəlib və burada Laçın haqqında ətraflı məlumatlandırılıb.
Səfərdə Azərbaycanda akkreditə olunmuş səfirlər və attaşelər, qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də xarici dövlətlərin sabiq dövlət və hökumət başçıları iştirak ediblər.
13:27
“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarının Laçına səfəri başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər zamanı nümayəndə heyətinin üzvləri ilk olaraq Laçın şəhərindəki Seyrəngaha gəlib.
Qonaqlar buradan Laçın şəhərinə açılan mənzərəni seyr edib, xatirə fotoları çəkdiriblər.
Müxbir-Aydın Yavərzadə