Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Bakı, 9 oktyabr, AZƏRTAC

Müasir beynəlxalq münasibətlər sistemində baş verən mürəkkəb geosiyasi proseslər, yeni iqtisadi və nəqliyyat reallıqlarının formalaşması dövlətlərin regional və qlobal siyasətdə rolunu yenidən müəyyənləşdirir. Belə bir dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi müstəqil, məqsədyönlü və çoxşaxəli xarici siyasət ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsinə, regional əməkdaşlıq proseslərində aparıcı rolunun artmasına və qlobal əhəmiyyətli layihələrdə iştirakı imkanlarının genişlənməsinə şərait yaradıb. Bu baxımdan Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri ikitərəfli münasibətlərin inkişafı ilə məhdudlaşmayan, daha geniş geosiyasi və geoiqtisadi məzmun daşıyan mühüm diplomatik hadisə kimi qiymətləndirilməlidir. Səfər Azərbaycan-Türkmənistan strateji tərəfdaşlığının daha da dərinləşdirilməsi, Xəzəryanı dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi, Orta Dəhlizin inkişafı, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi və regional inteqrasiyanın yeni mərhələyə yüksəldilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan bu gün beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, regional dialoqun təşəbbüskarı və qlobal nəqliyyat-logistika, enerji və ticarət layihələrinin aparıcı iştirakçılarından biri kimi çıxış edir. Prezident İlham Əliyevin Türkmənistana səfəri ümumilikdə ölkəmizin MDB məkanında və Mərkəzi Asiyada artan siyasi nüfuzunu, müstəqil xarici siyasət kursunun uğurlarını, Xəzər hövzəsində sülh, təhlükəsizlik və ekoloji əməkdaşlığın inkişafına verdiyi töhfəni, eləcə də Avrasiyada yeni əməkdaşlıq platformalarının formalaşmasında oynadığı strateji rolu bir daha nümayiş etdirdi.

AZƏRTAC Prezident İlham Əliyevin Türkmənistana səfəri fonunda Azərbaycanın regional əməkdaşlıq proseslərindəki rolunu təhlil edir.

Azərbaycanın regional diplomatiyası: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Mövcud reallıqlar fonunda Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri regional əməkdaşlıq mexanizmlərində fəal iştirak, milli maraqlara əsaslanan tərəfdaşlıq əlaqələrini genişləndirmək və beynəlxalq mövqelərini daha da gücləndirməkdir. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən müstəqil və praqmatik diplomatik kurs nəticəsində Azərbaycan həm MDB məkanında, həm də Mərkəzi Asiyada etibarlı tərəfdaş kimi mövqeyini gücləndirib.

Azərbaycan MDB çərçivəsində milli maraqlarına əsaslanan, bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq siyasəti həyata keçirir. Ölkəmiz bu platformanı dövlətlər arasında siyasi dialoqun davam etdirilməsi, iqtisadi-ticarət əlaqələrinin inkişafı, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi və humanitar münasibətlərin qorunması baxımından əhəmiyyətli əməkdaşlıq formatlarından biri kimi qiymətləndirir. Dövlətimizin başçısının qeyd etdiyi kimi: “...Ötən illər ərzində MDB siyasi dialoqun dəstəklənməsi, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi və ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib”.

Prezident İlham Əliyevin MDB çərçivəsində keçirilən yüksəksəviyyəli görüşlərdə iştirakı Azərbaycanın regional dialoqa və konstruktiv əməkdaşlığa verdiyi önəmin əyani təzahürüdür.

Bununla yanaşı, son illərdə Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətləri xüsusi dinamika qazanaraq, keyfiyyətcə yeni mərhələyə yüksəlib. Bu əlaqələr artıq yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, daha geniş regional əməkdaşlıq formatları müstəvisində inkişaf edir. Azərbaycanın 2025-ci ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə tamhüquqlu iştirakına dair qəbul edilmiş qərar bu baxımdan mühüm tarixi əhəmiyyət daşıyır. Azərbaycanın bu formatda iştirakı ölkəmizin Mərkəzi Asiya ilə strateji tərəfdaşlığının möhkəmlənməsinə, Türk dünyasının birliyinin güclənməsinə, iqtisadi əlaqələrin genişlənməsinə və Orta Dəhlizin inkişafına yeni imkanlar yaradır. Bu, eyni zamanda, Azərbaycanın Cənubi Qafqaz ilə Mərkəzi Asiya arasında etibarlı siyasi və iqtisadi körpü rolunu daha da gücləndirir.

Oktyabrın 8-də Prezident İlham Əliyev Türkmənistanda keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı bu regionla ölkəmiz arasındakı münasibətlərlə bağlı qeyd edib: “Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib. Siyasi əlaqələr yüksək səviyyədədir və qarşılıqlı yüksəksəviyyəli səfərlər müntəzəm xarakter alıb. İqtisadi-ticari əməkdaşlıq güclənir, qarşılıqlı investisiyalar artır və birgə layihələr həyata keçirilir. Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb. Bu gün ölkəmizdə Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkət aktiv şəkildə fəaliyyət göstərir. Son illərdə Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb. ... Biz yalnız qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməliyik, həm də birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıyıq”. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığı yeni investisiya və birgə layihələr hesabına daha da genişlənməlidir.

Azərbaycanın Avrasiya məkanında strateji mövqeyi: Nəqliyyat, enerji və Xəzər dənizi

Azərbaycanın beynəlxalq əhəmiyyətinin artmasının əsas amillərindən biri onun əlverişli coğrafi mövqeyindən uğurla faydalanaraq həyata keçirdiyi genişmiqyaslı infrastruktur layihələridir. Ölkəmiz Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm nəqliyyat və logistika mərkəzinə çevrilib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, dəmir yolları, avtomobil magistralları və digər logistika imkanları Azərbaycanın Avrasiya nəqliyyat xəritəsində strateji rolunu artırır. Xüsusilə Orta Dəhlizin inkişafında Azərbaycanın rolu ayrıca qeyd olunmalıdır. Prezident İlham Əliyevin təşəbbüsləri və ölkəmizin nəqliyyat infrastrukturuna yatırdığı investisiyalar nəticəsində bu marşrut Avropa ilə Asiya arasında mühüm alternativ nəqliyyat bağlantısına çevrilib. Orta Dəhlizin əhəmiyyəti yalnız iqtisadi gəlirlərlə məhdudlaşmır. Bu layihə region dövlətləri arasında əməkdaşlıq mühitini gücləndirir və Avrasiya məkanında yeni iqtisadi əlaqələr sisteminin formalaşmasına xidmət edir.

Ölkəmiz, eyni zamanda, enerji təhlükəsizliyi sahəsində də regional və qlobal əhəmiyyətə malik layihələrin təşəbbüskarıdır. Xüsusilə Xəzər regionunda yerləşən resursların beynəlxalq bazarlara çıxarılmasında Azərbaycanın nəqliyyat və tranzit imkanları mühüm əhəmiyyət daşıyır. Mərkəzi Asiya ölkələrinin enerji resurslarının Azərbaycan üzərindən dünya bazarlarına çıxarılması həm regional bağlantıların genişlənməsinə, həm də Avropa və Asiya arasında yeni enerji əməkdaşlığı imkanlarının formalaşmasına şərait yaradır. Eyni zamanda, Azərbaycanın yaşıl enerji istiqamətində həyata keçirdiyi layihələr ölkəmizin gələcək enerji arxitekturasında rolunu daha da artırır.

Xəzər dənizi də Azərbaycanın regional siyasətində mühüm istiqamətlərdən biridir. Ölkəmiz Xəzəri sülh, təhlükəsizlik və qarşılıqlı faydalı əməkdaşlıq məkanı kimi qiymətləndirir. Xəzəryanı dövlətlər arasında etimadın gücləndirilməsi və birgə fəaliyyət mexanizmlərinin inkişaf etdirilməsi regional sabitlik baxımından mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, Xəzər dənizinin su səviyyəsinin azalması ciddi regional çağırış olaraq qalır. Dəniz səviyyəsinin enməsi ekoloji problemlərlə yanaşı, iqtisadi və sosial təsirlər də yaradır. Gəmiçilik, limanların fəaliyyəti, sahilyanı infrastruktur və biomüxtəliflik bu prosesdən mənfi təsirlənir. Azərbaycan bu problemin həllinə regional əməkdaşlıq çərçivəsində yanaşır. Prezident İlham Əliyev 2022-ci ildə Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında Xəzərin su səviyyəsinin azalması məsələsini gündəmə gətirib və xüsusi işçi qrupunun yaradılması təşəbbüsünü irəli sürüb.

Xəzərin su balansına təsir edən amillər arasında iqlim dəyişmələri ilə yanaşı, insan fəaliyyəti və çay sularından istifadə məsələləri də mühüm yer tutur. Dövlətimizin başçısı bu gün Türkmənistanda keçirilən Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxışı zamanı Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərinə və həll yollarına toxunaraq deyib: “Aydındır ki, Xəzərin səviyyəsinin aşağı düşməsi yalnız iqlim dəyişmələri ilə bağlı deyil. Əsas səbəblərdən biri çay axınının azalması və təsərrüfat fəaliyyəti ilə bağlı antropogen amillərdir. Bununla yanaşı, baş verən dəyişikliklərin potensial uzunmüddətli nəticələrinin qiymətləndirilməsi və artıq bu gün qərarlar qəbul edilərkən onların nəzərə alınması bizim üçün vacibdir. ...Xəzər bizim ümumi sərvətimizdir. Onun nadir ekosistemini qorumaq və gələcək nəsillərə ötürmək bizim ümumi məsuliyyətimizdir”. Prezident İlham Əliyevin bu fikirləri Xəzərin səviyyəsinin azalmasına kompleks yanaşmanın vacibliyini göstərir. Dövlətimizin başçısının vurğuladığı kimi, problemin həlli yalnız ekoloji tədbirlərlə məhdudlaşmamalı, elmi araşdırmalar, regional əməkdaşlıq və uzunmüddətli strateji qərarlar əsasında həyata keçirilməlidir.

Azərbaycan-Türkmənistan tərəfdaşlığı

Azərbaycanla Türkmənistan arasında münasibətlər qarşılıqlı hörmət, tarixi-mədəni yaxınlıq və ortaq maraqlar əsasında inkişaf edən dostluq əlaqələri ilə xarakterizə olunur. Son illərdə iki ölkə arasında siyasi dialoqun intensivləşməsi, qarşılıqlı səfərlərin artması və müxtəlif sahələr üzrə əməkdaşlıq imkanlarının genişlənməsi əlaqələrin yeni mərhələyə yüksəldiyini göstərir. Prezident İlham Əliyevin Türkmənistana səfəri ölkələrimiz arasında münasibətlərdə mövcud yüksək siyasi etimadın növbəti göstəricisidir. İki ölkənin malik olduğu iqtisadi potensial və regional imkanlar əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli zəmin yaradır. Xüsusilə nəqliyyat və tranzit sahəsində əlaqələrin inkişafı regionlararası ticarət əlaqələrinin genişlənməsinə və yeni iqtisadi imkanların formalaşmasına xidmət edir.

Azərbaycan dövlətlərarası münasibətlərdə qarşılıqlı hörmət, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanan əməkdaşlıq modelini dəstəkləyir. Bu yanaşma regionda davamlı sülhün və sabitliyin möhkəmləndirilməsi üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycan-Ermənistan sülh prosesində əldə olunan irəliləyişlər Cənubi Qafqazda yeni əməkdaşlıq imkanlarının yaranmasına, nəqliyyat bağlantılarının inkişafına və iqtisadi inteqrasiyanın genişlənməsinə şərait yaradır.

Beləliklə, Prezident İlham Əliyevin Türkmənistana səfəri, o cümlədən keçirilən tədbirlər və görüşlər Azərbaycanın artan beynəlxalq nüfuzunun, regional əməkdaşlıq təşəbbüslərinin və müstəqil xarici siyasətinin növbəti göstəricisidir. Səfər ölkəmizin MDB və Mərkəzi Asiya məkanında mövqelərinin möhkəmləndiyini, Avrasiya əməkdaşlığında və regional sabitliyin təmin olunmasında rolunun artdığını bir daha nümayiş etdirdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub

Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb

AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində olub

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir

Emre Diner: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqelərini gücləndirir

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Böyük Britaniya qışın sonuna qədər qaz ehtiyatlarının tükənməsi riski ilə qarşılaşa bilər

İcraçı direktor: Enerji və ətraf mühit məsələlərinə vahid yanaşma Xəzər dənizinin sağlam ekosistemi üçün əsas şərtdir

Kubalı idmançı Azərbaycanda reabilitasiya keçərək uğurlu nəticə əldə edib

® Mərkəzi Gömrük Hospitalının həkimi beynəlxalq konfransda çıxış edib

İlham Məmmədzadə: Azərbaycanın beynəlxalq təşkilatlarda sədrlik etməsi yeni əməkdaşlıq imkanları yaradır

Qazaxıstanlı mütəxəssis: Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub YENİLƏNİB VİDEO

Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxışının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb

Sadır Japarov MDB ölkələrinin liderlərini 2027-ci ildə Bişkekdə keçiriləcək Qlobal Dağ Sammitinə dəvət edib

Azərbaycanda orta ixtisas təhsili müəssisələrində elmi potensial: son rəqəmlər

Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Mövsüm dəyişdi, öskürək epidemiyası başladı: xalq təbabətindən unudulmuş reseptlər

MDB dövlət başçıları tarixi yaddaşın qorunmasına dair Bəyanat qəbul ediblər

Xəzərin iki sahilindən formalaşan yeni siyasi xətt: Azərbaycan və Mərkəzi Asiya

Bakıda Avropa Su İdmanı Federasiyasının inklüzivliyə həsr olunmuş konfransı baş tutub

Azərbaycanlı professor “Çingiz Aytmatov” medalına layiq görülüb

Arıçı Ağadadaş Abbasov: Bu peşədə hər fəslin özünəməxsus çətinliyi var

Azərbaycan və Mərkəzi Asiya dövlətləri münasibətləri ortaq inkişaf məqsədləri üzərində qurulur ŞƏRH

Yeni səyahət marşrutları və təcrübələr: Turizm mütəxəssisləri cənub regionunda

BDU-da təlim: Süni intellekt müəllimin köməkçisi kimi

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib  YENİLƏNİB VİDEO

“AI for Engineers” təlim proqramına müraciətlərin qəbuluna başlanılır

Prezident İlham Əliyevin xarici siyasət strategiyası: güclənən mövqelər, dərinləşən tərəfdaşlıq

Qazaxıstan Prezidenti Trans-Xəzər marşrutunu ölkəsi üçün prioritet istiqamətlərdən biri adlandırıb

BMU-da elmi tədqiqatların beynəlxalq platformalara inteqrasiyası diqqət mərkəzində olub