Səyyah: Qarabağda gördüklərim məni valeh etdi
Ağdərə, 9 oktyabr, AZƏRTAC
Dünya səyyahları Qarabağa səfərləri çərçivəsində Ağdərə rayonunun Vəngli kəndində yerləşən Gəncəsər Monastır Kompleksini ziyarət ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfərdə iştirak edən, Birləşmiş Ərəb Əmirliklərində yaşayan, əslən Filippindən olan Ceyd Makkeyb Qarabağla bağlı təəssüratlarını bölüşüb.
O bildirib ki, ekspedisiyanın üçüncü günündə bölgədə gördükləri onda böyük maraq doğurub: “Qarabağ zəngin tarixə malikdir və burada danışılacaq çoxlu hekayələr var. İnanıram ki, dünyanın müxtəlif yerlərindən olan insanlar buranı görsələr, bölgənin keçmişdən bu günə necə dəyişdiyinin şahidi olmaq onlar üçün də möhtəşəm təcrübə olar. Görürəm ki, hökumət vətəndaşlar üçün evlərin və binaların bərpasına, yenidən qurulmasına çalışır. Eyni zamanda, turizmin inkişafına da diqqət yetirilir. Hesab edirəm ki, görülən işlər, həqiqətən, təqdirəlayiqdir. Səfər çərçivəsində ziyarət etdiyimiz bütün məkanları gördükdən sonra deyə bilərəm ki, bu, fantastik təcrübədir. Qarabağ məni valeh etdi”.
Müxbir – Elcan Məmmədov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [19:57]
Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər
- 09.10.2026 [19:47]
ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar
- 09.10.2026 [19:05]
AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub
- 09.10.2026 [18:49]
MDU-da müxtəlif illərin məzunları bir araya gəlib
- 09.10.2026 [18:03]
Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq
- 09.10.2026 [17:36]
Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO
- 09.10.2026 [17:21]