“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq
Bakı, 9 oktyabr, AZƏRTAC
Komandamız Çempionlar Liqasının II təsnifat mərhələsində Xorvatiyanın “Mladost” (Zaqreb) klubuna qarşı keçirəcəyi oyuna Bakıda yüksək səviyyədə hazırlaşır. Daha əvvəl İtaliya, Yunanıstan və Türkiyədə təlim-məşq toplanışlarında iştirak etdik, bir sıra yoxlama oyunları keçirdik.
Bu sözləri AZƏRTAC-a açıqlamasında qadın voleybolçulardan ibarət “Turan” komandasının oyunçusu Ayşən Abduləzimova deyib.
Azərbaycan millisinin kapitanı bildirib ki, ölkə xaricində təşkil edilən hazırlıq prosesi komandanın gələcək oyunlarına müsbət təsir edəcək: “Bu qarşılaşmalar komandamızın oyun təcrübəsinin artırılması və qarşıdakı məsul oyuna daha yaxşı hazırlaşması baxımından faydalı oldu. “Turan” tarixində ilk dəfə Çempionlar Liqasında mübarizə aparır. Bu, klubumuz üçün çox vacib mərhələdir. Ümid edirəm ki, doğma azarkeşlərimizin dəstəyi ilə təsnifat mərhələsini uğurla keçərək növbəti hədəflərimizə doğru inamla irəliləyəcəyik”.
Qeyd edək ki, oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində keçiriləcək “Turan” - “Mladost” oyunu saat 19:00-da başlayacaq.
Müxbir – Cavid Əliyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [20:16]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq
- 09.10.2026 [16:28]