Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Bakı, 9 oktyabr, AZƏRTAC

Akif Əli oğlu Nərimanov – Azərbaycan neft-qaz sənayesinin və geologiya elminin inkişafına mühüm töhfələr verən, ölkənin zəngin neft-qaz potensialının öyrənilməsi və mənimsənilməsi istiqamətində uzun illər səmərəli elmi və istehsalat fəaliyyəti göstərən görkəmli alim, geologiya-mineralogiya elmləri doktoru, professor Respublikanın Əməkdar mühəndisi, yüksəkixtisaslı neft geoloqu və tanınmış istehsalat mütəxəssisidir. O, Azərbaycan neft-qaz geologiyasının ən mühüm istiqamətlərindən biri olan Cənubi Xəzər hövzəsinin tədqiqi sahəsində xüsusi xidmətləri ilə seçilib. Alimin çoxillik istehsalat və elmi fəaliyyəti neft-qaz yataqlarının axtarışı və kəşfiyyatı, karbohidrogen ehtiyatlarının elmi əsaslarla qiymətləndirilməsi, perspektiv strukturların müəyyənləşdirilməsi və yataqların səmərəli işlənməsi məsələlərinin həllinə yönəlib. Onun bu istiqamətdə apardığı tədqiqatlar Cənubi Xəzərin mürəkkəb geoloji quruluşunun və neft-qazlılıq potensialının daha dərindən öyrənilməsinə, eləcə də Azərbaycanın neft sənayesinin elmi-texniki bazasının möhkəmləndirilməsinə, geoloji biliklərin zənginləşdirilməsi və milli neft geologiyası məktəbinin formalaşmasına mühüm töhfə verib.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Arzu Cavadovanın “Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür” adlı məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Akif Nərimanov 1946-cı il oktyabrın 10-da Gəncə şəhərində anadan olub. 1970-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun, indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Geoloji-kəşfiyyat fakültəsini dağ-mədən mühəndis-geoloqu ixtisası üzrə bitirib. Onun əmək fəaliyyəti hələ təhsil aldığı dövrdə, 1968-ci ildən başlayıb. O, neft sənayesində fəaliyyətinə neft hasilatı üzrə operator kimi əfsanəvi Neft Daşları yatağında başlamış, qazma sahəsində qazmaçı köməkçisi kimi davam edib və sonrakı onilliklər ərzində müxtəlif istehsalat və rəhbər vəzifələrdə çalışaraq yüksəlib.

Akif Nərimanovun peşəkar fəaliyyətinin böyük hissəsi SOCAR ilə bağlı olub. Müxtəlif illərdə qazma, neft hasilatı və geoloji-kəşfiyyat sahələrində işləyib. O,“Kaspmorneft” və “Azneft” istehsalat birliklərində geologiya üzrə rəhbər vəzifələrdə çalışıb, daha sonra “Azneft” İstehsalat Birliyinin baş geoloqu və baş direktorun geologiya üzrə müavini olub. Sonrakı mərhələdə SOCAR-ın Strateji İnkişaf üzrə vitse-prezidentinin müşaviri vəzifəsində çalışıb. Onun fəaliyyətinin mühüm istiqamətlərindən biri Azərbaycanın həm quruda, həm də dənizdə neft-qaz potensialının qiymətləndirilməsi və yeni yataqların axtarışı olub.

Akif Nərimanovun iştirakı ilə Xəzər dənizində bir sıra yataqlar kəşf olunub, o cümlədən “Günəşli”, “Çıraq”, “Azəri”, “8 Mart”, Ələt-dəniz və s.

Akif Nərimanov müxtəlif dövrlərdə Azərbaycanın neft-qaz ehtiyatlarının öyrənilməsi və yataqların qiymətləndirilməsi üzrə beynəlxalq şirkətlərlə, o cümlədən AMOCO, “Mobil”, bp, “Exxon”, “Statoil”, “Chevron”, “Conoco”, “Unocal” və “Total” şirkətləri ilə birgə layihələrdə qrup rəhbəri kimi iştirak edib. Bu layihələr çərçivəsində neft-qaz ehtiyatlarının qiymətləndirilməsi, “Azəri”, “Çıraq”, “Günəşli”, “Şahdəniz” kimi yataqların geoloji modelləşdirilməsi və işlənmə perspektivlərinin araşdırılması aparılıb. Onun istehsalat fəaliyyətində başqa mühüm istiqamət Azərbaycanda uzun müddət istismar olunan köhnə neft yataqlarının bərpası və hasilatın artırılması olub. 1992-ci ildə onun rəhbərliyi ilə quruda köhnə neft yataqlarının bərpasına yönəlmiş xüsusi proqram hazırlanıb. Bu proqram, uzun müddət istismar olunan yataqlarda hasilatın yenidən artırılması üçün geoloji və texniki tədbirlərin sistemləşdirilməsini nəzərdə tuturdu. O, həmçinin qaz hasilatının artırılması proqramının hazırlanmasında da iştirak edib. Belə ki, 2006-cı ildə onun hazırladığı ikiillik tədbirlər proqramının məqsədi SOCAR-ın qaz hasilatını əhəmiyyətli dərəcədə artırılması idi. Proqram çərçivəsində “Günəşli”, “Bulla-dəniz”, “8 Mart” və “Bahar” kimi yataqlarda yeni qaz quyularının qazılması və digər tədbirlər nəzərdə tutulub ki, nəticədə ölkəmiz xaricdən təbii qaz alışından imtina edə bilib.

İstehsalat fəaliyyətində qazandığı zəngin praktiki təcrübəni dərin elmi biliklərlə vəhdətdə inkişaf etdirən Akif Nərimanov uzun illər ərzində yorulmaz və məhsuldar elmi fəaliyyət göstərərək Azərbaycan neft-qaz geologiyası elminin inkişafına misilsiz töhfələr verib, öz fundamental araşdırmaları, elmi əsərləri və zəngin peşəkar irsi ilə milli geologiya elminin tarixində layiqli və mötəbər yer tutub.

Onun elmi fəaliyyətinin ən mühüm mövzulardan biri Cənubi Xəzər hövzəsinin neft-qaz yataqlarının formalaşması məsələsidir. 1980-ci illərdən başlayaraq bu istiqamətdə sistemli tədqiqatlar aparıb. Onun hazırladığı konsepsiyada neft-qaz yataqlarının yaranma mexanizmləri, müxtəlif tipli geoloji tələlərin formalaşma vaxtı, neftin yaranması və miqrasiyası kimi məsələlər araşdırılıb.

Cənubi Xəzər hövzəsində dərində yatan horizontların neft-qazlılıq perspektivlərinin elmi əsaslandırılması istiqamətində Akif Nərimanovun xidmətlərini xüsusi qeyd etmək lazımdır. Onun bu tədqiqatlarının nəticələri 1984-cü ildə XXVII Dünya Geoloji Konqresində məruzə edilib və geniş müzakirəyə səbəb olub, həmçinin SSRİ Elmlər Akademiyası sistemində həmin ilin ən yaxşı elmi işləri siyahısına daxil edilib. Bu dərin araşdırmaların nəticəsi olaraq, o, 1983-cü ildə geologiya-mineralogiya üzrə “Cənubi Xəzərin qərb şelfində neft və qaz yataqlarının formalaşması (axtarış işlərinin perspektivli istiqamətlərinin müəyyənləşdirilməsi ilə əlaqədar)” mövzusunda elmlər namizədliyi dissertasiyasını, 1990-cı ildə “Dərin çöküntülərin neft-qazlılığının geoloji əsasları (Cənubi Xəzər çökəkliyi timsalında)” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

Onun elmi əsərləri Azərbaycanla yanaşı beynəlxalq elmi nəşrlərdə də dərc olunub. O, AAPG və EAGE kimi beynəlxalq təşkilatların tədbirlərində çoxsaylı məruzələrlə çıxış edib. 2014-cü ildə Akif Nərimanovun həmmüəllifliyi ilə Azərbaycanın neft geologiyasının tarixinə həsr olunmuş “Prometeydən bu günə qədər: Azərbaycanda neft geologiyasının yaranması və inkişafı tarixi” adlı kitabı nəşr etdirib. Bu fəaliyyəti nəticəsində o, Cənubi Xəzər hövzəsinin neft-qaz geologiyası üzrə tanınmış mütəxəssis kimi ölkəmizdə və beynəlxalq elmi dairələrdə də tanınıb. O, uzun illərdir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının eksperti olaraq peşəkar elmi kadrların hazırlanmasında iştirak edir.

Akif Nərimanovun elm sahəsindəki fəaliyyətinin başqa bir istiqaməti “Azərbaycan Geoloqu” elmi bülleteni ilə bağlıdır. O, 2014-cü ildən nəşrin baş redaktorudur.

Çoxşaxəli istehsalat və elmi fəaliyyəti ilə yanaşı, Akif Nərimanov 18 il ərzində əvəzçilik əsasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetində professor kimi pedaqoji fəaliyyət göstərib, zəngin elmi və istehsalat təcrübəsini gənc nəslə ötürərək müxtəlif geoloji fənləri tədris edib.

Akif Nərimanovun peşəkar, elmi və ictimai fəaliyyəti yalnız ölkə miqyası ilə məhdudlaşmayıb, onun təşəbbüsləri Azərbaycanın neft-qaz geologiyası sahəsində beynəlxalq əməkdaşlığın inkişafına da xidmət edib. AAPG təşkilatının fəal üzvü olaraq, o, 1990-cı illərdə Azərbaycanda neft geoloqlarının peşəkar təşkilatlanmasında mühüm rol oynayıb və Azərbaycan Neftçi Geoloqları Cəmiyyətinin yaradılmasının təşəbbüskarlarından və qurucularından biri olub, həmçinin uzun müddət təşkilata rəhbərlik edib. Eyni zamanda, Avropa Yer Elmləri Alimləri və Mühəndisləri Assosiasiyası (EAGE) ilə də fəal əməkdaşlıq edib və onun Azərbaycan bölməsinin inkişafında iştirak edib.

Akif Nərimanovun fəaliyyəti yalnız elm və dövlət neft şirkəti ilə məhdudlaşmayıb. O, Azərbaycanın neft xidmətləri sektorunda beynəlxalq şirkətlərlə müştərək müəssisələrin yaradılmasında da iştirak edib. Onun təşəbbüsü ilə 1995-ci ildə SOCAR və Hollandiyanın Fugro şirkəti ilə “Azəri-Fuqro”; 1999-cu ildə Schlumberger ilə “Azlab”; 2005-ci ildə ABŞ-ın Target şirkəti və Siemens ilə “Oil & Gas ProServ” müştərək müəssisələri yaradılıb. Akif Nərimanov, bu müəssisələrin direktorlar şuralarına rəhbərlik edib.

Zəngin istehsalat, elmi və ictimai fəaliyyətinə görə Akif Nərimanov müxtəlif elmi və peşəkar təltiflərə, o cümlədən Azərbaycan Respublikasının “Əməkdar mühəndisi” fəxri adına və Prezident təqaüdünə; Ukrayna Geoloqlar Komitəsinin qızıl medalına, AAPG Special Award mükafatına layiq görülüb. AAPG-nin xüsusi mükafatı onun neft geologiyasına, xüsusilə Cənubi Xəzər hövzəsinin öyrənilməsinə, Azərbaycan Neftçi Geoloqları Cəmiyyətinin yaradılmasına və gənc geoloqların inkişafına töhfələri ilə əlaqəlidir. O, həmçinin Rusiya Təbii Elmlər Akademiyasının və Avropa Akademiyasının üzvüdür.

Zəngin elmi irsini və çoxillik peşəkar təcrübəsini böyük əzmlə davam etdirən Akif Nərimanov elmi və ictimai fəaliyyətini uğurla sürdürür, Azərbaycan neft geologiyası elminin və neft sənayesinin inkişafına öz dəyərli töhfələrini verməkdə davam edir. Azərbaycan Neftçi Geoloqları Cəmiyyətinin İdarə Heyətinin sədri kimi o, gənc geoloqların peşəkar inkişafına, onların müasir elmi biliklərə yiyələnməsinə və milli geologiya məktəbinin ənənələrinin layiqincə davam etdirilməsinə xüsusi diqqət və qayğı göstərir.

Akif Nərimanovun zəngin həyat yolu, çoxillik elmi və istehsalat fəaliyyəti, Azərbaycan neft geologiyasının inkişafına verdiyi töhfələr və gənc nəslin yetişdirilməsində göstərdiyi fədakar xidmətlər böyük ehtiram və minnətdarlıq doğurur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniya yeni döyüş helikopterlərinin alınmasında problemlərlə üzləşib

Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir

Tramp: Demokratlar seçkilərdə qalib gələrsə, veto hüququndan istifadə edəcəyəm

Şimali Koreya nüvə potensialını gücləndirməyə davam edəcək

“Axios”: Tramp Konqres seçkilərindən dərhal sonra İrana hücum etməyi planlaşdırmır

ABŞ-də təyyarə qəzasında 9 nəfər həlak olub YENİLƏNİB

Hörmüz boğazında iki tanker minaya düşüb

İran: ABŞ ilə mümkün yeni münaqişə əvvəlkindən daha uzun çəkə bilər

Suriyada neft emalı zavoduna planlaşdırılan terror hücumunun qarşısı alınıb

Konor Makqreqor UFC-dəki növbəti döyüşünün sonuncu olacağını açıqlayıb

“Arsenal” “Liverpul”u məğlub edərək Premyer Liqanın lideri olub

Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib

Ağstafada iki yeniyetməni avtomobil vurub

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO

AZƏRTAC-ın xüsusi müxbiri “24news” internet televiziyasında Azərbaycan-Gürcüstan əlaqələrindən danışıb

Qazaxıstanda dünya çempionatının son günü: Azərbaycan güləşçilərinin nəticələri

“Makron diktaturası” müzakirələri: Tənqidçilər ölkədə avtoritar meyillərin gücləndiyini bildirirlər

“Dakar-2026”: Azərbaycan cüdoçusu qızıl medal qazanıb

Şahmat üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatına yekun vurulub

Frantişkovı Laznedə tarixi kurort binasının döşəməsində akvarium quraşdırılıb

Fransada etirazlar Makron hakimiyyətinə qarşı siyasi qarşıdurmanı dərinləşdirir: müxalifət prezidentdən məsuliyyət tələb edir

Bu saata olan əsas xəbərlər

Xetaq Qazyumov: Dünya çempionatındakı nəticəyə görə məsuliyyəti öz üzərimə götürürəm

Geridə qalan həftə Gürcüstanın həyatında nələr baş verib?

Lənkəran Dövlət Dram Teatrında “Nəfəsim Vətən” tamaşasının premyerası olub

Premyer Liqa: “Neftçi” və “Kəpəz”dən qələbə

“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub

Moskvada Tsaritsino parkında terror aktı törətməklə hədələyən yeniyetmə saxlanılıb

Fransada demokratiya və insan hüquqları nə dərəcədə qorunur? VİDEO

Fransada demokratiya və insan hüquqları nə dərəcədə qorunur? VİDEO

Ali Tsokayev: Bürünc medal qazanmaqdan daha çox qızılı əldən verməyimi düşünürəm

Azərbaycanın özəl sektorunun təmsilçiləri İstanbulda COMCEC çərçivəsində sammitdə iştirak edirlər

ABŞ-də futbol matçından sonra silahlı hücum: bir nəfər ölüb, 8 nəfər yaralanıb

Azərbaycan güləşçisi Qazaxıstandakı dünya çempionatında bürünc medal qazanıb

OPEC+ ölkələri hasilat səviyyəsinin saxlanılması barədə qərar qəbul ediblər

Azərbaycan güləşçisi İslam Bazarqanov dünya çempionatını beşinci pillədə başa vurub

Azərbaycan güləşçisi Qazaxıstandakı dünya çempionatında bürünc medalı əldən verib

Avropadakı sosial böhran fonunda Almaniyada gənclərin etirazı:“Gen Z regelt” aksiyaları nədən xəbər verir?

Başqalarına demokratiya dərsi keçən Avropada nələr baş verir? VİDEO

Başqalarına demokratiya dərsi keçən Avropada nələr baş verir? VİDEO

Azərbaycan güləşçisi Qazaxıstandakı dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq YENİLƏNİB

Kimya İnstitutu NASCO29-da təmsil olunub

Milli Kitabxanada “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Media: Fransada toqquşmalarda 60 nümayişçi və onlarla polis yaralanıb

Bakıda “Baku Women’s Cancer Forum” beynəlxalq elmi forumu keçirilib

Lefkoşa Kipr yunanlarına qaz və içməli su tədarük etməyə hazır olduğunu bildirib

Avropada dərinləşən böhran - TƏHLİL

Türkiyədə 19 yeni vilayətin yaradılması təklif olunur

Media və Yayım Şurası bəyanat yayıb

“Qələbə qaçışı” 2000-dən çox insanı bir araya gətirib

Azərbaycanlı professor Türkiyə universitetinin rektorluğuna namizədliyini irəli sürüb

Şervin Nəcəfpur: Norveçi Odlar diyarı, Azərbaycanı isə vikinqlərin ölkəsi ilə tanış etmək istəyirəm MÜSAHİBƏ

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda yanğın və xilasetmə üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı keçiriləcək

Fərid Qayıbov: “Qələbə qaçışı”nda iştirakçıların sayı ildən-ilə artır

Sürücünün sükan arxasında yuxulaması qəza ilə nəticələndi

Salyanda qəza zamanı yük maşını iki yerə ayrılıb, ölənlər var - FOTO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 1 noyabr

Prezident: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Zati-aliləri cənab Abdelmacid Tebbuna

Anna Yusubova: “Qələbə qaçışı” xalqımızın ruhunu yüksəldir

“Qələbə qaçışı”nın qalibi: Bu tədbir bizim üçün xüsusi məna daşıyır

Şimali Koreya taktiki ballistik raketlərə quraşdırıla bilən kasetli bombaları sınaqdan keçirib

Azərbaycançılıq ideyası xalqımızı birləşdirən ən mühüm milli dəyərdir - ŞƏRH

Böyük Qayıdışın növbəti ünvanlarından biri Eyvazxanbəyli kəndi olacaq VİDEO

Böyük Qayıdışın növbəti ünvanlarından biri Eyvazxanbəyli kəndi olacaq VİDEO

Bakıda VI “Qələbə qaçışı”na start verilib VİDEO

Bakıda VI “Qələbə qaçışı”na start verilib VİDEO

Dövlət Kukla teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

Bu gün Kənd Təsərrüfatı İşçiləri Günüdür: Uğurlar, çağırışlar və gələcəyə baxış

Paytaxtın Nizami rayonunda yanğın olub VİDEO

Paytaxtın Nizami rayonunda yanğın olub VİDEO

Azərbaycan Premyer Liqası: “Şamaxı” “Neftçi”ni, “Kəpəz” “İmişli”ni qəbul edəcək

Bakıdan Tbilisiyə ilk əlavə reys 100 faiz doluluqla yola düşüb VİDEO

Bakıdan Tbilisiyə ilk əlavə reys 100 faiz doluluqla yola düşüb VİDEO

Şəkidə minik avtomobili dərəyə aşıb: 1 nəfər ölüb, 3 nəfər yaralanıb VİDEO

Şəkidə minik avtomobili dərəyə aşıb: 1 nəfər ölüb, 3 nəfər yaralanıb VİDEO

Ebola virusu yayılan ölkələrin sayı artır

Tramp: ABŞ İrandakı bir neçə obyektlə məşğul olmalıdır

Almaniyadakı kütləvi aksiyaların iqtisadi və siyasi səbəbləri var – TƏHLİL

Möhsün Rzayi: İran ABŞ-yə inanmır

Albaniyada polislərlə etirazçılar arasında yenidən toqquşmalar olub

Donald Tramp ABŞ-ni Avropadakı iğtişaşlarla bağlı "oyanmağa" çağırıb

Almaniyada qarşıdurmalar baş verib, yaralananlar və saxlanılanlar var – YENİLƏNİB VİDEO

Almaniyada qarşıdurmalar baş verib, yaralananlar və saxlanılanlar var – YENİLƏNİB VİDEO

Niyə “O”? – Rəssamla görüş

İranda zəlzələ olub

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi olub

Böyük Britaniyanın Baş naziri kölə ticarətinə görə üzr istənilməsini istisna etməyib

Fransada saxlanılan nümayişçilərin sayı 511-ə çatıb – YENİLƏNİB 2

“Bavariya” – “Borussiya Dortmund” qarşılaşmasında qalib müəyyənləşməyib

Azərbaycanın cüdo millisi U-23 Avropa çempionatında komanda hesabında birinci olub

Dakar-2026: Cüdoçumuzun ilk rəqibi müəyyənləşib

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Dakar-2026: Üzgüçümüzün çıxış edəcəyi 800 metr məsafəyə yarış ləğv olunub

Kir Starmer: Avropa müdafiə sahəsində ABŞ-dən asılılığını azaltmalıdır

Rusiya FTX Moskvada terror aktı hazırlığı barədə məlumat alıb

Azərbaycan cüdoçuları Asiya Kubokunda 5 medal qazanıblar

Türkiyə və Ukrayna prezidentləri regionun təhlükəsizliyinin əhəmiyyətini vurğulayıblar

“Startup School 4” proqramının qalibləri müəyyənləşib: “Hogga” birinci yeri tutub

Zelenski: Ərdoğanla görüşdə Qara dənizdə təhlükəsiz naviqasiya və “Taxıl Dəhlizi” müzakirə olunub

Lənkəranda özünü hüquq-mühafizə orqanının əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb

Azərbaycan millisi “Böyük Dəbilqə” turnirində komanda hesabında birinci olub

Əli Abdullahi: İran Silahlı Qüvvələri rəqibin yeni hədəflər siyahısını hazırlayır

Arseni Cioyev: Finalda səhvə yol verdim və rəqibimin hücumunu buraxdım

Bu saata olan əsas xəbərlər