Lənkəranda özünü hüquq-mühafizə orqanının əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb
Lənkəran, 31 oktyabr, AZƏRTAC
Üzərində “silah” gəzdirib, özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran şəhərində özünü hüquq-mühafizə orqanlarından birinin əməkdaşı kimi təqdim edən naməlum şəxs müəyyən olunub. Polis tərəfindən keçirilən tədbirlərlə S.Dadaşzadə saxlanılıb.
Araşdırmalarla onun üzərində gəzdirdiyi silaha bənzər əşyanın oyuncaq olması, özünün isə hər hansı hüquq-mühafizə orqanlarında heç vaxt işləmədiyi müəyyən edilib.
Onunla bağlı məsuliyyət tədbirləri görülür.
Müxbir- İlkin Adıyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.10.2026 [15:11]
NDU ilə ADNSU arasında əməkdaşlıq memorandumu imzalanıb
- 31.10.2026 [13:16]
Əziz Əliyevin 130 illik yubileyi Gəncədə qeyd edilib VİDEO
- 31.10.2026 [10:35]
Qubadlıda ilk su elektrik stansiyası tikilir VİDEO
- 31.10.2026 [01:31]
Tovuzda avtomobil qəzaya uğrayıb, xəsarət alanlar var VİDEO
- 30.10.2026 [21:29]