Ukrayna Prezidenti İstanbulda səfərdədir
Ankara, 31 oktyabr, AZƏRTAC
Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparmaq üçün şənbə günü İstanbula gəlib.
AZƏRTAC xəbər verir ki, Ukrayna liderini İstanbul hava limanında Türkiyənin milli müdafiə naziri Yaşar Gülər qarşılayıb.
“Dolmabahçe” sarayında keçiriləcək danışıqların əsas mövzularından biri Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi olacaq.
Dövlət başçılarının görüşdən sonra birgə mətbuat konfransı keçirəcəyi gözlənilir.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.10.2026 [17:58]
İran müharibə ehtimalını istisna etmir
- 31.10.2026 [17:54]
İran XİN rəhbəri ABŞ ilə münaqişənin nizamlanması üçün şərtləri açıqlayıb
- 31.10.2026 [17:40]