İran XİN rəhbəri ABŞ ilə münaqişənin nizamlanması üçün şərtləri açıqlayıb
Bakı, 31 oktyabr, AZƏRTAC
İran ABŞ ilə münaqişənin nizamlanması və mümkün danışıqların başlanması üçün sanksiyaların ləğvini və regionda Amerika hərbi qüvvələrinin sayının azaldılmasını tələb edir.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Qətərin “Al Jazeera” telekanalına müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, Tehranın şərtlərinə İslamabad memorandumundan sonra tətbiq edilmiş sanksiyaların ləğvi, eləcə də ABŞ hərbi qüvvələrinin regiondakı sayının azaldılması daxildir.
“Vaşinqton şərtlərimizi qəbul etdikdən sonra danışıqların birbaşa, yoxsa dolayı yolla aparılacağına qərar verəcəyik”, - deyə A.Əraqçi qeyd edib.
İranın xarici işlər naziri Tehranın tələbləri sırasında ölkənin dondurulmuş aktivlərinin azad edilməsini və neft sektoruna qarşı sanksiyaların aradan qaldırılmasını da xüsusi vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.10.2026 [17:58]
İran müharibə ehtimalını istisna etmir
- 31.10.2026 [17:49]
Ukrayna Prezidenti İstanbulda səfərdədir
- 31.10.2026 [17:40]