Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heydər Əliyev Mərkəzində “Art Weekend”in rəsmi açılışı olub

Açılışda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva və Alyona Əliyeva iştirak ediblər

Bakı, 31 oktyabr, AZƏRTAC

Oktyabrın 30-da Heydər Əliyev Mərkəzində “Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” (Fly to Baku. Art Weekend. Sense the Future NOW) festivalının rəsmi açılışı olub.

AZƏRTAC xəbər verir ki, festivalın açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva və Alyona Əliyeva iştirak ediblər.

Heydər Əliyev Mərkəzində “Art Weekend”in açılışı çərçivəsində bir neçə sərgi təqdim olunub.

Açılışda çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva bu tədbirdə müxtəlif ölkələrdən olan tanınmış rəssamların iştirak etdiyini deyib: “Əlbəttə ki, bu, bir-birimizlə tanış olmaq, fikir mübadiləsi aparmaq baxımından gözəl fürsətdir. Qarşıdakı bir neçə gün ərzində siz təbiətin gözəlliyini, gücünü və əzəmətini əks etdirən çoxsaylı rəsm əsərləri, instalyasiyalar, heykəllər və performanslarla tanış olacaqsınız. 2012-ci ildə nəsli kəsilmək təhlükəsi ilə üzləşən heyvan növlərinin qorunması məqsədilə Qafqazın “Böyük beşliyi” təşəbbüsünü yaratmışıq".

Bu təşəbbüsə qonur ayı, boz canavar, Qafqaz bəbiri, imperator qartalı və ceyranın daxil olduğunu vurğulayan Leyla Əliyeva bildirib ki, həmin vaxtdan yerli qurumlar və beynəlxalq təşkilatlarla birlikdə bu heyvan növlərinin mühafizəsi, onların yenidən təbii yaşayış mühitinə qaytarılması və areallarının genişləndirilməsi istiqamətində fəaliyyət göstəririk. Bu sahədə kifayət qədər uğurlu nəticələr əldə etmişik.

Təbiəti anlamağın və sevməyin ən yaxşı yolunun onun qoynunda daha çox vaxt keçirmək olduğunu diqqətə çatdıran Heydər Əliyev Fondunun vitse-prezidenti qeyd edib: "Yalnız bu zaman onunla həqiqi bağlılıq hiss edə bilərik. Eyni zamanda, hər kəs hətta kiçik addımlarla böyük dəyişikliklərə töhfə verə biləcəyini unutmamalıdır. “Gələcəyi İNDİ duy” festivalının əhəmiyyəti bizim üçün məhz budur".

Sonra Azərbaycan Dövlət Uşaq Filarmoniyasının təqdimatında milli rəqs nümunəsi nümayiş olunub.

"Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” festivalında iştirak etmək üçün Azərbaycanın paytaxtına gələn beynəlxalq incəsənət nümayəndələri adından Leyla Əliyevaya təşəkkür edən incəsənət kuratoru Simon de Püri (Simon de Pury) deyib: "Hələ 2012-ci ildə Londonda Sizinlə görüşmək fürsətim olmuşdu. Həmin görüş zamanı Azərbaycan rəssamlarının beynəlxalq səviyyədə daha geniş tanıdılması, əsərlərinin dünya miqyasında nümayiş etdirilməsi, eyni zamanda, ən tanınmış beynəlxalq rəssamların əsərlərinin Azərbaycana gətirilməsi arzunuzu bölüşmüşdünüz. Məhz bu söhbətin nəticəsi olaraq “Fly to Baku” sərgisi təşkil edildi. Londonda böyük uğur qazanan sərgi daha sonra Paris, Moskva və dünyanın bir sıra digər şəhərlərində nümayiş olundu. 2016-cı ildə isə Heydər Əliyev Mərkəzində amerikalı rəssam Corc Kondonun əsərlərinə həsr olunmuş retrospektiv sərgi təşkil etdik. Bu möhtəşəm binada incəsənət və mədəniyyət ətrafında bir araya gəlmək xüsusi zövq verir. Mənim fikrimcə, Zaha Hadidin bu memarlıq əsəri onun ən möhtəşəm layihəsidir".

Həmçinin açılış mərasimi çərçivəsində müəllifi və rejissoru Pərviz Məmmədrzayevin olduğu, vizual atmosferi isə Ləman Yusifli tərəfindən “Art Weekend” üçün yaradılan “Orionun sapı” immersiv teatr tamaşası təqdim edilib. Tamaşa xoreoqrafiya, musiqi və vizual hekayəçilik vasitəsilə insan və təbiət arasındakı kövrək münasibəti araşdıran poetik bir səyahəti təcəssüm etdirir. “Orionun sapı” yalnız bir teatr təcrübəsi deyil, həm də insanın təbiətlə münasibəti və onun qarşısındakı məsuliyyəti barədə düşünməyə sövq edən bir əsərdir.

Tədbirin davamında Azərbaycan Dövlət Rəqs Ansamblının təqdimatında qədim rəqs ənənələrimizi əks etdirən “Cəngi” və “Yallı” rəqsləri təqdim olunub.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə ikinci ildir keçirilən festivalın sərgi proqramı müxtəlif bədii yanaşmaları, nəsilləri və coğrafiyaları bir araya gətirərək tamaşaçılara yaddaş, mədəni irs, təbiət, biomüxtəliflik, kimlik və gələcək kimi mövzular ətrafında düşünmək imkanı yaradır.

Budəfəki “Art Weekend”in sərgi proqramının mühüm istiqamətlərindən biri “Qafqazın Böyük Beşliyi” (Big Five of the Caucasus) mövzusudur. Qafqazın təbiəti və biomüxtəlifliyinə həsr olunan layihələrdə heyvanlar yalnız təbiətin bir hissəsi kimi deyil, həm də mədəni yaddaşın, mifologiyanın və kollektiv kimliyin daşıyıcıları kimi təqdim edilir.

“Böyük Beşlik” və onun təbiətdən sənətə olan səyahətinin bədii interpretasiyalarından biri də “Əfsanəvi varlıqlar: Azərbaycanın heyvanlar aləmi” (Legendary Creatures: An Azerbaijani Bestiary) layihəsidir. Heydər Əliyev Mərkəzinin park ərazisində nümayiş olunan layihə Azərbaycan folklorundakı mifoloji varlıqları “Böyük Beşlik” ilə əlaqələndirir. Burada heyvanlar yerli bilik, folklor və incəsənət yaddaşının daşıyıcıları kimi təqdim olunur, onların gələcək nəsillər üçün qorunmasının vacibliyi vurğulanır.

Ekspozisiyada ümumilikdə 6 rəssamın 6 əsəri - xalça kompozisiyası, heykəltaraşlıq əsəri, fotoəsər, metal kompozisiya, qarışıq kompozisiya sərgilənir.

Ekspozisiyadakı əsərlər məhz “Art Weekend” çərçivəsində ilk dəfə ictimaiyyətə təqdim edilir.

Heydər Əliyev Mərkəzində nümayiş olunan “Təbiət danışanda. Varislər” (When nature speaks. Heirs) müasir incəsənət sərgisi də təbiət, irs və insan məsuliyyəti mövzularını araşdırır.

Qafqazın “Böyük Beşliyi” - Qafqaz bəbiri, qonur ayı, boz canavar, imperator qartalı və ceyran sərginin konseptual əsasını təşkil edərək, “biz özümüzdən sonra necə bir təbii dünya qoyub gedəcəyik?” sualına diqqəti çəkir.

Ekspozisiyada müxtəlif formalarda təqdim olunan bu heyvanlar sadəcə vəhşi təbiət təsvirləri kimi qəbul edilmir. “Böyük Beşlik” festivalın bədii proqramının əsas rəmzlərinə çevrilərək təbiət, mədəni yaddaş, mifologiya, kimlik və gələcək nəsillər haqqında düşünmək üçün yeni perspektiv yaradır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ideyası əsasında hazırlanan sərgi insanlarla təbiət arasındakı əlaqəni, bir-biri ilə sıx bağlı olan irs, məsuliyyət, yaddaş və seçim kimi anlayışları tədqiq edir.

Sərgi instalyasiya, heykəltaraşlıq, keramika, tekstil və müxtəlif materialların birləşdirildiyi qarışıq texnikalarda çalışan rəssam və sənətçiləri bir araya gətirir.

Sərgidəki əsərlər məhz Bakıdakı incəsənət həftəsonu çərçivəsində ilk dəfə geniş ictimaiyyətə təqdim olunub.

Daha sonra çinli rəssam Canq Cinin (Zhang Ji) “Həqiqət dərisi” (The skin of truth) sərgisinə baxış olub. Ekspozisiya müxtəlif mədəniyyətlərin memarlıq ənənələrini müasir rəngkarlıqla birləşdirir. Sərgidə rəssamın “Həqiqət dərisi” və “Ultima” silsilələrindən əsərləri yer alıb. Məscid, sinaqoq, katolik kilsə, hindu və buddist məbədlərinin naxışlarından ilhamlanan Canq Cin onları müasir rəngkarlıq dili ilə yenidən şərh edir.

Bakı ekspozisiyasında nümayiş olunan əsərlər İspaniyadakı Kordova Böyük Məscidi, Əlhambra sarayı kimi məşhur memarlıq abidələrinin təsiri ilə yaradılıb.

Canq Cinin rəsm texnikası da fərqlidir. O, boyanı kətana fırça əvəzinə şprislə çəkir. Bu üsulla yaranan qabarıq səthlər əsərlərə barelyefi xatırladan görünüş verir.

Canq Cinin əsərləri indiyədək ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Fransa, İspaniya, İsveçrə, Səudiyyə Ərəbistanı, Türkiyədə və digər ölkələrdə nümayiş olunub və beynəlxalq kolleksiyalara daxil edilib.

Həmçinin Heydər Əliyev Mərkəzində tanınmış amerikalı rəssam Cudi Çikaqonun (Judy Chicago) “Qadınlar dünyanı idarə etsəydilər…” (What If Women Ruled the World?) adlı art-layihəsi və italiyalı sənətçi Mikelancelo Pistolettonun (Michelangelo Pistoletto) “Əbədiyyət güzgüsü” (Mirror of Eternity) əsəri təqdim olunub.

“Qadınlar dünyanı idarə etsəydilər…” art-layihəsi xatirələri bölüşmək, hekayələr danışmaq və kollektiv özünüifadə üçün imkan yaradır. Layihə 2022-ci ildən etibarən ABŞ, Almaniya, Argentina, Böyük Britaniya, Fransa, Hindistan, Meksika, Niderland və Türkiyəni əhatə edən qlobal bir arxiv formalaşdırıb. Bakıda ziyarətçilər interaktiv səsyazma kabinəsində sualları cavablandıraraq əsərin növbəti mərhələsinin bir hissəsinə çevrilə bilər.

Mikelancelo Pistolettonun (Michelangelo Pistoletto) “Əbədiyyət güzgüsü” (Mirror of Eternity) əsəri isə rəssamın güzgü motivi üzərində uzun illər apardığı yaradıcılıq araşdırmalarının davamıdır. Pistoletto yaradıcılığı boyunca tamaşaçını sənət əsərinin bir hissəsinə çevirmək üçün güzgüdən istifadə edib. “Əbədiyyət güzgüsü” rəqəmsal dövrün imkanları əsasında süni intellekt vasitəsilə insan portretlərini birləşdirərək əvvəllər mövcud olmayan yeni simalar yaradır. İştirakçı öz portretini sistemə yükləyir, sistem isə onu başqa bir insanın portreti ilə birləşdirərək yeni obraz formalaşdırır. Beləliklə, bu süni yaradılışda nəsildən-nəslə davam edən daimi yenilənmə əks olunur. Layihə insan, yaddaş, texnologiya və daim yenilənən həyat anlayışları arasındakı əlaqəni araşdırır.

“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” festivalı noyabrın 1-dək davam edəcək.

Müxbir - Gülay Nəzərova
Fotomüxbirlər - Səfiyar Məcnun, Tofiq Babayev

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Heydər Əliyev Mərkəzində “Art Weekend”in rəsmi açılışı olub

Tramp: ABŞ hələlik Rusiya Birbaşa İnvestisiya Fonduna qarşı sanksiyaları ləğv etmir

Tovuzda avtomobil qəzaya uğrayıb, xəsarət alanlar var

Rejissor: Teatr aktuallığını qorumaq istəyirsə, tamaşaçı ilə ünsiyyətin yeni formalarını axtarmalıdır

ABŞ Ukraynaya 2,1 milyard dollarlıq “Patriot” raketlərinin satışını təsdiqləyib

Kanada Ukraynaya 500 milyon avro ayıracaq

ABŞ Səudiyyə Ərəbistanındakı diplomatlarını təxliyə etməyə başlayıb

Eldar Cəfərov: Gələn il Azərbaycanda yeddi beynəlxalq rəqs layihəsinin keçirilməsi planlaşdırılır

Bakıda “Azerbaijan Dance Festival 2026” beynəlxalq rəqs festivalı keçirilir

TDT-nin 13-cü Zirvə Görüşü – Azərbaycan sədrliyi Türkiyəyə təhvil verib

Ekspert: Azərbaycan AQEM çərçivəsində nəqliyyat sahəsində əməkdaşlığın inkişafında mühüm rol oynayır

Qırğızıstan Prezidenti Azərbaycana təşəkkür edib

Milli Xalça Muzeyində “Çapanda ağ-boz atın büdrəməsin” sərgisi açılıb

İcbari Sığorta Bürosu son 5 ildə 5 milyon manatdan artıq kompensasiya ödənişi edib

Ağdama qayıdan sakinlər: Bu günü çox gözləmişik VİDEO

Ağdama qayıdan sakinlər: Bu günü çox gözləmişik VİDEO

NDU-da Doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransı öz işinə başlayıb

Azərbaycanda qəza riski yüksək olan yollar sığorta məlumatları əsasında müəyyən ediləcək

Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a uduzub

Azərbaycan cüdoçusu U-23 Avropa çempionatında qızıl medal qazanıb

Naxçıvanda “Zəfərimizin sədaları” musiqi əsərləri müsabiqəsi elan olunur

Azərbaycan və Türkiyə arasında münasibətlərin cari vəziyyəti müzakirə olunub

Oğuzda yaşayan azsaylı xalqlarla bağlı tədbir olub VİDEO

Oğuzda yaşayan azsaylı xalqlarla bağlı tədbir olub VİDEO

Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir

Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının iclası keçirilib

“Əsgərlərimi çıxarın, mən hələ dözərəm” - Son nəfəsində də zabit şərəfinə sadiq qalan komandir

Bu saata olan əsas xəbərlər

Cəlilabadda üç avtomobil toqquşub, iki nəfər xəsarət alıb

Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib VİDEO

Bakıda FIFA U-15 dünya çempionatının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

Şahbuzda elektrik enerjisinin verilişi dayandırılacaq

ADA Məktəbinin şagirdi: “Məhsul bayramı” bizə ehtiyacı olan insanlara kömək etməyi öyrədir

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair geniş müşavirə keçirilib

AMEA-nın Ümumi yığıncağı Ramiz Mehdiyevin akademiya üzvlüyündən çıxarılmasını təsdiq edib

“Böyük Dəbilqə”: Hidayət Heydərov bürünc medal qazanıb

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi peşə bayramı münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib

Bahar Əliyeva: Festival bizə mehriban olmağı və paylaşmağı öyrədir

Azərbaycanın keçdiyi yol münaqişələrdən əziyyət çəkən digər dövlətlər üçün nümunədir ŞƏRH

Vüqar Kərimov: Cəbrayıl ərazisində beynəlxalq meşə təlim və tingçilik mərkəzi tikilib

Tələbələrdən xeyriyyə addımı: sərgidən əldə olunan gəlir sosial təşəbbüsə yönəldiləcək

İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub

“Qarabağ” akademiyasının meneceri: “Dinamo Zaqreb”lə oyuna qələbə üçün yollanacağıq

Naxçıvan şəhərində binaların istilik təchizatına noyabrın 1-də başlanılacaq

Hindistanda göyərtəsində altı nəfərin olduğu helikopter qəzaya uğrayıb

“Dostluq körpüsü” layihəsi çərçivəsində uşaqların hekayələrindən ibarət kitab hazırlanıb

Sevinc Seyidova: Məhsul bayramı şagirdlərdə xeyirxahlıq və sosial məsuliyyət dəyərləri formalaşdırır

Rusiyanın neft emalı müəssisələri yenidən hücumlara məruz qalıb

Çexiyanın NATO-nun hərbi hədəflərinin 70 faizini yerinə yetirmədiyi açıqlanıb

Ağcabədidə tələbələr arasında antinarkotik təbliğatın gücləndirilməsi məqsədilə görüş təşkil olunub

Parisdə Azərbaycanın fəxri təltiflərinə dair kitabın təqdimatı olub VİDEO

Parisdə Azərbaycanın fəxri təltiflərinə dair kitabın təqdimatı olub VİDEO

BMU-İNHA ikili diplom proqramı: 256 məzun və yeni hədəflər

Qərb regionunda turizm sənayesinin inkişafı üzrə yeni mərhələ: Gəncədə ilk iclas olub

Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir ŞƏRH

Meyvə və tərəvəzlərin atılan hissələri sağlamlıq üçün faydalı ola bilər – Tədqiqat

ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı” təşkil edilib

Konqoda Eboladan ölənlərin sayı 5 minə çatır

Sabah Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək

Alimlər soyuq temperaturun ömrü uzatmağa kömək edə biləcəyini müəyyənləşdiriblər

Bakı Dövlət Universiteti Keniyanın təhsil müəssisələri ilə əlaqələri genişləndirir

Bu il daha 826 şəxsə reabilitasiya vasitələri ünvanlarına aparılaraq təqdim edilib

Fransada yırtıq əməliyyatlarında istifadə olunan protezlərlə bağlı şikayətlər artıb

Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib - YENİLƏNİB

Azərbaycan təcrübəsi: Müharibədən sonra sülhün və yeni həyatın qurulması – ŞƏRH

Coğrafiya İnstitutu ilə Türkiyə universiteti arasında elmi əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilir

® Ən müasir metodlarla xəstələrə sağlamlıq bəxş edən həkim

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə olunacaq?

Böyük Britaniyada “Meta”nın bazardakı üstün mövqeyindən sui-istifadə etməsi ehtimalı araşdırılır

Milli həmrəylik və sülh quruculuğu Azərbaycanın beynəlxalq mövqeyinin əsaslarıdır ŞƏRH

Zeynəb Babayeva: İnsanları birləşdirən mənəvi dəyərlər xarici görünüşdən daha vacibdir

Yuri Landau: Azərbaycan bərpaolunan enerjinin inkişafı üzrə böyük potensiala malikdir – MÜSAHİBƏ

Butanda buzlaq gölünün bəndinin yarılması daşqına səbəb olub, Hindistanda sel təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

İƏT-ə üzv dövlətlər üçün korrupsiya tədbirləri ilə bağlı tövsiyələr hazırlanıb

Zəfər Gününə həsr olunan tədbirdə Azərbaycanın tarixi Qələbəsinin əhəmiyyəti vurğulanıb

Azərbaycan Universitetinin tələbələri üçün probasiya fəaliyyətinə dair maarifləndirmə tədbiri təşkil olunub

“Milan” NBA Avropa layihəsində iştirak üçün basketbol komandası yaratmağı planlaşdırır

Alimlər autizmli insanların beyin fəaliyyətinin fərqli xüsusiyyətlərini üzə çıxarıblar – ARAŞDIRMA

BBC-nin illik lisenziya haqqı artırıla bilər

® SAĞLAM AİLƏ Tibb Mərkəzləri Şəbəkəsi “Qızıl payız” qaçış festivalında iştirakçılara tibbi dəstək göstərib

Coğrafiyaçı-alim: Xəzərin səviyyə tərəddüdləri sahil ərazilərində ekoloji və sosial-iqtisadi problemlər yaradır

Rəssam Fərid Rəsulov Qarabağ xalçaçılıq ənənələrini müasir 3D texnikası ilə təqdim edir

“Bakıya uçuş. İncəsənət həftəsonu” festivalı çərçivəsində “OTHERWORLDS” fərdi sərgisi VİDEO

“Bakıya uçuş. İncəsənət həftəsonu” festivalı çərçivəsində “OTHERWORLDS” fərdi sərgisi VİDEO

Naxçıvanda avtomobil 9 yaşlı uşağı vurub

Britaniyanın Baş naziri: Dünyadakı qeyri-sabit vəziyyət planlarımızı həyata keçirməyə imkan vermədi

Bu ilin yanvar-sentyabr aylarında narkomaniya ilə bağlı 6247 cinayət faktı aşkarlanıb – Yekun məlumat

Qlobal İnnovasiya İndeksi üzrə Əlaqələndirmə qrupunun növbəti iclası olub

İrlandiya Şimali İrlandiya ilə mümkün birləşməyə hazırlıq məqsədilə ilk dəfə xüsusi qurum yaradacaq

Bakının məşhur “Metropol”undan dahi Nizaminin məbədinə: 87 illik şanlı tarix

Oman yaxınlığında hücuma məruz qalan gəminin 25 nəfərlik heyəti təxliyə edilib

ABİF işğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu təqdim edir

Azərbaycanın və Gürcüstanın Baş nazirləri “ART Riverfront Hotel Tbilisi”nin açılışında iştirak ediblər

Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçisi finala vəsiqə qazanıb

Qazaxıstanın Türküstan şəhəri 2027-ci ildə “İslam dünyasının mədəniyyət paytaxtı” olacaq

Çində qu quşlarının qış məskənindən füsunkar görüntülər – FOTOLAR

Dünya çempionatı: Portuqaliya millisi B yolunun finalında Zambiyaya uduzub

Sankt-Peterburqda müasir Azərbaycan yazıçılarının hekayələrindən ibarət kitab nəşr olunub

Xarici təhdidlərə qarşı effektiv mübarizə üsulu - azərbaycançılıq ideologiyası – TƏHLİL

İllərlə xarici dil öyrənən şagirdlər niyə sərbəst danışa bilmirlər? – metodistin tövsiyələri

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

“Bakıya uçuş” festivalı çərçivəsində Fərhad Xəlilovun “Mənim Abşeronum: Üstə gəl” sərgisi nümayiş etdirilir

® Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur