Rusiyanın neft emalı müəssisələri yenidən hücumlara məruz qalıb
Moskva, 30 oktyabr, AZƏRTAC
Qısa fasilədən sonra Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) Rusiyadakı neft emalı müəssisələrinə hücumları yenidən başlayıb. Bu gün üç neft emalı zavodu (NEZ) və bir qaz-kimya kompleksi hücuma məruz qalıb.
AZƏRTAC xəbər verir ki, bunu Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak jurnalistlərə açıqlamasında deyib.
“Zavodlardan birinə kiçik həcmli ziyan dəyib, ümumilikdə isə mühafizə sistemimiz və hava hücumundan müdafiə qüvvələrimiz öz vəzifəsini yerinə yetirib”, – deyə Baş nazirin müavini qeyd edib.
A.Novak bildirib ki, müəssisələr təhlükəsizliklərinin təmin olunması üçün zəruri tədbirlər görür.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.10.2026 [18:47]
Hindistanda göyərtəsində altı nəfərin olduğu helikopter qəzaya uğrayıb
- 30.10.2026 [18:13]
Konqoda Eboladan ölənlərin sayı 5 minə çatır
- 30.10.2026 [17:26]