Oktyabrda 704 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib
Bakı, 30 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması, xəzinə hesabının qalığından əlavə gəlirin əldə edilməsi məqsədilə cari ilin oktyabr ayı ərzində 5 depozit hərracı keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, hərraclarda ümumilikdə xəzinə hesabının 704 milyon manat məbləğində qalığı 28 və 56 gün müddətlərinə 6,5 faiz ortaçəkili faiz dərəcəsi ilə ölkənin kommersiya banklarında müddətli depozitlərə yerləşdirilib.
Qeyd edək ki, xəzinə hesabının qalığından əlavə gəlirin əldə edilməsi mexanizmi “Vahid xəzinə hesabının qalığının idarəetməyə verilməsi Qaydaları” ilə müəyyən olunur.
Maliyyə Nazirliyi bu kimi alətlər vasitəsilə dövlət vəsaitlərinin idarə olunmasında yeni yanaşmaların tətbiqini genişləndirməklə dövlət büdcəsində əlavə daxilolmaların formalaşdırılmasını təmin edir. Eyni zamanda, vəsaitlərin kommersiya banklarında yerləşdirilməsi bank sektorunda likvidliyin artmasına töhfə verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.10.2026 [16:57]
Tbilisidə “ART Riverfront Tbilisi” mehmanxanasının açılışı olub
- 30.10.2026 [15:09]
® “AzInTelecom”un dəstəyi ilə “TechConnect 2026” tədbiri keçiriləcək
- 30.10.2026 [15:07]
İmişlidə şəkər istehsalı - yeni hədəflər VİDEO
- 30.10.2026 [14:44]
Rumıniyada “SOCAR” brendi ilə 100-cü YDM istifadəyə verilib
- 30.10.2026 [14:38]