Azərbaycan və Özbəkistan mərkəzi banklarının nümayəndələri müzakirələr aparıblar
Bakı, 30 oktyabr, AZƏRTAC
Özbəkistan Mərkəzi Bankının (ÖMB) nümayəndə heyəti Azərbaycan Respublikasının Mərkəzi Bankında (AMB) işgüzar səfərdə olub.
AMB-dən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində keçirilən görüşlərdə strateji və əməliyyat risklərinin müəyyən edilməsi və qiymətləndirilməsi, əsas risk indikatorlarının (KRI) tətbiqi, risklərin və nəzarət mexanizmlərinin özünüqiymətləndirməsi (RCSA), idarəetmə, risk və komplayens proseslərinin əlaqələndirilməsi (GRC) üzrə ölkə təcrübəsi təqdim olunub.
Bundan əlavə, modellərdən istifadə ilə bağlı risklərin idarə edilməsi, informasiya texnologiyaları və kibertəhlükəsizlik riskləri, maliyyə risklərinin idarə edilməsi, qiymətləndirmə metodologiyaları və institusional yanaşmalar ətrafında müzakirələr aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.10.2026 [15:09]
® “AzInTelecom”un dəstəyi ilə “TechConnect 2026” tədbiri keçiriləcək
- 30.10.2026 [15:07]
İmişlidə şəkər istehsalı - yeni hədəflər VİDEO
- 30.10.2026 [14:44]
Rumıniyada “SOCAR” brendi ilə 100-cü YDM istifadəyə verilib
- 30.10.2026 [14:38]
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixrac gəlirləri 2 dəfədən çox artıb
- 30.10.2026 [13:46]