Qanunsuz dövriyyədən nə qədər narkotik çıxarılıb? – 9 ayın statistikası
Bakı, 30 oktyabr, AZƏRTAC
2026-cı ilin yanvar-sentyabr ayları ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 4352 nəfər cəlb edilmiş şəxsdən 4235-i kişi, 117-si qadın olub. Məsuliyyətə cəlb edilmiş 50 xarici ölkə vətəndaşından, ümumilikdə 566 kiloqram 660,47 qram və 2778 ədəd həb müxtəlif növ narkotik vasitələr, 3 həb güclü təsir edən maddə və 3 ədəd (880 qram) çətənə bitkisi götürülüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupunun narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2026-cı ilin yanvar-sentyabr aylarının yekununa dair məlumatında bildirilib.
Qeyd olunub ki, hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 160 fakt aşkar edilib, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 333 kiloqram 072,446 qram və 28 799 ədəd həb metadon narkotik vasitə çıxarılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.10.2026 [15:51]
647 balla BDU-ya qəbul oldu, Almaniyada oxudu, indi hərbi xidmətə gedir
- 30.10.2026 [15:24]
Mediasiya Şurasında ilk həmkarlar ittifaqı təşkilatı yaradılıb
- 30.10.2026 [15:14]
DSX-nin ən yaxşı kinoloqları və xidməti itləri müəyyən olunub
- 30.10.2026 [14:42]