Tahir Süleymanov: Dünya çempionatı Azərbaycan futbolu üçün böyük əhəmiyyətə malikdir
Bakı, 30 oktyabr, AZƏRTAC
Bu səviyyədə dünya çempionatı və festivalının Azərbaycanda təşkili həm ölkə, həm də dünya futbolu üçün əlamətdar hadisədir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakı Futbol Federasiyasının prezidenti Tahir Süleymanov Azərbaycanın ev sahibliyi etdiyi FIFA U-15 dünya çempionatı və festivalı ilə bağlı danışarkən deyib.
O bildirib ki, 200-ə yaxın ölkənin nümayəndələrinin Azərbaycana toplaşması təkcə futbol deyil, bütövlükdə ölkəmiz adına böyük hadisədir: “Bu, Azərbaycanın dünyada tanıdılmasının və hansı səviyyədə ölkə olduğunun göstəricisidir. İnanıram ki, bu bayram gələcəkdə Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsinə töhfə verəcək. İştirakçılar 15 yaşlı futbolçular olsalar da, bu tədbir daha böyük əhəmiyyətə malikdir. Azərbaycanın öz nüfuzunu bundan sonra da daha yüksək səviyyədə qoruyacağına inanıram. Bu işə dövlət səviyyəsində göstərilən qayğı və dəstəyə görə hər kəsə təşəkkürümü bildirirəm. Bu, əsl bayramdır”.
Qeyd edək ki, turnir bu gün Bakı Kristal Zalında keçiriləcək final oyunu, mükafatlandırma və bağlanış mərasimləri ilə yekunlaşacaq.
Müxbir – Cavid Əliyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.10.2026 [13:14]
Azərbaycan millisinin baş məşqçisi: Daha yaxşı nəticəyə ümid edirdik
- 30.10.2026 [12:33]
Azərbaycan millisi dünya çempionatında sonuncu oyununu keçirib
- 30.10.2026 [12:23]
Bakıdakı dünya çempionatında E və F yolunun qalibləri müəyyənləşib
- 30.10.2026 [12:02]
Azərbaycan Kubokunda yeni rekord qeydə alınıb
- 30.10.2026 [11:58]
Azərbaycan Kuboku: 18 oyunda 107 qol vurulub
- 30.10.2026 [11:52]
“Kəpəz” “Turan Tovuz”un rekordunu yeniləyib
- 30.10.2026 [11:45]