Azərbaycan Kubokunda yeni rekord qeydə alınıb
Bakı, 30 oktyabr, AZƏRTAC
Azərbaycan kubokunun 2026/27-ci illər mövsümü ilklə əlamətdar olub.
Peşəkar Futbol Liqasından AZƏRTAC-a bildirilib ki, “Marafon” ilk iki təsnifat mərhələsini adlayaraq 1/8 finala yüksəlib. Sabirabad klubu buna nail olan ilk II liqa təmsilçisi olub. Turnirin debütantı öncə “Dinamo”nu 3:0, ardınca I Liqa klubu “Zaqatala”nı 1:0 hesabı ilə məğlub edib.
2023/2024-cü illər mövsümündən indiki formatda keçirilən turnirdə II Liqa komandalarının iştirak etdiyi I təsnifat mərhələsini adlayanların hamısı növbəti raundda mübarizəni dayandırıb. Bu müddətdə II təsnifat mərhələsində II Liqa klublarının iştirakı ilə baş tutan digər 25 dueldə 1/8 finala vəsiqəni daha yüksək dəstə təmsilçiləri qazanıb.
Qeyd edək ki, “Marafon” dekabrın 1 və ya 2-də keçiriləcək 1/8 final oyununda “Araz-Naxçıvan”la qarşılaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.10.2026 [12:33]
Azərbaycan millisi dünya çempionatında sonuncu oyununu keçirib
- 30.10.2026 [12:23]
Bakıdakı dünya çempionatında E və F yolunun qalibləri müəyyənləşib
- 30.10.2026 [11:58]
Azərbaycan Kuboku: 18 oyunda 107 qol vurulub
- 30.10.2026 [11:52]
“Kəpəz” “Turan Tovuz”un rekordunu yeniləyib
- 30.10.2026 [11:45]
İdman tarixində bu gün: Dieqo Maradona 37 yaşında karyerasını bitirib
- 30.10.2026 [10:55]
Afrika Millətlər Kuboku iki ildən bir keçiriləcək
- 30.10.2026 [10:40]
“Qalatasaray” – “Fənərbağça” derbisinin cəzaları açıqlanıb
- 30.10.2026 [10:38]