Qazaxıstanda Kurık limanının Avropa ilə Asiyanın nəqliyyat əlaqələrinin inkişafında rolu müzakirə edilib
Astana, 30 oktyabr, AZƏRTAC
Avropa Parlamentinin nümayəndə heyəti Qazaxıstanın Manqistau bölgəsindəki Kurık Limanına baş çəkib və burada onun infrastruktur, logistika potensialı ilə tanış olub.
AZƏRTAC “Qazaxıstan Dəmir Yolu” SC-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, nümayəndə heyətini “Kurık limanı” MMC-nin əməliyyatlar üzrə direktor müavini Bakıtkerey Alibekov qarşılayıb. O, qonaqlara limanın istehsal imkanlarını və infrastrukturunu təqdim edib.
Görüş zamanı Kurık limanının Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafındakı roluna, eləcə də beynəlxalq nəqliyyat və logistika əməkdaşlığının gücləndirilməsi perspektivlərinə xüsusi diqqət yetirilib.
Səfər limanın potensialını və Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrinin inkişafı üçün əhəmiyyətini nümayiş etdirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.10.2026 [13:17]
“Gazprom”: Avropada qazın qiyməti 2500 dollara yüksələ bilər
- 30.10.2026 [13:08]
Efiopiyada PUA hücumu nəticəsində 16 nəfər həlak olub
- 30.10.2026 [12:46]
Dinc sakinlər Alyoşki şəhərindən təxliyə edilir
- 30.10.2026 [12:44]
Hörmüz boğazında tankerdə partlayışdan sonra yanğın baş verib
- 30.10.2026 [12:38]
2026-cı ilin III rübündə bp şirkətinin xalis mənfəəti 300 faiz artıb
- 30.10.2026 [12:04]
Kiberinsident: Ən böyük kriptobirjadan 6,3 milyard dollar oğurlanıb
- 30.10.2026 [11:50]
BMT: Qışda 9 milyon insan əlavə humanitar yardıma ehtiyac duyacaq
- 30.10.2026 [11:34]