Parlament Əmək Məcəlləsində dəyişikliyi təsdiqləyib
Bakı, 30 oktyabr, AZƏRTAC
Parlament Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, bu məsələ parlamentin oktyabrın 30-da keçirilən iclasının gündəliyinə daxil edilib.
Qanun layihəsinin hazırlanmasının əsas məqsədi müasir yükqaldırıcı qurğuların texniki dözümlülük göstəricilərini nəzərə almaqla, Azərbaycan Respublikasının Dəniz Limanları Reyestrinə daxil edilmiş limanlarda istismar olunan kranların küləkli hava şəraitində təhlükəsiz və səmərəli istifadəsinə şərait yaratmaqdır.
Bu məqsədlə sözügedən Məcəllənin 2-ci əlavəsinə dəyişiklik edilərək, küləyin gücü 6 baldan 8 baladək olduqda quruda istismar olunan kranlarla işlərin görülməsinə həmin kranların texniki pasportlarında nəzərdə tutulmuş hallarda yol verilməsi, küləyin gücü 8 baldan artıq olduqda isə həmin kranlarda görülən bütün növ işlərin hər bir halda dayandırılması təklif edilir.
Dəyişikliyin qəbul edilməsi nəticəsində işçinin təqsiri olmadan işin dayandırılması hallarının azalması əmək məhsuldarlığının və layihələrin vaxtında tamamlanmasının təmin edilməsi və iş prosesinin daha səmərəli təşkili gözlənilir.
Fotoqraf - Aydın Məmmədov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.10.2026 [12:07]
Hepatit B və C tam müalicə olunurmu? – Mütəxəssis açıqlayır
- 30.10.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 30.10.2026 [11:49]
Professor Nazim Əfəndiyevin anadan olmasının 100 illik yubileyi qeyd edilib
- 30.10.2026 [11:21]
Baş prokuror Abşeronda vətəndaşların müraciətlərini dinləyəcək
- 30.10.2026 [11:17]
Narkotik aludəçisi olan avtobus sürücüsü ifşa edilib VİDEO
- 30.10.2026 [11:13]
Tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu müəyyənləşir
- 30.10.2026 [10:46]