İşğaldan azad edilmiş ərazilərdə 10 çay üzərində 11 avtomat hidroloji stansiya quraşdırılıb
Ağdam, 30 oktyabr, AZƏRTAC
İşğaldan azad edilmiş ərazilərdə hidrometeoroloji müşahidə şəbəkəsinin bərpası və əhatə dairəsinin genişləndirilməsi çərçivəsində su ehtiyatlarının qiymətləndirilməsi üzrə 10 çay üzərində 11 avtomat hidroloji stansiya quraşdırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov oktyabrın 30-da Ağdam şəhərində keçirilən Ekoloji məsələlər üzrə İşçi qrupunun iclasında deyib.
V.Kərimov bildirib ki, ərazilərdə həmçinin meteoroloji vəziyyətin öyrənilməsi məqsədilə 7 avtomat meteoroloji, 4 radioekoloji və 3 aqrometeoroloji stansiya quraşdırılaraq istifadəyə verilib.
Müxbir – Tahir Ağaməmmədov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.10.2026 [13:51]
Pensərçayın sahilində torpaq sürüşməsi: bəndin 20 metrlik hissəsi çaya uçub
- 30.10.2026 [13:41]
Ağdamda daha 70 ailəyə yeni mənzillərin açarları təqdim olunub - YENİLƏNİB
- 30.10.2026 [13:03]