Azərbaycan Dövlət İnformasiya Agentliyi

647 balla BDU-ya qəbul oldu, Almaniyada oxudu, indi hərbi xidmətə gedir

Bakı, 30 oktyabr, AZƏRTAC

Vətənə xidmət hər bir gənc üçün həm mənəvi məsuliyyət, həm də şərəf məsələsidir. Bu məsuliyyəti dərk edərək hərbi xidmətə yollanan gənclərdən biri də 24 yaşlı Əli Məmmədovdur. Onun üçün hərbi xidmətə başlamaq sadəcə həyatının yeni mərhələsinə qədəm qoymaq deyil, həm də ailəsindən, uşaqlığından və aldığı tərbiyədən gələn Vətən sevgisini əməli şəkildə ifadə etmək, Vətən qarşısında övladlıq borcunu yerinə yetirmək deməkdir.

AZƏRTAC əməkdaşları müddətli həqiqi hərbi xidmətə yollanmağa hazırlaşan gəncin özü və ailəsi ilə görüşərək bu yolun onun üçün nə ifadə etdiyini öyrəniblər.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müddətli həqiqi hərbi xidmətə göndərilən çağırışçılar sırasında olan Əli Məmmədova çağırış vərəqi sentyabrın 2-də gəlib.

Qalib ordunun əsgəri olmaq necə hissdir? Bu sualımıza cavabında onun sözlərində qürur və məsuliyyət hissi aydın sezilir: “Ümumilikdə müsbət hisslər keçirirəm. Qalib orduda xidmət etmək mənim üçün böyük qürurdur. Digər gənclər kimi mən də üzərimə düşən ən ali vəzifələrdən birini yerinə yetirmək istəyirəm. Bu, həqiqətən də fəxr hissidir. Əlbəttə, hərbi xidmət nizam-intizam və böyük məsuliyyət tələb edir. Düşünürəm ki, hər bir Azərbaycan gənci kimi mən də bu vəzifənin öhdəsindən layiqincə gələcəyəm”.

Əlinin Vətənə bağlılığından danışarkən ailəsinin keçmişinə nəzər salmamaq mümkün deyil. Onun ailəsinin Qarabağla bağlı ağrılı xatirələri var. Anası Xankəndidəndir, babası Şuşada doğulub. Ailənin yaxınları arasında Qarabağ uğrunda döyüşənlər, Vətən yolunda şəhid olanlar var. Belə bir ailədə böyüyən Əli üçün Vətən sevgisi yalnız sözlərdən ibarət olmayıb, uşaqlıqdan eşitdiyi söhbətlər, ailəsinin yaşadığı hadisələr və gördüyü nümunələrlə formalaşıb.

“Özüm də Qarabağ bölgəsindənəm. Ailə üzvlərim Vətən uğrunda döyüşlərdə iştirak edib, şəhidlərimiz var. Ona görə də bizim ailədə vətənpərvərlik hissi həmişə yüksək olub. Uşaqlıqdan bu ruhda böyümüşük. Vətənə bağlılıq, torpağa sevgi ailəmizdə daim danışılan mövzulardan olub”, – deyə Əli qeyd edir.

Bu tərbiyənin formalaşmasında ailə ilə yanaşı, məktəbin də mühüm rolu olub. Əli 2008-ci ildə Bakı şəhərindəki 23 nömrəli tam orta məktəbdə təhsil almağa başlayıb. Məktəbi fərqlənmə attestatı ilə bitirib.

“Yaxşı məktəbdə təhsil almışam. Birinci sinifdən Azərbaycanın dövlət rəmzlərini öyrənməyə başlamışıq. Himnimizi əzbərləməklə kifayətlənməmiş, onun mənası, hansı dəyərləri ifadə etməsi barədə də məlumat almışıq. İki il ərzində hərbi hazırlıq dərslərdə iştirak etdik. Müəllimimiz bizə ordu quruculuğu, hərbi xidmət və ilkin hazırlıqla bağlı fundamental biliklər verirdi. Bütün bunlar, təbii ki, Vətənə bağlılıq hissimizin formalaşmasına təsir göstərirdi”, - deyə müsahibimiz uşaqlıq illərini xatırlayır.

Əlinin həyat yolu yalnız vətənpərvərlik tərbiyəsi ilə deyil, təhsilə və biliklərə verdiyi önəmlə də diqqət çəkir. 2019-cu ildə 647 bal Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub.

“Təhsil aldığım müddətdə Təhsil Nazirliyinin SABAH qruplarına da qəbul olundum. İkinci kursdan etibarən həmin qruplarda təhsil aldım və 2023-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirdim”, – deyə Əli bildirir.

Ali təhsilini başa vurduqdan sonra bir müddət özəl sektorda çalışan gənc bilik və bacarıqlarını daha da genişləndirmək qərarına gəlib. Bunun üçün xaricdə təhsil almağa hazırlaşıb, bir sıra universitetlərə müraciət edib və qəbul alıb. Nəticədə Almaniyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Georg-August Universitetində(Göttingen Universiteti) təhsilini davam etdirib.

Xaricdə təhsilini tamamladıqdan sonra Vətənə qayıdan Əli, qarşısında duran növbəti vəzifənin hərbi mükəlləfiyyətini yerinə yetirmək olduğunu deyir. Bu mərhələni başa vurduqdan sonra qazandığı bilik və təcrübəni ölkəsinin inkişafına yönəltmək istəyir.

“Hərbi xidmətimi başa vurduqdan sonra dövlət sektorunda fəaliyyət göstərmək istəyirəm. Xaricdə qazandığım bilik və bacarıqları, hüquq sahəsində əldə etdiyim təcrübəni ölkəmizin inkişafı üçün istifadə etmək niyyətindəyəm”, – deyə o vurğulayır.

Əlinin anası Təranə Məmmədova böyük qürur keçirdiyini vurğulayır: “Məktəbdə oxuyanda da Əliyə görə təşəkkürnamələr almışam. Onunla hər zaman fəxr etmişəm. Əli hər zaman oxumağa meylli olub. İnanıram ki, əsgərlikdə də öz uğurları ilə hər şeyin öhdəsindən layiqincə gələcək. Ona bir ana kimi ən böyük tövsiyəm isə Vətənə borcunu yerinə yetirərək ailəsinə sağ-salamat qayıtmasıdır”.

Hüquq təhsili almış, Almaniyada ixtisaslaşmış, müxtəlif ölkələrdən olan gənclərlə eyni mühitdə təcrübə qazanmış gənc Əli hərbi xidmətə yollanır. Onun üçün bu, planlarının təxirə salınması deyil, həyat yolunda yerinə yetirilməli olan mühüm bir mərhələdir.

Ailəsinin Qarabağla bağlı xatirələri, məktəb illərində aldığı vətənpərvərlik tərbiyəsi, universitetdə və xaricdə qazandığı biliklər Əlinin həyat hekayəsində bir-birini tamamlayır. İndi isə o, bu yolun yeni mərhələsinə - qalib ordunun sıralarında xidmət etməyə hazırlaşır. Vətənə xidmət onun üçün həm ailəsindən gələn mənəvi miras, həm də müstəqil Azərbaycan vətəndaşı kimi üzərinə götürdüyü məsuliyyətdir.

Müxbir - Nailə Həsənova
Fotoqraf - Nicat Haşımov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçisi finala vəsiqə qazanıb

Qazaxıstanın Türküstan şəhəri 2027-ci ildə “İslam dünyasının mədəniyyət paytaxtı” olacaq

Çində qu quşlarının qış məskənindən füsunkar görüntülər – FOTOLAR

Dünya çempionatı: Portuqaliya millisi B yolunun finalında Zambiyaya uduzub

Sankt-Peterburqda müasir Azərbaycan yazıçılarının hekayələrindən ibarət kitab nəşr olunub

Xarici təhdidlərə qarşı effektiv mübarizə üsulu - azərbaycançılıq ideologiyası – TƏHLİL

İllərlə xarici dil öyrənən şagirdlər niyə sərbəst danışa bilmirlər? – metodistin tövsiyələri

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

“Bakıya uçuş” festivalı çərçivəsində Fərhad Xəlilovun “Mənim Abşeronum: Üstə gəl” sərgisi nümayiş etdirilir

® Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

Elmi dərəcə və ad alan 56 şəxsə diplom və attestatlar təqdim olunub

Professor: Mədəniyyət sülhün mühüm mənəvi dayağıdır

“Qələbə qaçışı”na rekord sayda iştirakçı qatılacaq

Böyük Britaniyada təhsil alan azərbaycanlı mütəxəssis: Süni intellekt kiberhücumları daha mürəkkəb hala gətirir - MÜSAHİBƏ

Azərbaycana idxal olunan elektromobil və hibrid avtomobillərin sayı açıqlanıb – STATİSTİKA

Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Niderlandla müsbət siyasi dialoq Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına töhfə verir

Samuxda əmək yarmarkası: 15 müəssisə iş imkanları təklif edib

Oktyabrda 704 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

“Meta”, “TikTok” və “X” Böyük Britaniyanın mediatənzimləyicisinə qarşı məhkəmədə uduzub

® “Azercell”in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib

Azərbaycanda bu ilin 9 ayında narkotiklərlə bağlı cinayətlərin statistikası açıqlanıb

Ağdam Cənubi Qafqazın ekoloji mərkəzinə çevriləcək

Plovdiv 2028-ci il üçün Avropa İdman Paytaxtı seçilib

Azərbaycanın İslam dünyasındakı fəaliyyəti: Cəmiyyətlər və xalqlar arasında humanitar əlaqələr qurulur - ŞƏRH

Texniki Universitetin təcrübəsi NDU-nun magistrant və doktorantlarına təqdim olunub

647 balla BDU-ya qəbul oldu, Almaniyada oxudu, indi hərbi xidmətə gedir

Ombudsmanın seçilməsi ilə bağlı məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şotlandiya polisi Epşteynin Balmoral qəsrinə səfərini araşdırır  

Katexdə köhnə su xətlərinin yenilənməsi gündəmdədir – əraziyə baxış keçirilib VİDEO

Katexdə köhnə su xətlərinin yenilənməsi gündəmdədir – əraziyə baxış keçirilib VİDEO

“Vahid təqvim planına uyğun olaraq keçirilən ölkə və beynəlxalq səviyyəli gənclər tədbirləri üçün vəsaitlərin xərclənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 18 yanvar tarixli 7 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 10 fevral tarixli 351-VIIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Səma Məmmədli: “Meyvələr” kolleksiyası məhdud sayda toxunan 20 xalçadan ibarətdir

Zəngilanda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib

Azərbaycanla Malayziya arasında hüquq-mühafizə sahəsində əlaqələr inkişaf etdirilir

“Mixaylo”ya həsr olunan sənədli filmin təqdimatı olacaq

Mediasiya Şurasında ilk həmkarlar ittifaqı təşkilatı yaradılıb

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi”nin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi”nin “Bitkiçilik Elmləri İnstitutu”nun və “Heyvandarlıq, Balıqçılıq və Baytarlıq Elmləri İnstitutu”nun strukturu, işçilərin say həddi və əməkhaqlarının məbləğinin (vəzifə maaşının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Xarici dil üzrə fəlsəfə doktoru imtahanının vaxtı açıqlanıb

Şuşa və Xocavənd sakinlərinin sosial məsələlərlə bağlı müraciətləri dinlənilib

Rəssam Samirə Allahverdiyeva: Uşaqlıq xatirələrim əsərlərimin əsas ilham mənbəyidir

Minalardan təmizlənmiş sahələrdə torpaqların münbitlik potensialı yüksəkdir

DSX-nin ən yaxşı kinoloqları və xidməti itləri müəyyən olunub

FIFA U-15 dünya çempionatında daha iki finalın qalibləri bəlli olub

Sitarə İbrahimbəyli: “Yaşa, Xəzər!” sərgisi gələcək nəsillərə ünvanlanan mühüm mesajdır

Budapeşt-Praqa yüksəksürətli dəmir yolu layihəsi müzakirə edilib

Qanunsuz dövriyyədən nə qədər narkotik çıxarılıb? – 9 ayın statistikası

Mərkəzi Asiya və Azərbaycan arasında yeni siyasi mühit: Daşkənddə diplomatik dialoq

® “AzInTelecom”un dəstəyi ilə “TechConnect 2026” tədbiri keçiriləcək

Hindistanda helikopter qəzası nəticəsində 6 nəfər həlak olub

İmişlidə şəkər istehsalı - yeni hədəflər VİDEO

İmişlidə şəkər istehsalı - yeni hədəflər VİDEO

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Həftəsonu hava şəraiti necə olacaq? VİDEO

Həftəsonu hava şəraiti necə olacaq? VİDEO

“Yeşik labirinti – ağ”: Mədəni mübadilə və ticarətin metaforası

Media və Yayım Şurasında Azərbaycan-Liberiya media əməkdaşlığının genişləndirilməsi vurğulanıb

Böyük Britaniya xarici müdafiə şirkətləri üçün yeni investisiya tələbləri tətbiq edəcək

Bu ilin 9 ayında 246 milyon 273 min manat dəyərində narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb

Mərkəzi Bankın nümayəndələri Düşənbədə maliyyə sektorunda innovasiyaların tətbiqinin genişləndirilməsindən danışıblar

“Baku Art Weekend” festivalı çərçivəsində Fərid Rəsulovun fərdi sərgisi - “Yaşa, Xəzər!”

Azərbaycan və Özbəkistan mərkəzi banklarının nümayəndələri müzakirələr aparıblar

Ağstafada iki avtomobil toqquşub, xəsarət alan var VİDEO

Ağstafada iki avtomobil toqquşub, xəsarət alan var VİDEO

“Dövlət Geoloji İnformasiya sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2025-ci il 23 sentyabr tarixli 3-17/3-5-20/2025 nömrəli Qərarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı

“Yaddaşdan ötə” sərgisində Faiq Əhməd və Fərid Rəsulovun xalça kolleksiyaları təqdim olunur

Rumıniyada “SOCAR” brendi ilə 100-cü YDM istifadəyə verilib

Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb

Eldar Seyidov: Ağdamda ekoloji zərərin aradan qaldırılması istiqamətində kompleks işlər aparılır

Fransada aksiyalarda iştiraka görə həbs edilən şəxslərin azadlığı tələb olunur

Rəssam: Əsərin əsas ideyası təbiətin yaddaşını kosmosun simvolları ilə ifadə etməkdir

“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixrac gəlirləri 2 dəfədən çox artıb

Dokerlər dünyanın 100-dən çox limanında silah tədarükünə qarşı tətil elan ediblər

Azərbaycanın iki sərbəst güləşçisi dünya çempionatında yarımfinala yüksəlib

Almaniyalı alim Bakıda Leylatəpə mədəniyyətinin daş alətlərindən bəhs edib

İtaliyada hökumət əleyhinə etiraz dalğalarının yeni dalğası başlayıb

Quzeyxırman kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub

Türk dillərində areal toponimlərin xüsusiyyətləri araşdırılıb

Hacıqabulda istehsal olunan istilik izolyasiya lövhələri xarici bazarlara çıxarılır

“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” festivalında “Meyvələr” kolleksiyası nümayiş olunub

Qarabağ və Şərqi Zəngəzurda infrastruktur layihələrinin ekoloji tələblərə uyğunluğu diqqət mərkəzində saxlanılır – YENİLƏNİB

Mariam Kvrivişvili: Gürcüstan və Azərbaycan Orta Dəhliz çərçivəsində regional nəqliyyat şəbəkəsinin inkişafına töhfə verir

Proqnoz: Britaniyanı ev təsərrüfatlarının gəlirləri baxımından ən pis onillik gözləyir

Korrupsiya barədə məlumat verənlərin həvəsləndirilməsi haqqında qanun layihəsi müzakirə olunur

Pensərçayın sahilində torpaq sürüşməsi: bəndin 20 metrlik hissəsi çaya uçub

Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir VİDEO

Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir VİDEO

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

Cəbrayıl, Laçın və Kəlbəcər ərazilərinə 70 başadək müxtəlifcinsli fauna növləri reintroduksiya edilib

Ağdamda daha 70 ailəyə yeni mənzillərin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Ağdamda daha 70 ailəyə yeni mənzillərin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

AFFA-nın texniki direktoru: Dünya çempionatı futbolçularımız üçün fantastik və unudulmaz təcrübə oldu

Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr edilən yeni kitab: “Böyük amallar və arzular şairi”

İrakli Kobaxidze: Azərbaycanla münasibətlərimizdə müsbət dinamika gələcəkdə də davam edəcək

Dördüncü aydır dünya bazarında neftin qiyməti artmaqda davam edir

İşğaldan azad edilmiş ərazilərdə 10 çay üzərində 11 avtomat hidroloji stansiya quraşdırılıb

AMADA antidopinq təhsilində süni intellektin tətbiqi ilə bağlı beynəlxalq vebinarda təmsil olunub

Şirvanşahlar Sarayında “Sayrışan simvollar” sərgisi təqdim olunur

“Gazprom”: Avropada qazın qiyməti 2500 dollara yüksələ bilər

Azərbaycan millisinin baş məşqçisi: Daha yaxşı nəticəyə ümid edirdik

Ağdam, Füzuli və Xocavənd rayonlarında 4041 ailə olmaqla, 15 min 933 nəfər sakin yaşayır

Ulu Öndər azərbaycançılığı müstəqil dövlətin ideoloji təməlinə çevirib ŞƏRH

Siqnaxidə Azərbaycan-Gürcüstan sənədləri imzalanıb

Efiopiyada PUA hücumu nəticəsində 16 nəfər həlak olub

Aydan Salahova: Qız qalası əfsanəsinin faciəvi sonluğu layihənin başlanğıc nöqtəsini təşkil edir