Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçisi finala vəsiqə qazanıb
Bakı, 30 oktyabr, AZƏRTAC
Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında Azərbaycanın sərbəst güləşçisi Arseni Cioyev finala vəsiqə qazanıb.
AZƏRTAC xəbər verir ki, 86 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda gürcüstanlı Vladimir Qamkrelidzeyə 9:1 hesabı ilə qalib gəlib. O, həlledici görüşdə ABŞ təmsilçisi Kayl Deyklə qarşılaşacaq.
125 kiloqram çəki dərəcəsində mübarizə apartan Giorgi Meşvildişvili isə yarımfinalda rusiyalı Abdulla Kurbanova məğlub olub – 0:5. O, bürünc medal uğrunda güləşəcək.
Qeyd edək ki, hələlik Azərbaycanın aktivində 3 medal var. Yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kiloqram) və Sənan Süleymanov (77 kiloqram) dünya çempionu olublar, Nihat Məmmədli (63 kiloqram) isə gümüş mükafata sahib çıxıb.
Dünya çempionatına noyabrın 1-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.10.2026 [16:32]
Dünya çempionatı: Portuqaliya millisi B yolunun finalında Zambiyaya uduzub
- 30.10.2026 [16:17]
“Qələbə qaçışı”na rekord sayda iştirakçı qatılacaq
- 30.10.2026 [15:54]
Plovdiv 2028-ci il üçün Avropa İdman Paytaxtı seçilib
- 30.10.2026 [15:31]
Zəngilanda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
- 30.10.2026 [15:14]
FIFA U-15 dünya çempionatında daha iki finalın qalibləri bəlli olub
- 30.10.2026 [15:04]