“Milan” NBA Avropa layihəsində iştirak üçün basketbol komandası yaratmağı planlaşdırır
Bakı, 30 oktyabr, AZƏRTAC
İtaliyanın “Milan” futbol klubunun sahibi Cerri Kardinale basketbol komandası yaradaraq NBA Avropa layihəsində iştirak etmək niyyətində olduqlarını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, funskioner İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində klubun planlarından danışıb.
“20 min tamaşaçı tutumuna malik arenanın tikintisi ilə bağlı işlərə başlamağa hazırıq. NBA Avropa Liqasında Milanı təmsil edən komanda ilə iştirak etmək istəyirik. Tennis sahəsində də hədəflərim var”, – deyə o bildirib.
NBA və Beynəlxalq Basketbol Federasiyasının (FIBA) birgə layihəsi olan NBA Avropa Liqasının 2027-ci ilin oktyabrında keçirilməsi nəzərdə tutulur.
İlkin plana əsasən, liqada ilk mövsümdə 16 komanda mübarizə aparacaq. Onlardan 12-nin daimi lisenziyaya malik klublardan ibarət olması planlaşdırılır.
Daimi lisenziya əldə edəcək 12 klubdan birinin də İstanbul şəhərini təmsil edəcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.10.2026 [18:11]
Sabah Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək
- 30.10.2026 [16:45]
Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçisi finala vəsiqə qazanıb
- 30.10.2026 [16:32]
Dünya çempionatı: Portuqaliya millisi B yolunun finalında Zambiyaya uduzub
- 30.10.2026 [16:17]
“Qələbə qaçışı”na rekord sayda iştirakçı qatılacaq
- 30.10.2026 [15:54]
Plovdiv 2028-ci il üçün Avropa İdman Paytaxtı seçilib
- 30.10.2026 [15:31]
Zəngilanda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib VİDEO
- 30.10.2026 [15:14]
FIFA U-15 dünya çempionatında daha iki finalın qalibləri bəlli olub
- 30.10.2026 [14:31]