Azərbaycanın iki sərbəst güləşçisi dünya çempionatında yarımfinala yüksəlib
Bakı, 30 oktyabr, AZƏRTAC
Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala vəsiqə qazanıb.
AZƏRTAC xəbər verir ki, Arseni Cioyev (86 kiloqram) 1/4 finalda Yunanıstan təmsilçisi, dünya və Avropa çempionu Georgios Kugiumtsidisi 3:1 hesabı ilə məğlub edib. Giorgi Meşvildişvili (125 kiloqram) isə türkiyəli Hakan Büyükçınqılı 10:1 hesabı ilə üstələyərək adını yarımfinala yazdırıb.
Nurəddin Novruzov (61 kiloqram) 1/8, Kənan Heybətov (70 kiloqram) 1/4 finalda rəqiblərinə uduzublar.
Qeyd edək ki, hələlik Azərbaycanın aktivində 3 medal var. Yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kiloqram) və Sənan Süleymanov (77 kiloqram) dünya çempionu olublar, Nihat Məmmədli (63 kiloqram) isə gümüş mükafata sahib çıxıb.
Dünya çempionatına noyabrın 1-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.10.2026 [15:31]
Zəngilanda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
- 30.10.2026 [15:14]
FIFA U-15 dünya çempionatında daha iki finalın qalibləri bəlli olub
- 30.10.2026 [13:14]
Azərbaycan millisinin baş məşqçisi: Daha yaxşı nəticəyə ümid edirdik
- 30.10.2026 [12:33]
Azərbaycan millisi dünya çempionatında sonuncu oyununu keçirib
- 30.10.2026 [12:23]
Bakıdakı dünya çempionatında E və F yolunun qalibləri müəyyənləşib
- 30.10.2026 [12:02]