Səma Məmmədli: “Meyvələr” kolleksiyası məhdud sayda toxunan 20 xalçadan ibarətdir
Bakı, 30 oktyabr, AZƏRTAC
“Meyvələr” kolleksiyası 20 xalçadan ibarətdir. Hər xalçadan cəmi 10 ədəd toxunub və bu baxımdan kolleksiya məhdud saydadır.
Bunu AZƏRTAC-a açıqlamasında rəssam Səma Məmmədli deyib.
Onun sözlərinə görə, kolleksiyada alma, nar, limon və xurma təsvirlərindən istifadə olunub. Rəssam ilham mənbəyinin Samirə Allahverdiyeva olduğunu bildirib.
S.Məmmədli qeyd edib ki, xalçalarda təsvir olunan hər meyvə müəyyən məna daşıyır. Nar bolluq və bərəkəti, alma təbiiliyi və gözəlliyi, limon isə təbiətin təravətini ifadə edir. Bu təsvirlər kolleksiyanın əsas ideyasını tamamlayır.
Müxbir - Günel Alıyeva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.10.2026 [15:28]
“Mixaylo”ya həsr olunan sənədli filmin təqdimatı olacaq
- 30.10.2026 [14:55]