Fransada aksiyalarda iştiraka görə həbs edilən şəxslərin azadlığı tələb olunur
Paris, 30 oktyabr, AZƏRTAC
Fransanın paytaxtı Parisdə tələbələr və ictimai fəallar sosial hərəkatlara qarşı polisin və məhkəmə orqanlarının təzyiqlərini pisləmək məqsədilə aksiya keçiriblər.
AZƏRTAC xəbər verir ki, aksiya ilkin olaraq Qran Mulen meydanından Sante həbsxanasına doğru yürüşlə davam etməli olub. Lakin polis prefekturası ictimai asayişin pozulması riskini əsas gətirərək, yürüşü qadağan edib. Paris İnzibati Məhkəməsi də bu qərarı qüvvədə saxlayıb.
Bununla belə, Paris Cite Universitetinin kampusunda günorta saatlarından etibarən “Repressiyaya qarşı kənd” adlı aksiya təşkil olunub. İştirakçılar nümayişlərə görə təqib edilən şəxslərə qarşı ittihamların ləğvini, həbsdəki etirazçıların azad olunmasını və aksiya keçirmək hüququna hörmətlə yaanaşılmasını tələb ediblər.
Aksiyanın keçirildiyi ərazidə onlarla polis, o cümlədən asayişin qorunması üzrə bölmələrin üzvləri yerləşdiriliblər. Polis avtomobilləri və motosikletləri də ətraf küçələrdə növbə çəkib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.10.2026 [15:12]
Budapeşt-Praqa yüksəksürətli dəmir yolu layihəsi müzakirə edilib
- 30.10.2026 [15:08]
Hindistanda helikopter qəzası nəticəsində 6 nəfər həlak olub
- 30.10.2026 [14:24]
İtaliyada hökumət əleyhinə etiraz dalğalarının yeni dalğası başlayıb
- 30.10.2026 [13:24]
Dördüncü aydır dünya bazarında neftin qiyməti artmaqda davam edir
- 30.10.2026 [13:17]
“Gazprom”: Avropada qazın qiyməti 2500 dollara yüksələ bilər
- 30.10.2026 [13:08]