Minalardan təmizlənmiş sahələrdə torpaqların münbitlik potensialı yüksəkdir
Ağdam, 30 oktyabr, AZƏRTAC
İşğal dövründə uzun illər kənd təsərrüfatı dövriyyəsindən kənarda qalması səbəbindən torpaqlarda deqradasiya və mina çirklənməsi mövcuddur.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov deyib.
Eldar Seyidov bildirib ki, minalardan təmizlənmiş sahələrdə aparılan fitosanitar və kimyəvi analizlər göstərir ki, torpaqların münbitlik potensialı kifayət qədər yüksəkdir. Su ehtiyatlarına gəldikdə, ərazi həm yerüstü, həm də kəhrizlər və artezianlar kimi yeraltı su mənbələrinə sahibdir. Əsas vəzifə illər boyu baxımsız qalmış çay yataqlarını və yeraltı kanalları bərpa etməkdir.
O qeyd edib ki, bərpa tədbirləri çərçivəsində müvafiq orqanlar tərəfindən mütəmadi olaraq torpaq və su nümunələri götürülür, ağır metallarla və kimyəvi maddələrlə çirklənmə dərəcəsi öyrənilir. Minalardan təmizlənmiş ərazilərdə torpağın münbit qatını bərpa etmək üçün texniki və bioloji rekultivasiya işləri aparılır. Yaşayış məntəqələrimizin su təminatını təbii və təmiz yeraltı sular hesabına təmin etmək üçün kəhriz şəbəkəsinin yenidən qurulması və çay yataqlarının təmizlənməsi layihələri intensiv şəkildə icra olunur.
Müxbir – Tahir Ağaməmmədov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.10.2026 [16:08]
Samuxda əmək yarmarkası: 15 müəssisə iş imkanları təklif edib
- 30.10.2026 [15:54]
Ağdam Cənubi Qafqazın ekoloji mərkəzinə çevriləcək
- 30.10.2026 [15:31]
Zəngilanda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
- 30.10.2026 [14:46]
Ağstafada iki avtomobil toqquşub, xəsarət alan var
- 30.10.2026 [14:42]