Plovdiv 2028-ci il üçün Avropa İdman Paytaxtı seçilib
Bakı, 30 oktyabr, AZƏRTAC
Bolqarıstanın Plovdiv şəhəri 2028-ci il üçün Avropa İdman Paytaxtı seçilib.
AZƏRTAC BTA informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə şəhərin meri Kostadin Dimitrov bələdiyyənin qiymətləndirmə komitəsindən rəsmi bildiriş aldıqdan sonra jurnalistlərə açıqlamasında bildirib.
Merin sözlərinə görə, əsas məqsəd daha çox uşağı idmana cəlb etmək, məktəblərlə idman klubları arasında əməkdaşlığı gücləndirmək və yeni idman infrastrukturu yaratmaqdır. Bu çərçivədə yaşayış məntəqələrinin yaxınlığında 14 idman meydançasının tikintisi nəzərdə tutulur.
K.Dimitrov qeyd edib ki, bələdiyyə şəhərdə idman və mədəniyyətin paralel inkişafına imkan verən yeni məkanların yaradılmasını da qarşıya məqsəd qoyub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.10.2026 [16:38]
Çində qu quşlarının qış məskənindən füsunkar görüntülər – FOTOLAR
- 30.10.2026 [16:32]
Dünya çempionatı: Portuqaliya millisi B yolunun finalında Zambiyaya uduzub
- 30.10.2026 [16:17]
“Qələbə qaçışı”na rekord sayda iştirakçı qatılacaq
- 30.10.2026 [15:34]
Şotlandiya polisi Epşteynin Balmoral qəsrinə səfərini araşdırır
- 30.10.2026 [15:31]
Zəngilanda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
- 30.10.2026 [15:14]
FIFA U-15 dünya çempionatında daha iki finalın qalibləri bəlli olub
- 30.10.2026 [15:12]