“Yeşik labirinti – ağ”: Mədəni mübadilə və ticarətin metaforası
Bakı, 30 oktyabr, AZƏRTAC
“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” festivalı çərçivəsində Rəşid Əl-Xəlifənin “Yeşik labirinti – ağ” (Crate Maze – White) adlı instalyasiyası təqdim olunub.
AZƏRTAC xəbər verir ki, əsərdə emal boyası ilə rənglənmiş saxlama yeşikləri ticarətin metaforası kimi təqdim edilir. Yeşiklər bir tərəfdən sərvəti, digər tərəfdən isə qiymətli malları, ideyaları və mədəni mübadiləni qoruyan, eyni zamanda məhdudlaşdıran qəfəsəbənzər strukturları simvolizə edir.
Həndəsi quruluşu, işıq və kölgələrin dəyişən oyunu ilə diqqət çəkən instalyasiya ticarətin həm məhdudlaşdırıcı, həm də birləşdirici mahiyyətini əks etdirir. Əsər irsi və tarixi yaddaşı qorumaqla yanaşı, sərhədlər arasında hərəkət və əlaqə imkanlarına da işarə edir.
Müxbir - Günel Alıyeva