Qazaxıstanın Türküstan şəhəri 2027-ci ildə “İslam dünyasının mədəniyyət paytaxtı” olacaq
Astana, 30 oktyabr, AZƏRTAC
Qazaxıstanın Türküstan şəhəri 2027-ci ildə “İslam dünyasının mədəniyyət paytaxtı” olacaq. Müvafiq qərar İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) tərəfindən qəbul edilib.
AZƏRTAC-ın müxbiri “Kazinform” informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev məlumat verib.
Təşəbbüs çərçivəsində türk xalqlarının mənəvi birliyinin və tarixi irsinin qorunmasına yönələn genişmiqyaslı mədəni tədbirlərin keçirilməsi planlaşdırılır. O cümlədən ədəbiyyat və dil məsələlərinə həsr olunan Xoca Əhməd Yəsəvi adına beynəlxalq forum, həmçinin türk və İslam dünyasının muzey işi üzrə mütəxəssislərinin görüşü təşkil ediləcək.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.10.2026 [17:26]
BBC-nin illik lisenziya haqqı artırıla bilər
- 30.10.2026 [16:38]
Çində qu quşlarının qış məskənindən füsunkar görüntülər – FOTOLAR
- 30.10.2026 [15:54]
Plovdiv 2028-ci il üçün Avropa İdman Paytaxtı seçilib
- 30.10.2026 [15:34]