Zeynəb Babayeva: İnsanları birləşdirən mənəvi dəyərlər xarici görünüşdən daha vacibdir
Bakı, 30 oktyabr, AZƏRTAC
Əsərlərimin hazırlanma müddəti onların ölçüsündən, mürəkkəbliyindən və istifadə olunan texnikadan asılı olaraq dəyişir. Bəzi obrazların ərsəyə gəlməsi daha qısa vaxt tələb etdiyi halda, digərləri üzərində daha uzun müddət işləmək lazım gəlir.
Bunu AZƏRTAC-a açıqlamasında gənc rəssam Zeynəb Babayeva deyib.
O qeyd edib ki, hər bir əsərin hazırlanması zamanı onun xarakterini və fərdi xüsusiyyətlərini əks etdirməyə xüsusi diqqət yetirilir.
“İnsanlar zahiri görünüşlərinə, düşüncələrinə və arzularına görə fərqlənsələr də, onları birləşdirən ümumi dəyərlər mövcuddur. Fərqli olmaq gözəldir və insanları birləşdirən mənəvi dəyərlər xarici görünüşdən daha vacibdir”,- deyə gənc rəssam əlavə edib.
Müxbir - Fidan Əlizadə
Fotoqraf - Xanlar Əlizadə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.10.2026 [15:28]
“Mixaylo”ya həsr olunan sənədli filmin təqdimatı olacaq
- 30.10.2026 [14:55]