Bu saata olan əsas xəbərlər
AZƏRTAC bu gün saat 20:00-dək olan əsas xəbərləri təqdim edir:
Bakı, 30 oktyabr, AZƏRTAC
Azərbaycan Kubokunda yeni rekord qeydə alınıb.
Kənd Təsərrüfatı İşçiləri Günü qeyd olunub.
Sabah hava əsasən yağmursuz olacaq.
İşğaldan azad edilmiş ərazilərdə 610 hektar meşə fondu sahəsində əkin və səpin işləri aparılıb.
Şərqi Zəngəzurda yeni milli parkın yaradılması istiqamətində işlərə başlanılıb.
Siqnaxidə Azərbaycan-Gürcüstan sənədləri imzalanıb.
Ağdam, Füzuli və Xocavənd rayonlarında 4041 ailə olmaqla, 15 min 933 nəfər sakin yaşayır.
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir.
Xarici dil üzrə fəlsəfə doktoru imtahanının vaxtı açıqlanıb.
Azərbaycanda bu ilin 9 ayında narkotiklərlə bağlı cinayətlərin statistikası açıqlanıb.
Sabah Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək.
“Böyük Dəbilqə”: Hidayət Heydərov bürünc medal qazanıb.
Bakıda FIFA U-15 dünya çempionatının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib.