Azərbaycan və Türkiyə arasında münasibətlərin cari vəziyyəti müzakirə olunub
Bakı, 30 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Ankara Sammiti çərçivəsində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib.
Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, qəbul zamanı Azərbaycan ilə Türkiyə arasında münasibətlərin cari vəziyyəti müzakirə olunub. İki ölkə arasında müttəfiqlik əlaqələrinin möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişləndirilməsi, Türk dünyasının birliyinin və həmrəyliyinin gücləndirilməsi, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.10.2026 [18:38]
Parisdə Azərbaycanın fəxri təltiflərinə dair kitabın təqdimatı olub VİDEO
- 30.10.2026 [14:00]
Milli Məclisin iclasında 11 məsələ müzakirə edilib YENİLƏNİB
- 30.10.2026 [13:44]