Azərbaycan millisi “Böyük Dəbilqə” turnirində komanda hesabında birinci olub
Bakı, 31 oktyabr, AZƏRTAC
Azərbaycan cüdoçuları Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə” turnirini 5 medalla başa vurublar.
Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, aktivində 2 qızıl, 1 gümüş və 2 bürünc mükafat olan millimiz 59 ölkə arasında ümumi komanda hesabında birinci yeri tutub.
Yarışın son günündə +100 kiloqram çəki dərəcəsində mübarizə aparan Uşanqi Kokauri gümüş medala sahib çıxıb.
Əvvəlki iki gündə Könül Əliyeva (-48 kiloqram) və Balabəy Ağayev (-60 kiloqram) turnirin qalibi olub, Rəşad Yelkiyev (-66 kiloqram) və Hidayət Heydərov (-73 kiloqram) isə bürünc mükafat qazanıblar.
Əbu-Dabidə Azərbaycan qadın cüdosu üçün də tarixi nəticə qeydə alınıb. Könül Əliyeva Dünya Cüdo Turu yarışlarında çempion olan ilk azərbaycanlı qadın cüdoçu olub.
Qeyd edək ki, oktyabrın 29-dan 31-dək keçirilən turnirdə 374 idmançı iştirak edib. Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda Azərbaycan 9 çəki dərəcəsində 12 cüdoçu (8 kişi, 4 qadın) ilə təmsil olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.10.2026 [21:16]
Azərbaycan cüdoçuları Asiya Kubokunda 5 medal qazanıblar
- 31.10.2026 [20:26]
Arseni Cioyev: Finalda səhvə yol verdim və rəqibimin hücumunu buraxdım
- 31.10.2026 [19:24]
Bürünc medalçı: Gələcəkdə qızıl medal qazanmaq üçün çalışacağam
- 31.10.2026 [19:04]
Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal əldə edib
- 31.10.2026 [15:19]