Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu gün Kənd Təsərrüfatı İşçiləri Günüdür: Uğurlar, çağırışlar və gələcəyə baxış

Bu gün Kənd Təsərrüfatı İşçiləri Günüdür: Uğurlar, çağırışlar və gələcəyə baxış

Bakı, 1 noyabr, AZƏRTAC

Noyabrın 1-i Azərbaycanda Kənd Təsərrüfatı İşçiləri Günüdür. Bu gün ölkənin iqtisadi inkişafına, ərzaq təhlükəsizliyinin təmin edilməsinə və kəndlərin rifahının yüksəlməsinə zəhməti ilə töhfə verən insanların bayramıdır. Azərbaycan xalqı üçün kənd təsərrüfatı çoxəsrlik tarix boyu təkcə iqtisadi fəaliyyət növü olmayıb, eyni zamanda zəhmətə, torpağa bağlılığa və halal əmələ əsaslanan dəyərlərin daşıyıcısına çevrilib.

AZƏRTAC Kənd Təsərrüfatı İşçiləri Günü ilə əlaqədar hazırlanan məqaləni təqdim edir:

Aqrar sahənin inkişafı ölkədə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ümummilli Lider Heydər Əliyevin başladığı aqrar islahatlar bu sahənin sonrakı inkişafı üçün etibarlı zəmin yaratdı. Prezident İlham Əliyevin rəhbərliyi altında bu islahatlar uğurla davam etdirilir və aqrar sektorun müasirləşməsinə, rəqabət qabiliyyətinin artmasına, ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə yönəlir.

Bu siyasətin yeni mərhələsini 2026-cı il mayın 25-də dövlət başçısının Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” müəyyənləşdirir. Proqram məhsuldarlığın artırılmasını, müasir suvarma texnologiyalarının tətbiqini, torpaq və su ehtiyatlarından səmərəli istifadəni, istehsal və emal imkanlarının genişləndirilməsini önə çəkir. Hədəflərə vaxtında nail olmaq üçün dövlət qurumları, özəl sektor və fermerlər arasında əlaqələndirilmiş fəaliyyət vacibdir.

Proqramın uğurla icrası üçün qanunvericilik çərçivəsi də yenilənir. “Toxumçuluq haqqında” və “Balıqçılıq haqqında” yeni qanunların qəbulu, dövlət dəstəyi mexanizmlərinə yeni yanaşmalar, müasir idarəetmə üsullarının tətbiqi bu prosesin tərkib hissəsidir. Məqsəd fermerlər üçün əlverişli fəaliyyət mühiti yaratmaq, dövlət dəstəyinin təsirini artırmaq və sahənin rəqabət qabiliyyətini gücləndirməkdir.

Nəticələr və yeni çağırışlar

Görülən işlərin nəticəsi statistikada da görünür. Cari ilin yanvar–sentyabr aylarında ölkədə 11 milyard manatdan çox kənd təsərrüfatı məhsulu istehsal olunub. Dənli bitkilərin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,2 faiz artıb, buğdanın məhsuldarlığı hektarda 36,3 sentnerə çatıb. Meyvə və giləmeyvə istehsalı 5 faiz artaraq 842,6 min tona yüksəlib. Kənd təsərrüfatı və emal məhsullarının ixracında da müsbət dinamika müşahidə edilir.

Lakin bu uğurlarla kifayətlənmək olmaz. İqlim dəyişiklikləri, su ehtiyatlarının məhdudluğu və beynəlxalq bazarlardakı dəyişkənlik daha çevik, innovativ və elmi əsaslı yanaşma tələb edir. Rəqəmsallaşma, yeni texnologiyalar və elmi biliklərin istehsalata tətbiqi aqrar inkişafın əsas istiqaməti olaraq qalır. Bu baxımdan, işğaldan azad olunmuş ərazilər də xüsusi önəm daşıyır: Qarabağ və Şərqi Zəngəzurda müasir təsərrüfatların qurulması, istehsal infrastrukturunun yaradılması və torpaqların iqtisadi dövriyyəyə qaytarılması ölkə üçün yeni imkanlar açır.

Proqramın əsas hədəfləri

Dövlət Proqramı konkret göstəriciləri də müəyyən edir. Plana əsasən, mal əti istehsalı ən azı 20, süd istehsalı ən azı 10, qoyun əti istehsalı ən azı 9, quş əti istehsalı isə ən azı 30 faiz artırılmalıdır. Yumurta istehsalında təxminən 27 faizlik artım gözlənilir. Akvakultura məhsullarının həcmi 3 400 tondan təxminən 7 700 tona çatdırılacaq. Bundan əlavə, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda yaradılan ÜDM-in orta illik artımı ən azı 2 faiz, aqrar və emal məhsullarının ixracının orta illik artımı isə 6 faiz olmalıdır. İxtisaslaşmış rayonlarda buğda və pambığın məhsuldarlığı hektarda təxminən 50 sentnerə, intensiv meyvə bağlarının sahəsi 70 min hektara çatdırılacaq.

Su və torpaq: iqlimə davamlı təsərrüfat

İqlim dəyişiklikləri kənd təsərrüfatının gələcəyini müəyyən edən əsas amilə çevrilib. Temperaturun yüksəlməsi, su qıtlığı və quraqlıq riskləri ənənəvi təsərrüfatçılıq üsullarına yenidən baxmağı zəruri edir. Artıq prinsip dəyişir: daha çox resurs sərf edib daha çox məhsul almaq yox, mövcud resurslardan daha səmərəli istifadə etmək əsas götürülməlidir.

Bu məqsədlə proqramda müasir suvarma sistemlərinin genişləndirilməsi, suyun keyfiyyətinin monitorinqi, torpaqların aqrokimyəvi xəritələrinin hazırlanması, torpaq analizi sisteminin müasirləşdirilməsi, örüş və otlaqların münbitliyinin bərpası, həmçinin iqlimə həssas bölgələrdə erkən xəbərdarlıq sistemlərinin qurulması nəzərdə tutulub. Bərpa olunan enerji mənbələrindən istifadə və istixana qazları emissiyalarının sistemli monitorinqi də planlaşdırılan tədbirlər sırasındadır.

Rəqəmlər bu yanaşmanın miqyasını göstərir: müasir suvarma sistemləri 130 min hektardan təxminən 300 min hektara çatdırılacaq, təxminən 20 min hektarda pilot qaydada torpaqların konsolidasiyası tətbiq olunacaq, 480 min hektar örüş-otlaq sahəsinin münbitliyi yaxşılaşdırılacaq. Praktikada isə damcı və yağmurlama suvarması, torpağın vəziyyətinə əsaslanan gübrələmə, müasir toxumçuluq və inteqrir bitki mühafizəsi geniş yayılmalıdır. Bu texnologiyalar həm məhsuldarlığı artırır, həm də su və torpaq üzərindəki təzyiqi azaldır.

Müasir texnologiyalardan istifadə

Müasir texnologiyalar aqrar sahədə artıq gələcəyin deyil, bu günün real vasitəsinə çevrilir. Su qıtlığı şəraitində ən çox diqqət çəkən yenilik damcı və yağmurlama suvarması kimi suya qənaət edən üsullardır: bu sistemlər suyu birbaşa bitkinin kök zonasına çatdıraraq itkini minimuma endirir, eyni zamanda məhsuldarlığı artırır. Torpağın vəziyyətinə uyğun gübrələmə və suvarma qərarları isə resursların hər qramını səmərəli işlətməyə imkan verir.

Bu prosesdə aqrodronlar da mühüm rol oynayır: onlar geniş əkin sahələrini qısa müddətdə müşahidə edərək quraqlıq stresini, xəstəlik ocaqlarını və zərərverici riskini erkən aşkarlayır, lazım gəldikdə isə gübrə və mühafizə vasitələrinin dəqiq tətbiqinə şərait yaradır. Peyk görüntüləri və sensorlar torpağın rütubətini, bitkinin inkişaf dinamikasını real vaxtda izləməyə kömək edir, elektrik mühərrikli texnika və bərpa olunan enerji mənbələri isə həm xərcləri, həm də ətraf mühitə təsiri azaldır. Beləliklə, fermer təcrübəsi ilə texnologiyanın dəqiqliyi birləşdikdə daha az suyla, daha az xərclə və daha yüksək keyfiyyətli məhsul əldə etmək mümkün olur.

Fermerlər üçün güzəştlər

Fermerlərin bu texnologiyalara çıxışını asanlaşdırmaq üçün konkret mexanizmlər də işləyir. Hazırda intensiv meyvə bağlarının salınmasına xüsusi subsidiyalar verilir və bu zaman müasir suvarma sistemlərinin tətbiqi vacib şərt sayılır. Suvarma sistemləri dəsti və avadanlığı güzəşt tətbiq edilən kənd təsərrüfatı texnikalarının siyahısına daxil edilib. Güzəşt məbləği gömrük dəyərinin və ya yerli texnika olduqda qiymətləndirmə nəticəsində müəyyən edilmiş dəyərin 40 faizini təşkil edir. Dəyərin 20 faizi həcmində ilkin ödənişlə həmin suvarma sistemlərini əldə etmək mümkündür. Güzəşt və ilkin ödənişdən sonra qalıq məbləğ, yəni dəyərin 40 faizi müvəkkil kredit təşkilatı tərəfindən kredit (və ya lizinq) formasında maliyyələşdirilir.

İqlimə davamlı kənd təsərrüfatı ekoloji seçim olmaqla yanaşı, iqtisadi zərurətdir, çünki qorunmayan su və torpaq gələcəkdə məhsuldarlığın itirilməsi deməkdir.

Dövlət Proqramında qarşıya qoyulan hədəflər nəzərə alınmaqla, Aqrar Subsidiya Şurasının qərarı ilə yeni güzəşt mexanizmlərinin yaratdığı üstünlüklər də bu baxımdan yerinə düşür.

“Aqrar sahə haqqında” qanun layihəsi

Bu məsələlər “Aqrar sahə haqqında” qanun layihəsində ayrıca hüquqi istiqamət kimi əksini tapıb. Layihə torpağın əsas istehsal vasitəsi kimi qorunmasını, təyinatına uyğun və səmərəli istifadəsini, münbitliyin saxlanmasını, aqrokimyəvi xəritələrin hazırlanmasını və müasir texnologiyaların tətbiqini önə çəkir.

Su ehtiyatlarının idarə olunması baxımından su itkilərini azaldan qapalı suvarma sistemlərinin genişləndirilməsi, suvarma normalarının bitkilərin bioloji xüsusiyyətlərinə uyğun müəyyənləşdirilməsi, su istifadəsi limitlərinə riayət, suyun keyfiyyətinin yoxlanılması və istifadə olunmuş suların ətraf mühitə zərər vermədən təkrar istifadəsi nəzərdə tutulur. İqlim dəyişikliklərinə uyğunlaşma istiqamətində isə iqlimə davamlı bitki sortları və heyvan cinslərinin yaradılması, qoruyucu meşə zolaqlarının salınması, resursqoruyucu texnologiyaların tətbiqi, elektrik mühərrikli texnikadan istifadənin artırılması və aqrar tullantıların təkrar emalı planlaşdırılır. İnteqrir bitki mühafizəsi də kimyəvi vasitələrdən istifadənin idarə olunmasına və ekoloji tarazlığın qorunmasına xidmət edəcək.

Torpaq sahələrinin həddindən artıq parçalanması istehsalın səmərəliliyinə mənfi təsir göstərən digər problemdir. Layihə mülkiyyətçilərin razılığı və ekvivalent bazar dəyəri əsasında konsolidasiyanı, vahid əkini və kooperativləşməni dəstəkləməklə torpaqlardan birgə və səmərəli istifadəyə yol açır. Qanun həm də dövlətin bu sahədəki siyasəti üçün ümumi hüquqi əsas yaradır. Dövlət dəstəyi, güzəştli maliyyələşdirmə, elmi tədqiqat, aqrar təlim və məsləhət xidmətləri fermerlərin müasir texnologiyalara çıxışını yaxşılaşdıracaq.

Rəqəmsal kənd təsərrüfatı

Müasir aqrar inkişafın digər mühüm sütunu rəqəmsallaşmadır. Burada əsas məqsəd texnologiyadan sadəcə istifadə etmək deyil, qərarları dəqiq məlumatlara əsaslanaraq qəbul etməkdir. Fermer hansı sahənin suvarmaya daha çox ehtiyacı olduğunu, torpağa hansı elementlərin lazım olduğunu, xəstəlik və ya zərərverici riskinin harada artdığını vaxtında bilirsə, həm xərcini azaldır, həm də məhsuldarlığını yüksəldir.

Bu səbəbdən Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) imkanlarının genişləndirilməsi, informasiya sistemləri arasında məlumat mübadiləsinin yaxşılaşdırılması, data əsaslı idarəetmə və süni intellekt həllərinin inkişafı proqramın prioritetləri sırasındadır. 2030-cu ilədək dövlət dəstəyi xidmətlərinin rəqəmsal formada göstərilməsi payının 100 faizə çatdırılması hədəflənir. Aqrokimyəvi göstəricilər əsasında hazırlanacaq rəqəmsal xəritələr bu yanaşmanı tamamlayır. Peyk müşahidələri, aqrodronlar və sensorlar isə qərarların dəqiqliyini artıran vasitələrdir; əsas məsələ toplanan məlumatları fermerin gündəlik fəaliyyətində praktik qərara çevirməkdir. Xüsusilə kiçik təsərrüfatlarda texniki bilik və rəqəmsal bacarıqların məhdudluğu nəzərə alınaraq, maarifləndirmə və təlimlər genişləndiriləcək.

Kadr hazırlığı və elm

Bütün bunların arxasında insan potensialı dayanır. Proqrama əsasən, aqrar ixtisaslar üzrə ikili diplom proqramları ilə məzun sayı 46 nəfərdən ən azı 500 nəfərə çatdırılacaq, xarici universitetlə əməkdaşlıqda birgə universitet yaradılacaq və beynəlxalq tərəfdaşlarla ən azı bir mükəmməllik və innovasiya mərkəzi formalaşdırılacaq. Ən azı 200 tələbənin xaricdə istehsalat təcrübəsinə cəlb olunması, 100 təhsilverənin təlimlərdə iştirakı, yeni peşə və kvalifikasiya standartlarının hazırlanması, təhsil proqramlarının yenilənməsi də hədəflər arasındadır. İndeksləşdirilmiş jurnallarda elmi məqalələrin sayı isə hər il 10 faiz artırılacaq.

İxrac, sığorta və dayanıqlılıq

Aqrar məhsulların xarici bazarlara çıxışı da diqqət mərkəzindədir. Hər il ən azı iki istehsalçının qlobal bazarlarda tanınan sertifikat əldə etməsinə dəstək göstəriləcək, ən azı beş aqroparkın ixracyönümlü fəaliyyəti təmin olunacaq, intensiv bağlar və istixana infrastrukturu genişlənəcək, yerli məhsulların brendləşdirilməsi sürətləndiriləcək. Soyuducu anbarların ümumi tutumu 400 min tondan təxminən 500 min tona çatdırılacaq ki, bu da orta və uzunmüddətli perspektivdə ixracın artmasına töhfə verəcək.

Fermerlərin risklərə qarşı dayanıqlığını artırmaq üçün aqrar sığorta da gücləndirilir. Sığorta ilə əhatə olunan sahə 386 min hektardan ən azı 1 milyon hektara, sığortalanan heyvanların sayı isə 6,9 min başdan təxminən 100 min başa çatdırılacaq. Rəqəmsal xidmətlərin genişlənməsi də fermerlərin dövlət dəstəyinə çıxışını asanlaşdıracaq.

Kənd Təsərrüfatı İşçiləri Günündə bir həqiqəti yenidən vurğulamaq yerinə düşər: ərzaq təhlükəsizliyi, kəndlərin inkişafı və iqtisadiyyatın dayanıqlılığı birbaşa torpaqla işləyən insanların zəhmətindən asılıdır. Dövlət Proqramı, yeni qanunlar, güzəştli maliyyələşdirmə və rəqəmsal həllər bu zəhmətin daha səmərəli və daha qazanclı olması üçün güclü zəmin yaradır. Hər gün zəhməti ilə sabaha ruzi daşıyan, süfrələrimizi təravətli nemətlərlə bəzəyən fədakar fermerlərimizi, aqronomlarımızı, baytarlarımızı və bütün kənd təsərrüfatı işçilərini təbrik edir, hər zaman bol məhsul, tükənməz enerji və uğurlar diləyirik. Bayramınız mübarək!

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Azərbaycan güləşçisi Qazaxıstanda keçirilən dünya çempionatında qələbə qazanıb

Media: Fransada toqquşmalarda 60 nümayişçi və onlarla polis yaralanıb

Bakıda “Baku Women’s Cancer Forum” beynəlxalq elmi forumu keçirilib

Lefkoşa Kipr yunanlarına qaz və içməli su tədarük etməyə hazır olduğunu bildirib

Avropada dərinləşən böhran - TƏHLİL

Türkiyədə 19 yeni vilayətin yaradılması təklif olunur

Media və Yayım Şurası bəyanat yayıb

“Qələbə qaçışı” 2000-dən çox insanı bir araya gətirib

Azərbaycanlı professor Türkiyə universitetinin rektorluğuna namizədliyini irəli sürüb

Şervin Nəcəfpur: Norveçi Odlar diyarı, Azərbaycanı isə vikinqlərin ölkəsi ilə tanış etmək istəyirəm MÜSAHİBƏ

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda yanğın və xilasetmə üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı keçiriləcək

Fərid Qayıbov: “Qələbə qaçışı”nda iştirakçıların sayı ildən-ilə artır

Sürücünün sükan arxasında yuxulaması qəza ilə nəticələndi

Salyanda qəza zamanı yük maşını iki yerə ayrılıb, ölənlər var - FOTO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 1 noyabr

Prezident: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Zati-aliləri cənab Abdelmacid Tebbuna

Anna Yusubova: “Qələbə qaçışı” xalqımızın ruhunu yüksəldir

“Qələbə qaçışı”nın qalibi: Bu tədbir bizim üçün xüsusi məna daşıyır

Şimali Koreya taktiki ballistik raketlərə quraşdırıla bilən kasetli bombaları sınaqdan keçirib

Azərbaycançılıq ideyası xalqımızı birləşdirən ən mühüm milli dəyərdir - ŞƏRH

Böyük Qayıdışın növbəti ünvanlarından biri Eyvazxanbəyli kəndi olacaq VİDEO

Böyük Qayıdışın növbəti ünvanlarından biri Eyvazxanbəyli kəndi olacaq VİDEO

Bakıda VI “Qələbə qaçışı”na start verilib

Dövlət Kukla teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

Bu gün Kənd Təsərrüfatı İşçiləri Günüdür: Uğurlar, çağırışlar və gələcəyə baxış

Paytaxtın Nizami rayonunda yanğın olub VİDEO

Paytaxtın Nizami rayonunda yanğın olub VİDEO

Azərbaycan Premyer Liqası: “Şamaxı” “Neftçi”ni, “Kəpəz” “İmişli”ni qəbul edəcək

Bakıdan Tbilisiyə ilk əlavə reys 100 faiz doluluqla yola düşüb VİDEO

Bakıdan Tbilisiyə ilk əlavə reys 100 faiz doluluqla yola düşüb VİDEO

Şəkidə minik avtomobili dərəyə aşıb: 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Ebola virusu yayılan ölkələrin sayı artır

Tramp: ABŞ İrandakı bir neçə obyektlə məşğul olmalıdır

Almaniyadakı kütləvi aksiyaların iqtisadi və siyasi səbəbləri var – TƏHLİL

Möhsün Rzayi: İran ABŞ-yə inanmır

Albaniyada polislərlə etirazçılar arasında yenidən toqquşmalar olub

Donald Tramp ABŞ-ni Avropadakı iğtişaşlarla bağlı "oyanmağa" çağırıb

Almaniyada qarşıdurmalar baş verib, yaralananlar və saxlanılanlar var – YENİLƏNİB VİDEO

Almaniyada qarşıdurmalar baş verib, yaralananlar və saxlanılanlar var – YENİLƏNİB VİDEO

Niyə “O”? – Rəssamla görüş

İranda zəlzələ olub

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi olub

Böyük Britaniyanın Baş naziri kölə ticarətinə görə üzr istənilməsini istisna etməyib

Fransada saxlanılan nümayişçilərin sayı 511-ə çatıb – YENİLƏNİB 2

“Bavariya” – “Borussiya Dortmund” qarşılaşmasında qalib müəyyənləşməyib

Azərbaycanın cüdo millisi U-23 Avropa çempionatında komanda hesabında birinci olub

Dakar-2026: Cüdoçumuzun ilk rəqibi müəyyənləşib

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Dakar-2026: Üzgüçümüzün çıxış edəcəyi 800 metr məsafəyə yarış ləğv olunub

Kir Starmer: Avropa müdafiə sahəsində ABŞ-dən asılılığını azaltmalıdır

Rusiya FTX Moskvada terror aktı hazırlığı barədə məlumat alıb

Azərbaycan cüdoçuları Asiya Kubokunda 5 medal qazanıblar

Türkiyə və Ukrayna prezidentləri regionun təhlükəsizliyinin əhəmiyyətini vurğulayıblar

“Startup School 4” proqramının qalibləri müəyyənləşib: “Hogga” birinci yeri tutub

Zelenski: Ərdoğanla görüşdə Qara dənizdə təhlükəsiz naviqasiya və “Taxıl Dəhlizi” müzakirə olunub

Lənkəranda özünü hüquq-mühafizə orqanının əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb

Azərbaycan millisi “Böyük Dəbilqə” turnirində komanda hesabında birinci olub

Əli Abdullahi: İran Silahlı Qüvvələri rəqibin yeni hədəflər siyahısını hazırlayır

Arseni Cioyev: Finalda səhvə yol verdim və rəqibimin hücumunu buraxdım

Bu saata olan əsas xəbərlər

Azərbaycan Premyer Liqası: "Qəbələ" – "Qarabağ" görüşü qolsuz heç-heçə ilə yekunlaşıb

“Binance” oğurlanmış aktivlərin 90 faizini kompensasiya edib

Bürünc medalçı: Gələcəkdə qızıl medal qazanmaq üçün çalışacağam

“Berliner Zeitung”: Azərbaycanın dini tolerantlıq modeli İslam dünyası üçün ümid işığıdır

Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal əldə edib

Finlandiya Avropa İttifaqında işsizlik səviyyəsinə görə yenidən ilk sırada qərarlaşıb

Çexiyada təyyarələrin uçuş-enmə zolağında toqquşma riskini azaldan yeni sistem hazırlanıb

Tramp prezidentlik müddəti başa çatanadək Kubada hakimiyyətin dəyişəcəyini düşünür

İKTA sentyabr üçün regionlar üzrə internet sürətini açıqlayıb

İran Hörmüz boğazının açılması planının icra müddətini iki günə endirməyə razılaşıb

Tramp Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı razılaşmaya yaxın olduqlarını bildirib

İran müharibə ehtimalını istisna etmir

İran XİN rəhbəri ABŞ ilə münaqişənin nizamlanması üçün şərtləri açıqlayıb

Ukrayna Prezidenti İstanbulda səfərdədir

Azərbaycan güləşçisi Qazaxıstanda keçirilən dünya çempionatında bürünc medal qazanıb

Britaniyalı rəqqaslar: Bakı festivalı yarışdan daha çox beynəlxalq rəqs bayramını xatırladır

Ukrayna Rostov vilayətində raket yanacağı istehsal edən müəssisəni vurub

“Al Arabiya”: İran ABŞ-nin təkliflərini müzakirə etmək üçün Qətərə nümayəndə heyəti göndərib

Azərbaycan İslam həmrəyliyinin möhkəmləndirilməsinə mühüm töhfə verir ŞƏRH

Silahdaşlarının yolunu açmaq üçün canından keçdi VİDEO

Silahdaşlarının yolunu açmaq üçün canından keçdi VİDEO

Azərbaycan Premyer Liqası: “Araz-Naxçıvan” - “Zirə” oyununda qalib müəyyənləşməyib

Azərbaycanda ilk donor ürək transplantasiyasının birinci ildönümünə həsr olunan “Ürək transplantasiyası həftəsi” başlayıb VİDEO

Azərbaycanda ilk donor ürək transplantasiyasının birinci ildönümünə həsr olunan “Ürək transplantasiyası həftəsi” başlayıb VİDEO

Azərbaycan Feridun Sinirlioğlunun BMT Baş katibliyinə namizədliyini alqışlayır

Seul, Vaşinqton və Tokio Şimali Koreyanın tam nüvəsizləşdirilməsini tələb edir

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert təşkil olunacaq

Siyasi şərhçi: Milli suverenliyin qorunması güclü dövlətçiliyin əsas şərtidir

Əsrə bərabər 35 il

Sabah rayonlarda hava əsasən yağmursuz olacaq

Kamran Musayev: Ötən bir ildə 4 xəstəyə ürək transplantasiyası əməliyyatı icra etmişik

Yeganə Abbasova: Bu günə qədər 85 meyit donordan orqan köçürülüb

Azərbaycanda “Apple” istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Qərbi Azərbaycandan olan Nəcəfovlar ailəsinin evliliklərinin 50 illiyi qeyd olunub

Pedaqoji Universitet NASCO29-da təmsil olunub

Fransada ötən il 927 evsiz insan həyatını itirib, onlardan 20-si uşaqdır

Azərbaycanın iki güləşçisi dünya çempionatında yarımfinal görüşünə çıxacaq

Zelenski Kiyevdə və Dneprdə enerji böhranından danışıb

Arsen Venger: FIFA U-15 hamı tərəfindən sevilib və hər kəs onun yenidən keçirilməsini istəyir

NDU ilə ADNSU arasında əməkdaşlıq memorandumu imzalanıb

İnfantino: Bakıda keçirilən U-15 dünya çempionatı və festivalı FIFA-nın son 120 ildə həyata keçirdiyi ən uğurlu layihədir

Fransada 31 oktyabr etirazları: CGT nümayişçiləri Parisdə icazə verilən marşruta qoşulmağa çağırır