Kubalı idmançı Azərbaycanda reabilitasiya keçərək uğurlu nəticə əldə edib
Bakı, 9 oktyabr, AZƏRTAC
Kubalı peşəkar voleybolçu Luis Elian Estrada Yeni Klinikanın Robotik Reabilitasiya Mərkəzində reabilitasiya keçərək uğurlu nəticə əldə edib.
Bu barədə AZƏRTAC-a Yeni Klinikadan məlumat verilib.
Bildirilib ki, kubalı voleybolçu iki il əvvəl məşq zamanı diz travması səbəbindən əməliyyat olunub. Bir çox ölkədə reabilitasiya keçsə də, hərəkət və oyun zamanı ağrıları davam edib, idman performansında çətinliklər yaşayıb.
Azərbaycanda fəaliyyətə başladıqdan sonra Yeni Klinikanın Robotik Reabilitasiya Mərkəzinə müraciət edən idmançı mütəxəssislərin nəzarəti altında reabilitasiya proqramına cəlb olunub.
Reabilitasiya proqramından sonra voleybolçunun fiziki vəziyyəti yaxşılaşıb və yarışlarda daha uğurlu nəticələr əldə edib.