Mərkəzi Bankın nümayəndə heyəti Almaniyanın bank nəzarəti təcrübəsini öyrənir
Bakı, 9 oktyabr, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndə heyəti təcrübə mübadiləsi məqsədilə Almaniyaya işgüzar səfər edib.
AMB-dən AZƏRTAC-a bildirilib ki, səfərin ilk hissəsində Almaniya Federal Bankında görüşlər keçirilib. Görüşlər zamanı Almaniya və Avropa İttifaqında bank tənzimlənməsi və nəzarəti sistemi, Federal Bankın bu sistemdə rolu, eləcə də kredit təşkilatlarına nəzarət üzrə tətbiq olunan yanaşmalar müzakirə olunub.
Səfər çərçivəsində Almaniyanın Federal Maliyyə Nəzarəti Orqanında (BaFin) da ikitərəfli görüşlər keçirilib. Görüşlərdə qurumun fəaliyyət istiqamətləri və maliyyə nəzarəti sistemində rolu, faiz dərəcəsi riskinin tənzimlənməsi və nəzarəti, maliyyə texnologiyaları sahəsində innovasiyaların təşviqi, həmçinin informasiya-kommunikasiya texnologiyaları risklərinin idarə edilməsi üzrə yanaşmalar ətrafında fikir mübadiləsi aparılıb.
Görüşlər zamanı Mərkəzi Bankın bank tənzimlənməsi və nəzarəti sahəsində tətbiq etdiyi yanaşmalar, Risk Əsaslı Nəzarət Sistemi, həmçinin tənzimləmə sahəsində keçirilən islahatlar barədə məlumat verilib, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [13:22]
İlin birinci yarısında Türk dövlətlərinin ÜDM-i 1,33 trilyon dollara çatıb
- 09.10.2026 [12:46]
ADY-nin Astara Terminalında yük daşımaları 33 faiz artıb
- 09.10.2026 [12:28]
Azərbaycanda üst geyim istehsalı 50 faizdən çox artıb – QRAFİK
- 09.10.2026 [12:07]