Azərbaycanda üst geyim istehsalı 50 faizdən çox artıb – QRAFİK
Bakı, 9 oktyabr, AZƏRTAC
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda üst geyim istehsalı 716,2 min ədəd təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 240,7 min ədəd və ya 50,6 faiz çoxdur.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı illik müqayisədə 39 min ədəd və ya 2,4 dəfə artaraq 66,1 min ədəd olub.
Hesabat dövründə Azərbaycanda alt geyim istehsalı 1124,6 min ədəd (illik müqayisədə 2,8 faiz çox), corab məmulatları istehsalı 3442,9 min cüt (2,1 dəfə çox), istehsalat və peşə komplektləri istehsalı 1158,2 min ədəd (26,9 faiz az) təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin hesabat dövründə üst geyim istehsalı 475,5 min ədəd, hazır məhsul ehtiyatı isə 27,1 min ədəd təşkil edib.

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [12:46]
ADY-nin Astara Terminalında yük daşımaları 33 faiz artıb
- 09.10.2026 [12:07]
Pərakəndə ticarət dövriyyəsi 4 faizə yaxın artıb
- 09.10.2026 [11:57]
İqtisadiyyata kredit qoyuluşları 14,5 faiz artıb
- 09.10.2026 [11:54]
Fiziki şəxslərin banklardakı əmanətləri artıb
- 09.10.2026 [11:53]
Əsas kapitala yönəldilən investisiyanın məbləği açıqlanıb
- 09.10.2026 [11:49]