Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyevin proqram xarakterli çıxışı Azərbaycanın uzunmüddətli inkişaf strategiyasıdır

Prezident İlham Əliyevin proqram xarakterli çıxışı Azərbaycanın uzunmüddətli inkişaf strategiyasıdır

Bakı, 9 oktyabr, AZƏRTAC

Müasir müstəqil Azərbaycanın dövlətçilik tarixində və milli inkişaf strategiyasının formalaşmasında həlledici rol oynayan Yeni Azərbaycan Partiyası (YAP) ötən onilliklər ərzində dövlət müstəqilliyinin qorunması, daxili sabitliyin təmini və qlobal arenada ölkəmizin nüfuzunun artırılmasının əsas hərəkətverici qüvvəsi statusunu qazanıb. 1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş partiya milli həmrəyliyin və xilaskarlıq missiyasının rəmzinə çevrildi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə fəaliyyətini uğurla davam etdirən partiya ölkənin siyasi monolitliyini və davamlı inkişafını təmin edən fundamental sütundur. Partiyanın hər bir qurultayı hesabat dövrü ərzində görülən işlərin təqdimatı ilə yanaşı, yeni mərhələnin prioritetlərinin müəyyənləşdirilməsi, yeni qərarların qəbulu ilə tarixə yazılıb. Bu baxımdan oktyabrın 2-də keçirilən YAP-ın VIII Qurultayı qalib, suveren Azərbaycanın yeni inkişaf və milli təhlükəsizlik strategiyasının müəyyənləşdirilməsi ilə diqqətdə oldu. Əgər partiyanın VII qurultayı postmüharibə dövrünün və Qarabağın, Şərqi Zəngəzurun bərpasının başlanğıcına təsadüf edirdisə, VIII qurultay çağdaş tariximizə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonrakı ilk qurultay kimi düşəcək.

Bu fikirlər BDU-nun kafedra müdiri, tarix elmləri doktoru, professor, Əməkdar müəllim, YAP-ın VIII Qurultayının nümayəndəsi İradə Hüseynovanın AZƏRTAC-a təqdim etdiyi “Prezident İlham Əliyevin proqram xarakterli çıxışı yeni dövrə qədəm qoyan Azərbaycanın uzunmüddətli inkişaf strategiyasıdır” məqaləsində yer alıb.

Məqalədə vurğulanıb ki, YAP-ın Sədri İlham Əliyevin qurultayda dərinməzmunlu çıxışı Azərbaycanın yeni daxili və xarici siyasət strategiyasının yol xəritəsi kimi tarixə yazıldı. YAP-ın qurultayının ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisə olduğunu qeyd edən Prezident vurğuladı ki, partiyamızın fəaliyyəti, qəbul edilmiş qərarlar və siyasi xətti təkcə ölkəmiz üçün deyil, bütövlükdə region üçün böyük önəm daşıyır. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir.

Qurultaydakı proqram xarakterli çıxışında 35 illik müstəqillik tariximizin ayrı-ayrı dövrlərinin geniş təhlilini verən Prezident İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsinə gedən yoldan, tarixi Zəfərimizi şərtləndirən amillərdən, postmünaqişə dövrünün reallıqlarından geniş bəhs edərək bildirdi ki, Azərbaycan özü təkbaşına həm işğala son qoydu, eyni zamanda, bölgədə yeni reallıqlar yaratdı. O vaxtdan bu günə qədər bu reallıqlar bütün dünya tərəfindən qəbul edilir. Halbuki bu, asan başa gəlmədi. Bu illər ərzində çox ciddi müqavimətlə, Azərbaycana qarşı istiqamətlənmiş yalan, iftira ilə dolu kampaniyalarla üzləşmişdik. Ancaq qətiyyətimiz, dönməz fəaliyyətimiz, siyasi addımlarımız və ilk növbədə, Azərbaycan xalqının vahid mövqedə olması bütün bu bəd niyyətləri alt-üst etdi. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. 8 Noyabr əbədi bayramımız olacaq. Eyni əhəmiyyəti 20 Sentyabr da daşıyır. Çünki məhz 2023-cü il sentyabrın 20-də Azərbaycan separatizmə, işğala son qoydu, ərazi bütövlüyünü və suverenliyini bərpa etdi.

Keçilən yolun təhlili belə bir ümumiləşdirməyə əsas verir ki, Ulu Öndərin Azərbaycanda ikinci dəfə hakimiyyətdə olduğu 1993-2003-cü illərdə ölkənin ümumi inkişaf strategiyası müəyyən olundu və bu gün də bu strategiya bizə yol göstərməkdədir. Bu siyasət 2003-cü ildən sonrakı dövrdə uğurla davam edir.

Prezident İlham Əliyev partiyanın VIII qurultayında “Bu illər ərzində qarşımıza qoyduğumuz istənilən vəzifə həyata keçdi. İlk növbədə, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası. 2003-cü ildə mən ilk dəfə Prezident seçiləndə onu bəyan etmişdim ki, bu, əsas vəzifə olacaq. Biz o şərəfli missiyaya nail olmaq üçün hər gün, hər saat addımlayırdıq və istədiyimizə nail olduq. Şanlı qələbələrimizdən sonra Ermənistanla sülhü də dünyanın ən mötəbər məkanında, Ağ Evdə möhürlədik” söyləyərək qarşıya qoyulan bütün vəzifələrin uğurla icra edildiyini diqqətə çatdırdı. İndi əsas hədəf təkcə qələbə qazanmaq deyil, həm də əldə edilmiş bu tarixi nəticələri möhkəmləndirmək və uzunmüddətli inkişafa çevirməkdir. Azərbaycanın yeni inkişaf və milli təhlükəsizlik strategiyasının əsas tərkib hissələrindən biri hərbi gücün artırılmasıdır. Prezident İlham Əliyev bunu belə əsaslandırdı ki, sual oluna bilər, biz şanlı Zəfər qazanmışıq, Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olub: “Bu gün Azərbaycanla Ermənistan arasında münaqişə yoxdur, müharibə yoxdur, sərhədlərdə sakitçilikdir. Sülh müqaviləsi paraflanıb, artıq təmaslar da var. Hətta Azərbaycan Ermənistanla ticarətə də başlamışdır. Bu nə üçün lazımdır? Buna cavab, məncə, çox açıq-aydındır. Bu, həmişə lazımdır, hər bir ölkə üçün. Çünki bizim xalqımız bu faciə ilə üzləşib. Bizim xalqımız ermənilərin nankorluğu ilə üzləşib. Yəni onların şirin sözlərini, sağlığımıza qaldırılan badələri, Azərbaycan dilində sərbəst danışmalarını, hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır. Amma nəticədə nə oldu? Gördülər ki, biz bir az laxlayırıq, gördülər ki, büdrəmişik arxadan bıçaq vurdular. Yəni birinci dəfə deyil onların tarixində. Eynisini bir əsr ondan əvvəl başqa yerdə də törətmişdilər. Ona görə biz bunu heç vaxt unutmamalıyıq, ayıq olmalıyıq və hər zaman, hər gün onlardan 10 qat güclü olmalıyıq. Necə ki, bu gün belədir, sabah da belə olacaq. Ona görə bu, birinci amildir. İkinci amil dünyada gedən proseslər, müharibələrin çoxalması və geniş vüsət almasıdır”.

Prezident İlham Əliyevin qurultaydakı çıxışında təhlükəsizlik tədbirlərinin, ideoloji işin gücləndirilməsi əsas hədəf kimi qarşıya qoyuldu. Bildirildi ki, ideoloji risklər sərhəd tanımır, xüsusilə indiki internet, kiberhücumlar, süni intellekt dünyasında. İdeoloji təxribatlardan qorunmaqda iki əsas amil önə çəkilir - təhsil və vətənpərvərlik. Tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası xalqımızın Vətən sevgisinin əyani sübutudur. Dövlətimizin həyata keçirdiyi siyasətin əsas tərkib hissələrindən biri, təbii ki, təhsildir. Ölkəmizdə savadlılığın səviyyəsi 100 faizdir.

Dövlətimizin başçısı milli kimliyə, dövlətçilik ənənələrinə və vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət çəkdi. Xüsusilə gənc nəslin yad təsirlərdən qorunması, milli-mənəvi dəyərlərə, dövlətçilik ənənələrinə və vətənpərvərlik ruhuna bağlı böyüməsi partiyanın və cəmiyyətin qarşısında duran ən mühüm vəzifə kimi müəyyən edildi.

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı çıxışında Azərbaycanın xarici siyasət xəttinin fundamental prinsiplərini növbəti dəfə bəyan etdi. Vurğulandı ki, ölkəmiz regional platformalarda, xüsusilə İslam dünyasında həmrəyliyin gücləndirilməsi üçün D-8 və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal siyasət yürüdür.

Çıxışda növbəti illər üçün iqtisadiyyatın şaxələndirilməsi, regional layihələrin davam etdirilməsi və sosial rifahın gücləndirilməsi ilə bağlı aydın hədəflər müəyyənləşdirildi. Qeyd edildi ki, Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması yeni dövrün başlıca prioritetidir. Dövlətimizin başçısı bu istiqamətdə görülən işlərdən bəhs etdi. Bunların nəticəsidir ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır, təhsil alır. Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək.

YAP-ın VIII Qurultayındakı proqram xarakterli çıxışı bir daha sübut etdi ki, Prezident İlham Əliyevin hər bir çağırışı Azərbaycanın bu gününə və gələcəyinə hədəflənir. Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Cənubi Qafqazın bu aparıcı siyasi qüvvəsinin gələcəyin hədəflərinə ən çevik uyğunlaşan təşkilat olduğunu sübut etdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ramin Məmmədov: Milli-mənəvi dəyərlər dövlətçiliyin gələcəyini təmin edən əsas amillərdəndir

Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı?

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Azərbaycanın turizm imkanları Türkiyənin dörd şəhərində təqdim olunub

Günəşli qəsəbəsində avtomobil yolunda hərəkət məhdudlaşdırılıb

Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq

Səhiyyə Nazirliyinin klinikasında 7,5 santimetrik böyrəküstü vəz törəməsi laparoskopik üsulla çıxarılıb

Azərbaycanın mövqeyini təqdim edən rəqəmsal diplomatiyanın inkişaf etdirilməsi vacibdir - ŞƏRH

Dövlət büdcəsinin 9 aylıq gəlirləri 29 milyard manatı ötüb

® Sahibkarlar “Etender.gov.az” portalında sənədləri “SİMA İmza” imzalayacaq

EYBA-nın vitse-prezidenti: Əsl risk qərar verməkdən imtina edən, qərarlarını süni intellektə həvalə edən hüquqşünasdır

UNEC-in 3 əməkdaşı dünyanın ən yaxşı alimləri siyahısında

Gənclər Kitabxanasında görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb

Şəmkirdə müasir tərəvəzçilik və innovativ istixana texnologiyaları ilə tanışlıq olub

Gündüz İsmayılov: Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi aktual məsələlərdəndir

Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək

Prezident: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Estoniyanın sığorta sektoru nümayəndələri arasında təcrübə mübadiləsi aparılıb

“FotoBax” fotomüsabiqəsinə müraciətlərin başa çatmasına iki gün qalıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulur

Prezident İlham Əliyev: Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir

AMB sədri İstanbulda qlobal iqtisadiyyatın gələcəyi barədə fikirlərini bölüşüb

Prezident İlham Əliyevin proqram xarakterli çıxışı Azərbaycanın uzunmüddətli inkişaf strategiyasıdır

Azərbaycan Premyer Liqasında VII tura start verilir

Prezident: Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilir

Aktiv ƏDV ödəyicilərinin sayı 7 faizədək artıb

Prezident İlham Əliyev: MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib

® Mərkəzi Gömrük Hospitalının əməkdaşı təltif olunub

Enn Karsonun yaradıcılığında klassik irslə müasirlik arasında poetik dialoq qurulur - Şükufə Vəliyeva

Qızıl 70 dollaradək bahalaşıb VİDEO

Qızıl 70 dollaradək bahalaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir YENİLƏNƏCƏK

Zelim Kotsoyev bu gün dünya çempionatında mübarizəyə başlayacaq

20, 55 və 104 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb VİDEO

Azərbaycanın MDB-də artan rolu: Avaza Sammiti yeni əməkdaşlıq mərhələsini müəyyənləşdirir

Bu gün Ümumdünya Poçt Günüdür

Çin Avropa Parlamentinin hesabatına sərt etirazını bildirib

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib YENİLƏNİB

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Azərbaycan-MDB əməkdaşlığı: Əsas istiqamətlər və perspektivlər TƏHLİL

İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Prezident İlham Əliyev: Trampın regionumuzda sülh səylərinin bu il Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcəyinə ümid edirik

İran uzunmüddətli müharibə üçün kifayət qədər silah istehsal etdiyini bildirib

“Axios”: Vitkoff və Kuşner oktyabrın sonunda Moskvaya səfər edə bilər

İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq edəcək

“Politico”: ABŞ 100 min ukraynalı qaçqını ölkədə qalmaq hüququndan məhrum edə bilər

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında daimi nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox şəxs saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib VİDEO

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib VİDEO

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb