Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb
Bakı, 9 oktyabr, AZƏRTAC
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
AZƏRTAC Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
3. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;
4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
5. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
6. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;
7. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;
8. Babək prospekti, mərkəz istiqamətində;
9. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
10. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
11. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
12. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
13. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
14. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
15. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;
16. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;
17. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində.