Ceyranbatan qəsəbə məktəbində qida zəhərlənməsi faktı təsdiqini tapmayıb – YENİLƏNİB
Bakı, 29 oktyabr, AZƏRTAC
Oktyabrın 29-u saat 15:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhəri, Ceyranbatan qəsəbə məktəbindən çağırış qeydə alınıb.
Bu barədə AZƏRTAC-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.
Təcili tibbi yardım briqadası tərəfindən 8 nəfərə yerində yardım olunub.
Həmçinin diqqətə çatdırılıb ki, müayinələr zamanı bu hadisənin zəhərlənmə ilə bağlı olmadığı aydınlaşıb. Tibbi yardım edilən şəxslərdə rotavirus infeksiyası aşkarlanıb.
18:36
Sumqayıt şəhəri, Ceyranbatan qəsəbə məktəbində baş vermiş hadisə ilə bağlı tibb müəssisəsindən əldə edilən məlumata əsasən qida zəhərlənməsi faktı öz təsdiqini tapmayıb.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.10.2026 [20:46]
Misir Mərdanov: Valideynlər hövsələli olsun VİDEO
- 29.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 29.10.2026 [19:40]
Xalq artisti Zaur Rzayev vəfat edib
- 29.10.2026 [18:55]
Dövlət Proqramı çərçivəsində Ağcabədidə şagirdlərlə görüş təşkil olunub
- 29.10.2026 [17:22]