Azərbaycan Dövlət İnformasiya Agentliyi

Deputat: Azərbaycan beynəlxalq birliyin etibarlı və hörmətli üzvü kimi mövqeyini möhkəmləndirir

Deputat: Azərbaycan beynəlxalq birliyin etibarlı və hörmətli üzvü kimi mövqeyini möhkəmləndirir

Bakı, 29 oktyabr, AZƏRTAC

Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizin qlobal siyasi dialoqda artan rolunun, beynəlxalq nüfuzunun və müxtəlif tərəflər arasında qarşılıqlı anlaşmanın təşviqinə verdiyi töhfənin göstəricisidir. Bakı bu gün dünyanı narahat edən problemlərin müzakirə olunduğu, siyasi dialoqun aparıldığı, mədəniyyətlər və sivilizasiyalar arasında qarşılıqlı anlaşmanın təşviq edildiyi mühüm beynəlxalq platformalardan biri kimi tanınır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Xasayeva deyib.

Deputat oktyabrın 27-də Bakıda keçirilən “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumun da bu baxımdan xüsusi əhəmiyyət daşıdığını bildirib: “Forum yalnız mədəniyyətlərarası münasibətlərin deyil, həm də qlobal təhlükəsizlik, münaqişələrin həlli, qarşılıqlı etimad və dayanıqlı sülhün təmin olunması kimi mühüm məsələlərin müzakirəsi üçün geniş imkanlar yaradıb. Prezident İlham Əliyev isə forumun mədəniyyətlərarası dialoqun təşviqində mühüm beynəlxalq platforma olduğunu vurğulayaraq Azərbaycanın multikulturalizm ənənələrinə, dini və etnik dözümlülük prinsiplərinə sadiqliyini qeyd edib. Dövlətimizin başçısı azərbaycançılıq ideologiyasının ölkəmizdə yaşayan bütün xalqları birləşdirdiyini, Vətən müharibəsi zamanı nümayiş etdirilən birlik və həmrəyliyin isə Azərbaycanın ərazi bütövlüyünün bərpasında mühüm rol oynadığını diqqətə çatdırıb”.

Səbinə Xasayeva qeyd edib ki, dövlətimizin başçısı çıxışında Azərbaycanın müstəqilliyinin, milli maraqlarının və dövlətçilik ənənələrinin qorunmasının vacibliyini vurğulayaraq, ölkəmizin beynəlxalq hüquqa uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini, bundan sonra da sülh təşəbbüsü ilə çıxış etdiyini diqqətə çatdırıb. Prezident İlham Əliyev ölkəmizin iqtisadi potensialının, enerji təchizatçısı və nəqliyyat-logistika mərkəzi kimi rolunun, eləcə də multikulturalizm ənənələrinin ölkəmizin beynəlxalq nüfuzunu gücləndirdiyini qeyd edərək, müasir dünyada risklərə qarşı ayıq-sayıq olmağın və dayanıqlı sülhün təmin edilməsinin əhəmiyyətini vurğulayıb.

Bu mövqenin Azərbaycanın hərbi Qələbədən sonra regionda davamlı sülhün və sabitliyin təmin olunmasına yönəlmiş siyasi iradəsini nümayiş etdirdiyini diqqətə çatdıran S.Xasayeva deyib: “Azərbaycanın sülh təşəbbüsləri, Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar və Vaşinqtonda əldə olunan razılaşmalar Cənubi Qafqazda yeni siyasi reallıqların formalaşmasına zəmin yaradıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan sülh sazişi təşəbbüsünü irəli sürməklə regionda qarşıdurma dövrünün başa çatmasına və əməkdaşlıq imkanlarının genişlənməsinə tərəfdar olduğunu nümayiş etdirib. Bu yanaşma ölkəmizin öz milli maraqlarını qorumaqla yanaşı, regional sabitliyə və beynəlxalq təhlükəsizliyə də töhfə vermək niyyətini əks etdirir.

Prezident İlham Əliyev, həmçinin Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsində ölkənin iqtisadi potensialının, aşağı xarici borc səviyyəsinin, enerji resurslarının etibarlı təchizatçısı və mühüm nəqliyyat-logistika mərkəzi kimi rolunun əhəmiyyətini vurğulayıb. Dövlətimizin başçısı Azərbaycanın əlverişli coğrafi mövqeyinin, müasir infrastrukturunun və qonşu dövlətlərlə qurduğu münasibətlərin regional və qlobal əməkdaşlıq üçün geniş imkanlar yaratdığını qeyd edib. O, ölkəmizin fəal xarici siyasətinin, siyasi iradəsinin və iqtisadi imkanlarının beynəlxalq mövqeyimizin güclənməsində mühüm rol oynadığını diqqətə çatdırıb. Prezident, həmçinin Azərbaycanın multikulturalizm ənənələrinin və mədəniyyətlərarası dialoqa verdiyi önəmin ölkəmizi beynəlxalq əməkdaşlıqda etibarlı tərəfdaş kimi tanıtdığını qeyd edib”.

Deputat vurğulayıb ki, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Prezident İlham Əliyevin çıxışı Azərbaycanın beynəlxalq münasibətlər sistemində tutduğu mövqenin mühüm istiqamətlərini bir daha nümayiş etdirib. Ölkəmiz öz suverenliyini və ərazi bütövlüyünü bərpa edən, sülh təşəbbüsləri irəli sürən, iqtisadi və tranzit imkanları ilə regional əməkdaşlığa töhfə verən, mədəniyyətlərarası dialoqu dəstəkləyən dövlət kimi çıxış edir. Bütün bu amillər Azərbaycanın beynəlxalq birliyin etibarlı və hörmətli üzvü kimi mövqeyinin möhkəmləndiyini göstərir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kamran Əliyev: Azərbaycanın və Rusiyanın prokurorluq orqanları arasında yüksəksəviyyəli işgüzar münasibətlər mövcuddur

Daşkənddə iki dahi mütəfəkkirin irsi – Azərbaycan-Özbəkistan dostluğunun parlaq təzahürü kimi geniş təhlil edilib

Rusiyalı futbolçu: Biz “Real Madrid”i məğlub etmişiksə, “Sabah” da “Barselona”ya qalib gələ bilər - MÜSAHİBƏ

Gənc tədqiqatçılar arasında “Ən yaxşı elmi məruzə” müsabiqəsinə başlanılır

“Qarabağ”ın baş məşqçisi və futbolçuları Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasını ziyarət ediblər

Ali məktəb tələbələri üçün “İctimai diplomatiya” adlı dərslik çap olunub

“Zirə”nin futbolçusu: Kubok matçının taleyini ilk hissədə həll edə bilərdik

Macarıstan 2030-cu ilədək avro zonasına qoşulmağı hədəfləyir

Dünya İqtisadi Forumu Azərbaycanın rəqəmsal ticarət potensialına dair hesabat dərc edib

Polşalı ultraüzgüçü: “Oceanman Azerbaijan” dünyanın ən yaxşı yarışlarından biri ola bilər

Beyləqanda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib

“Anacan” anaların gündəlik qayğılarını rəqəmsal həllərlə asanlaşdırır - Startap

ÜST: Yəməndə son üç ayda davam edən eskalasiya nəticəsində təqribən 1700 nəfər ölüb

Baş direktor: “Oceanman Azerbaijan” idman turizminin inkişafına töhfə verəcək

Azərbaycanlı üzgüçü: Xəzər dənizində üzgüçülük üçün çox əlverişli şərait var

Rəylərin məhkəmədə ləğv edilməsi riski minimuma endirilir

Baş prokuror Səudiyyə Ərəbistanının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə Orqanının rəhbəri ilə görüşüb

Azərbaycan ilə Slovakiya arasında hərbi sahədə əməkdaşlıq genişləndirilir

Ankarada Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti müzakirə olunub

CECECO Brüsseldə keçirilən 2026-cı il Hidrogen Həftəsində təmsil olunub

"Oceanman" layihəsinin təsisçisi: Əminəm ki, açıq suda üzgüçülükdə yeni səhifə yazacağıq

İspaniyada qatar qəzasında itkin düşmüş sərnişinlərin axtarışı davam edir

Kot-d’İvuar nümayəndəsi: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu yeni əməkdaşlıq imkanları yaradır

Bu ilin 9 ayında əvvəlki illərdə axtarışa verilmiş şəxslərin 87,2 faizi tutulub

ASF-nin vitse-prezidenti: “Oceanman” hər kəsin üzgüçülüyə marağını artıra bilər

Azərbaycançılıq ideologiyası milli kimliyimizin və ideoloji suverenliyimizin əsasını təşkil edir - ŞƏRH

Silahşünaslıq həm də xalqın maddi-mədəni irsinin göstəricisidir — Milli Xalça Muzeyində elmi konfrans

Elnur Məmmədov: “Oceanman” Azərbaycanda açıq suda üzgüçülüyün inkişafına töhfə verəcək

“Bakı Prosesi”nin əsas siyasi fəlsəfəsi fərqlilikləri qarşılıqlı zənginləşmə imkanı kimi qiymətləndirməkdir

Bu ilin 9 ayında qeydə alınmış cinayətlərin 90,5 faizi açılıb

Xankəndidə MDB ölkələri arasında antiinhisar əməkdaşlığının genişləndirilməsi müzakirə olunub YENİLƏNİB VİDEO

Xankəndidə MDB ölkələri arasında antiinhisar əməkdaşlığının genişləndirilməsi müzakirə olunub YENİLƏNİB VİDEO

İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 69-a çatıb

Deputat: Azərbaycan beynəlxalq birliyin etibarlı və hörmətli üzvü kimi mövqeyini möhkəmləndirir

Siyasi şərhçi: Azərbaycançılıq ideologiyası milli birliyin və müstəqil dövlətçiliyin əsas dayaqlarıdır

Azərbaycanın kamandan oxatma millisi İraqda qızıl medal qazanıb

Əs-Sisi: “Əl-Dabaa” AES Misirin elektrik enerjisinə tələbatının ödənilməsində mühüm rol oynayacaq

Avropada baş verənlər demokratiyanın böhrana uğradığını göstərir - ŞƏRH

Kristin Laqard Davos forumuna rəhbərlik edə bilər

“Liverpul” Aleksey Batrakovun oyununu izləyəcək

Ramin Məmmədov: Azərbaycan beynəlxalq dialoqun inkişafına töhfə verir

Baş nazir Əli Əsədov Gürcüstanda səfərdədir

SEPAH: Hörmüz boğazında üç neft tankeri minaya düşüb

Afinada tarixi ticarət qalereyası 40 milyon avroya yenidən qurulub

Rusiya ordusunun Dneprdə elektrik qatarına hücumu nəticəsində 13 nəfər ölüb

Konstitusiya Məhkəməsi Palatasının iclasında Baş Prokurorluğun sorğusuna baxılıb

Azərbaycanın yeni dövr müzəffər hərb tarixinə aid dəyərli nəşr: “23 saat 43 dəqiqə”

Sabah Masallının bir sıra yaşayış məntəqələrində qaz təchizatı dayandırılacaq

“PAŞA Holdinq” və SOCAR-ın dəstəyi ilə IE Universitetinin Liderlik və İnnovasiya Mərkəzi Azərbaycanda fəaliyyətə başlayır

Qazaxıstanda keçirilən alimlərin beynəlxalq forumunda Azərbaycan da iştirak edir

Avropa Komissiyası Macarıstanın 5,4 milyard avroluq müdafiə planını təsdiqləyib

Naxçıvanda xarici ticarət dövriyyəsinin həcmində artım qeydə alınıb

Cudi Çikaqo “Bakıya uçuş. İncəsənət həftəsonu” festivalında: “Qadınlar dünyanı idarə etsəydi, necə olardı?”- MÜSAHİBƏ

Prezident YAP-ın VIII Qurultayında ölkəmizin gələcək inkişaf yolunun strateji xəritəsini müəyyənləşdirdi VİDEO

Prezident YAP-ın VIII Qurultayında ölkəmizin gələcək inkişaf yolunun strateji xəritəsini müəyyənləşdirdi VİDEO

Azərbaycan mədəniyyətlərarası dialoq təşəbbüsləri ilə xarici siyasət prioritetləri arasında əlaqəni gücləndirir - ŞƏRH

BDYPİ: “Təmiz hava” aylığı çərçivəsində nəzarət-profilaktik tədbirlər davam etdirilir VİDEO

BDYPİ: “Təmiz hava” aylığı çərçivəsində nəzarət-profilaktik tədbirlər davam etdirilir VİDEO

Şri-Lankada Afrika donuz taunu yenidən yayılıb, fermerlərə xəbərdarlıq edilib

Bakı, Sumqayıt və Abşeronda 10 mindən artıq kirayə müqaviləsi rəsmiləşdirilib

Qlobal istiləşmə İsveçrə Alplarında dağçılıq klublarını təhdid edir

® “Azərbaycan Hava Yolları” və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən edib

Britaniyada sosial şəbəkələrdə yaşın yoxlanılması üçün yeni üsullar açıqlanıb

Trampın BBC-yə qarşı 10 milyard dollarlıq iddiası rədd edilə bilər

Azərbaycan qlobal sülhün təminatçısı kimi: mədəniyyətlərarası dialoqdan beynəlxalq həmrəyliyə

Rusiya Azərbaycanın antiinhisar pozuntuları ilə bağlı təklifini dəstəkləyib

Elisso Bolkvadze: Sülhün qurulması həqiqi incəsənət, əsl musiqi və yüksək sənət deməkdir

RİNN və “Wonderful” şirkəti dövlət sektorunda süni intellektin tətbiqini genişləndirmək məqsədilə Anlaşma Memorandumu imzalayıb

Fransada alimləri və həkimləri dezinformasiyadan qoruyacaq qanun layihəsi hazırlanıb

Laos – dünyada ən çox bombalanmış ölkə VİDEO

Laos – dünyada ən çox bombalanmış ölkə VİDEO

Fransada oğurlanmış dekorativ sualtı gəmi Besansonda tapılıb: iki nəfər saxlanılıb

Özbəkistan nümayəndə heyəti QHT Agentliyində olub

Balakəndə daha iki qədim məbədin qalıqları aşkarlanıb

Avropa Şurasının işgəncələr əleyhinə Komitəsi Fransanı sərt tənqid edib

Kristin Laqard gələn ilin fevralında vəzifəsindən istefa verəcək

Britaniyada yüzlərlə ailə həkimliyi mərkəzinin internet saytı çöküb

Azərbaycan Mətbuat Şurası məktəbdə baş verən hadisə ilə bağlı açıqlama yayıb

MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 62-ci iclasına Qırğızıstan ev sahibliyi edəcək

Azərbaycan İstanbulda 6-cı “Korkut Ata” Türk Dünyası Film Festivalında təmsil olunacaq

Cənubi Sudanda zorakılıqlar nəticəsində 84 nəfər ölüb

Yüksək enerji qiymətləri Avropanı çətin qışla üz-üzə qoyur

Fransız deputat: Emmanuel Makron “nifrət ideologiyalarının” yayılmasına imkan verib

BMU Çinin aparıcı ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlıq memorandumu imzalayıb

Qazaxıstan MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının yeni sədri seçilib

SABAH.angels üzvləri Azərbaycan startapına 500 min manat investisiya yatırıb

Azərbaycan reallıqları ideoloji diversiyaları dəf etməyə tam əsas verir - ŞƏRH

Niderlandla əməkdaşlıq Azərbaycanın qeyri-neft ixracının artırılmasına töhfə verə bilər - ŞƏRH

Xəzər dənizinin səviyyə tərəddüdləri – alim iqlim və geoloji amillərin kompleks təsirindən danışıb

Kəskin soyuqlar Avropada qazın qiymətinin 130 avroyadək yüksəlməsinə səbəb ola bilər

Ürəyi iki dəfə dayanan şəxsin həyatı xilas edilib

Zəfər Gününə həsr olunmuş rəsm sərgisi və müsabiqə təşkil edilib

Baş prokuror Kamran Əliyev rusiyalı həmkarı ilə görüşüb

Dövlət Xidmətində oktyabr çağırışının yekunları müzakirə olunub

Azərbaycan klubunun kapitanı FIBA Avropa Kubokunda tarixi nəticəyə imza atıb

Sabahın hava proqnozu açıqlanıb VİDEO

Sabahın hava proqnozu açıqlanıb VİDEO

Azərbaycan ikili standartlar siyasətinə adekvat cavab vermək iqtidarındadır – ŞƏRH

Azərbaycançılıq ideologiyası, sivilizasiyaların özünüdərki və yeni geosiyasi reallıqlar MƏQALƏ

“Shell”in mənfəəti iki dəfə artaraq 10,8 milyard dollara çatıb

İlin əvvəlindən qatarlarda 800-dən çox əşya unudulub

Mərkəzi Bank: Gündəlik kreditlərlə bağlı sərtləşdirmə davam etdiriləcək

Elvin Məmmədov: Dünya çempionatında əsas nəticə deyil, uşaqların inkişafıdır

Fransada kiberhücum: Strasburq nəqliyyat şirkətinin 230 min müştərisinin məlumatları ələ keçirilib

Pekin ABŞ-nin Çin şirkətlərini "qara siyahı"ya salmasına etiraz edir