Şri-Lankada Afrika donuz taunu yenidən yayılıb, fermerlərə xəbərdarlıq edilib
Bakı, 29 oktyabr, AZƏRTAC
Şri-Lankada altı rayonda təxminən 200 donuzda Afrika donuz taunu virusu aşkarlanıb. Hakimiyyət fermerləri biotəhlükəsizlik tədbirlərini gücləndirməyə çağırıb.
AZƏRTAC Sinxuaya istinadla xəbər verir ki, bu barədə Heyvanların İstehsalı və Sağlamlığı Departamenti məlumat yayıb. Bildirilib ki, 48 donuz fermasında aparılan yoxlamalar zamanı təxminən 1200 donuz müayinə edilib.
Rəsmilər virusun yayılmasının qarşısını almaq üçün təsərrüfatlarda gigiyena qaydalarına əməl edilməsinin və heyvan tullantılarının təhlükəsiz şəkildə utilizasiyasının vacibliyini vurğulayıblar.
Qeyd edək ki, Afrika donuz taunu insanlara keçmir və donuz əti istehlakı insan sağlamlığı üçün təhlükə yaratmır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.10.2026 [15:39]
Kristin Laqard Davos forumuna rəhbərlik edə bilər
- 29.10.2026 [15:31]
SEPAH: Hörmüz boğazında üç neft tankeri minaya düşüb
- 29.10.2026 [15:28]
Afinada tarixi ticarət qalereyası 40 milyon avroya yenidən qurulub
- 29.10.2026 [15:27]
Rusiya ordusunun Dneprdə elektrik qatarına hücumu nəticəsində 13 nəfər ölüb
- 29.10.2026 [14:56]